HERBA FLORA






Övladınız Çox Hərəkətlidirsə...
Herba Flora / Məqalələr

 

Son illər uşaqlarda diqqət yayınıqlığı və hiperaktivlik sindromu neyropediatriyanın ən aktual problemlərindən birinə çevrilib. Problemin aktuallığı rastgəlmə tezliyinin çoxalması və onun sosial problemə çevrilməsi ilə əlaqədardır. Diqqət yayınıqlığı sindromu olan uşaqlar normal və ya normadan yüksək intellektə sahib olsalar da, bir qayda olaraq məktəbdə o qədər də yaxşı oxumurlar.


DETOKS - orqanizmin təmizlənməsi
Herba Flora / Məqalələr

 

Limfa şəffaf rəngli hüceyrəarası mayenin sirkulyasiya edən halıdır. Qan damarlarından sızaraq əmələ gəldiyinə görə öz tərkibi ilə qana çox yaxındır. Limfa əsasən qidalandırıcı və müdafiə funksiyaları daşıyır, hüceyrələrin qidalı maddələrlə təminatını artırır, mübadilənin artıq məhsullarını, məhv olmuş leykositləri, faqositləri, mikrob və virusları orqanizmdən xaric edir, orqanizmin immunitetini və tonusunu yüksəkdir, limfatik sistemdə zülallar, maye və duzlar zərərsizləşərək yenidən qana qayıdır.


NARİNGİNİN faydaları
Herba Flora / Məqalələr

 

Günəşin üzünü daha gec göstərdiyi qış günlərində menyuda sitrus meyvələrinin özünəməxsus yeri var. Bu onların həm tərkibinin zənginliyi, həm narıncı rəngin verdiyi xoş əhvali-ruhiyyədən, həm də uzun müddət tərkibini dəyişmədən saxlanıla bilməsindən irəli gəlir. Orqanizmin qışda mineral və vitaminlərə olan tələbatını qarşılayan sitrus meyvələrinin içərisində naringinin xüsusi yeri var. Əsasən uşaqların sevimlisi olan naringi faydalı mineral və vitamin baxımından olduqca zəngindir.


OYNAQ SAĞLAMLIĞI üçün pəhriz
Herba Flora / Pəhriz

 

Oynaqlar sümüklərin hərəkətli birləşməsini təmin edən dayaq-hərəkət sistemi hissəsidir, içində sinovial maye olan oynaq kisəsi ilə əhatə olunub. Quruluşuna görə iki sümükdən təşkil olunmuş sadə, üç və daha artıq sümüyün iştirakı ilə yaranan mürəkkəb oynaqlara bölünür. Ətrafında onu əhatə edən və oynağın normal fəaliyyətini təmin edən oynaqətrafı toxumalar - əzələlər, bağlar, vətərlər, damar və sinirlər yerləşir.


SİNİR ağrısına təbii çarələr
Herba Flora / Məqalələr
Nevrit periferik sinirlərin iltihabi xəstəliyidir. İltihablaşan sinirin gedişi boyu güclü ağrılar, həmin sinirin təchiz etdiyi əzələlərdə zəiflik və atrofiya, dərinin həmin hissəsində soyuğa, istiyə və toxunmaya qarşı həssaslığın dəyişməsi, bəzi hallarda isə hərəkətin pozulması ilə müşahidə olunur.
Nevritin yaranma səbəbləri arasında travma, intoksikasiya, infeksion xəstəlik, həmçinin şəkərli diabet kimi mübadilə xəstəlikləri və sinirin qan təchizatının pozulması əsas yer tutur.

LEYKOZ və onun müalicə perspektivləri
Herba Flora / Məqalələr

 

Keçən əsrin ən qorxulu bəlası olan leykoz qanyaradıcı sistemin bədxassəli xəstəliyidir. Onkoloji prosses ilk növbədə sümük iliyində yaranır, normal qanyaranmanı pozur və sonradan bütün orqanizmə yayılaraq digər orqan və sistemlərin fəaliyyətini dayandırır. Xəstəliyə vaxtında diaqnoz qoyulmayanda və ya müalicə tədbirləri gecikəndə  ölümlə nəticələnir.

 


Aybaşı gecikməsinin SƏBƏBLƏRİ
Herba Flora / Məqalələr

 

Amenoreya nəsilartırma dövründə olan qadında menstrual funksiyanın pozulmasıdır, xəstəlik zamanı altı ay və daha artıq müddətdə aybaşı baş vermir. Amenoreya bir qayda olaraq müstəqil xəstəlik kimi deyil, orqanizmin genetik, biokimyəvi, fizioloji və psixo-emosional funksiyalarının pozulması əlaməti kimi meydana çıxır. Təsnifatda həqiqi yalançı olmaqla iki tipdə müşahidə olunur. Yalançı amenoreyada yumurtalıq və uşaqlıqda siklik hormonal dəyişikliklər saxlanılsa da, menstrual ifrazat cinsiyyət yollarında olan anatomik maneələrə görə xaric ola bilmir.


MƏDƏALTI VƏZ üçün reseptlər
Herba Flora / Məqalələr

 

 

Orqanizmdə iki funksiyanı yerinə yetirən mədəaltı vəz insulin hormonu sintez edərək qanda qlükozanın səviyyəsini tənzimləyir və onikibarmaq bağırsağa ferment ifraz edərək həzmi təmin edir. Mədəaltı vəzdə yaranan iltihabi proses kəskin və xroniki olmaqla iki formada inkişaf edə bilər. 


Qocalıq qaçılmaz bir reallıqdır
Herba Flora / Məqalələr

 

 

Son illər dünya əhalisinin qocalma prosesində həm kəmiyyət, həm də keyfiyyət dəyişiklikləri müşahidə olunur. Qocalma mütləq olaraq fiziki zəiflik, xəstəlik, sosial-ekonomik asılılıq demək deyildir.

Təqaüd yaşına çatmasına baxmayaraq yaşlı insanların təcrübəsinə, məsləhətlərinə çox zaman ehtiyac vardır. Bəzən yaşlı şəxslər öz işlərində cavanlardan daha aktiv və məsuliyyətli olurlar.


Babasilin TƏBİİ YOLLARLA müalicəsi
Herba Flora / Məqalələr

 

Babasil xəstəliyinin əsas səbəbi qəbizlikdir. Qəbizlik, düz bağırsağın venoz sistemində durğunluq və digər faktorların təsiri altında düyünlər öz yerini dəyişərək aşağıya doğru sürüşür.

Bir çox hallarda düyünlərin ölçüləri xeyli artaraq hətta anal dəlikdən xaricə çıxır, qanaxma ağrı kimi əlamətlərin yaranmasına səbəb olur. Bu halda xəstədə hemorroy xəstəliyinin olmasını qeyd etmək olar.







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem