HERBA FLORA






Yazda Gözlər Niyə Qaşınır?
Herba Flora / Məqalələr

 

Konyuktivit göz xəstəlikləri içərisində ən çox rast gəlinən patologiyalardan biridir, əmələgəlmə səbəbindən asılı olaraq dörd forması müşahidə olunur: mikrob, virus, xladimiya və allergik. Göz xəstəlikləri ilə əlaqədar tibbi yardım üçün müraciət edənlərin 30-40 faizi iltihabı xəstəlik olan konyuktvitdən əziyyət çəkir. Konyuktvilərin bir çoxu yolxucudur və bəzən hətta epidemiya xarekteri daşıyır.


MƏDƏ XORASININ əsas səbəbi
Herba Flora / Məqalələr

 

 

Helikobakterioz Helikobacter pylori mikroorqanizminin törətdiyi mədə xəstəliyidir. Əhalinin 80-90 faizində helikobacter mədənin selikli qişasında qeyri-aktiv şəkildə yaşayır, immun sistemin zəifləməsi ilə əlaqədar aktivləşərək bütünlüklə həzm sisteminə təsir göstərir.

Həmin bakteriyanın üzərindəki qoruyucu təbəqə onu  turşuyadavamlı edir və həzm sistemində artıb çoxalmasına imkan yaradır.


Uşaqlarda İMMUNİTETİ QALDIRMAĞIN yolları
Herba Flora / Məqalələr

İmmundefisit halları immun sistemin bir və ya bir neçə orqanının zədələnməsi zamanı baş verir, özünü şişəbənzər xəstəliklər və allergik patologiyalarla göstərir. İmmundefisit halları birincili və ikincili olmaqla iki qrupa ayrılır.
Birincili immundefisit xəstəliklər genetik defekt nəticəsində əmələ gəlir, xüsusi xarakter daşıyır və erkən yaşlarda müşahidə olunur.

Gözəl və baxımlı ayaqlar üçün...
Herba Flora / Məqalələr

 

Zərif və baxımlı ayaqlara sahib olmaq hər bir xanımın arzusudur. İlin bütün fəsillərində ayaqlara qulluq edilsə də, havalar isindikcə açıq ayaqqabılara keçid ilə əlaqədar ayaqlara qulluq daha ön plana keçir. Təbii vasitələrdən istifadə etməklə sağlam və gözəl ayaqlara sahib olmaq mümkündür.


Niyə Zəif Eşidirik?
Herba Flora / Məqalələr

 

Eşitmə getdikcə zəifləyirsə, qulaqlarda uğultu, doluluq hissi yaranırsa, yanaşı olaraq baş gicəllənməsi, hətta baş ağrıları da olursa, bunun səbəbi qulaq kiri tıxacı ola bilər. Tıxacın təmizlənməsi eşitmənin bərpası ilə bərabər digər əlamətlərin də aradan qalxmasına səbəb olur.

Qulaq kiri qulaq keçəcəyinin dərisindəki vəzlər tərəfindən ifraz olunan maddədir. Onun tərkibi bir qayda olaraq kükürd, toz hissəcikləri, ölmüş epitel hüceyrələri və dəri yağından təşkil olunur.


KAPİLYAR GENİŞLƏNMƏSİ üçün reseptlər
Herba Flora / Məqalələr

 

 

Damar ulduzcuqları - teleangioektaziyalar tonusunu itirmiş dəridaxili kapiliyarların genişlənməsi nəticəsində əmələ gəlir. Kapilyar damarların keçiriciliyinin zəifləməsi və elastikliyinin azalması nəticəsində mikrosirkulyasiyada yaranan durğunluq venoz və ya arterial damarlarda təziyiqin artmasına və onların genişlənməsinə səbəb olur.


Orqanizmin gözəgörünməz düşmənləri
Herba Flora / Məqalələr

 

 

Müasir dövrdə sağlamlığa böyük zərbə vuran, illərlə müalicə olunmasına baxmayaraq sağalması çətin gedən xəstəliklərin bir səbəbi də göbələklər olur. Dəri və dırnaqlarda parazitlik edən göbələklər daha tez aşkar edilir, dəridə qaşınma, xırda suluqların əmələ gəlməsi, dırnaqların qalınlaşması, saralması və laylanması əlamətləri ilə özünü büruzə verir.

Göbələklər təkcə dəri və dırnaqları deyil, daxili orqanları da zədələyir. 


AĞIZ QOXUSUNA SON!
Herba Flora / Məqalələr

 

Hazır qidaların qəbulu, çay və qəhvə, keyfiyyətsiz su içilməsi dişlərin bəzən sıradan çıxmasına səbəb olurAğız boşluğunun mikroblarla çirklənməsi, ağız suyunun azalması və tərkibinin dəyişməsi diş sümük toxumasının möhkəmliyinin azalması da həmin prosesə təsir edir. Yeyilən qidalarla əlaqədar ağız boşluğunda turşu-qələvi tarazlığının səviyyəsində dəyişikliklər yarana bilər.


Hansı Xallar Xərçəngə Çevrilə Bilər?
Herba Flora / Məqalələr

 

Dəri xərçənginin bir növü olan melanoma, bədxassəli şişlər arasında daha təhlükəli və ağırgedişli hesab olunur. Adəti üzrə dəriyə rəng verən dəri piqmenti melaninin sintezinə cavabdeh olan hüceyrələrdən törəyir. Bu, melanomaların əksər hallarda tünd rəngdə olmasını izah edir. Lakin tibbi praktikada melanin daşımayan pimentsiz melanomalara da rast gəlinir.


Övladınız Çox Hərəkətlidirsə...
Herba Flora / Məqalələr

 

Son illər uşaqlarda diqqət yayınıqlığı və hiperaktivlik sindromu neyropediatriyanın ən aktual problemlərindən birinə çevrilib. Problemin aktuallığı rastgəlmə tezliyinin çoxalması və onun sosial problemə çevrilməsi ilə əlaqədardır. Diqqət yayınıqlığı sindromu olan uşaqlar normal və ya normadan yüksək intellektə sahib olsalar da, bir qayda olaraq məktəbdə o qədər də yaxşı oxumurlar.







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem