HERBA FLORA






BAĞIRSAQ QRİPİ
Herba Flora / Məqalələr

 

Rotavirus infeksiyası – qastroenteritin kəskin formalarından biri olub, rotaviruslar tərəfindən törədilir. Daha çox altı ayından iki-üç yaşına qədər körpələrin yoluxduğu bu bağırsaq infeksiyası əhalinin bütün yaş qruplarında xəstəlik törədə bilir. İlk dəfə 1973-cü ildə avstraliyalı mütəxəsislər tərəfindən aşkar olunmasına baxmayaraq rotavirus inveksiyası müasir dövrdə öz aktuallığını saxlayır. Bəzi statistik məlumatlara görə 3 yaşına qədər uşaqlarda müşahidə edilən ishalların 95 faizi rotaviruslar vasitəsilə törədilir.Rotaviruslar - latıncadan tərcümədə rota - halqa mənasını verir və bu, virusların mikroskop altında halqaya bənzəməsi ilə əlaqədardır. Onlar aşağı temperatura olduqca davamlıdır.

 


Uşaqlarda REFLÜKS
Herba Flora / Məqalələr

 

Qastroezofagial reflüks mədə və ya onikibarmaq bağırsaqda olan qidanın qida borusuna qayıtması nəticəsində inkişaf edən və adətən residivləşən xəstəlikdir, fizioloji və pataloji olur. Yeni doğulmuş körpə ana südü ilə qidalananda çoxlu hava udması və havanı xaric edərkən mədə möhtəviyyatının qida borusuna atılması fizioloji reflüks hesab olunur. Fizioloji reflüks zamanı ezofagit inkişaf etmir. Körpənin dörd aylığına qədər həzm sistemində fizioloji əyriliklər, sfinkterlər inkişaf edir, mədə girəcəyi və çıxacağı daralır. Ona görə də 1 yaşından sonra mədə möhtəviyyatının qayıtması patologiya kimi dəyərləndirilir.


Ən Vitaminli Tərəvəz...
Herba Flora / Məqalələr

 

Balqabaq hələ 6 min il əvvəl Cənubi Amerikanın yerli əhalisi olan inklər tərəfindən əkilib-becərilmişdir. Deyilənə görə, onu Antarktida qitəsindən başqa, dünyanın istənilən yerində yetişdirmək mümkündür. Bitki ətraf iqlim amillərinə qarşı dözümlü olub xüsusi qayğı tələb etmir. Ölkəmizdə sentyabr-oktyabr aylarında yetişir.

Müasir mətbəxdə balqabaqdan müxtəlif şorbalar, şirniyyatlar, pudinq və cemlər hazırlanır. Əksər xalqların mətbəxində bu tərəvəz mühüm yer tutur.


"Duzlaşma" əleyhinə DUZ
Herba Flora / Məqalələr

 

 

Unikal məhsullardan biri olan dəniz duzunun faydalı xüsusiyyətləri yüz illər əvvəl aşkar edilib. Dənizsahili ölkələrdə yaşayanların soyuqdəymə və iltihabi xəstəliklərə orta zolaqda yaşayanlara nisbətən daha az tutulmaları dəniz duzunun antiseptik təsiri ilə əlaqələndirilir. Hətta yaponların uzunömürlülük sirlərindən birinin də dəniz duzunun xüsusiyyətlərində olduğunu söyləyirlər.

 

 


Kiçik meyvənin böyük sirləri...
Herba Flora / Məqalələr

 

 

 

Kiçik ölçülü və yüksək dəyərli əşyalardan fərqli olaraq, bu kiçik meyvənin faydalarına maddi qiymət vermək mümkünsüzdür. Söhbət orqanizmin sağlamlığı üçün olduqca gərəkli olan dəfnə meyvəsindən gedir. Dəfnə meyvəsindən alınan yağdan həm xəstəliklərin profilaktikası, həm də müalicəsi prosesində istifadə olunur.

 

Dəfnə ağacı may ayında çiçək açır. Çiçəklər əvvəl yaşıl, sonra isə sarı rəng alır. Meyvələri payız fəslində tam yetişir və bu vaxt onları toplamaq olur. Dəfnə yarpaqlarından xörəklərə və turşulara gözəl dad verən ədviyyat kimi istifadə olunması heç kəsə sirr deyil. Lakin ağacın digər hissələri, xüsusən də toxumları həm kulinariyada, həm də xalq təbabətində tətbiq olunur. 

 

 


Beyin qan dövranı və yaddaş üçün...
Herba Flora / Məqalələr

 

 Beyin qan dövranı baş beynin və onurğa beynin damar sistemində qanın dövr etməsidir. Beyin qan dövranının xroniki pozulması əsas etibarı ilə ateroskleroz, hipertoniya, vazomotor distoniyalar, arterial hipertoniya, ürək-damar sisteminin anomaliyaları, beyin damarlarının toksiki və travmatik zədələnməsi zamanı inkişaf edir.

Beyin qan dövranının pozulmasını xarakterizə edən əlamətlər səbəbdən asılı olaraq dəyişir. Ümumi simptomlara baş ağrısı, başgicəllənmə, başda küy, paresteziyalar, yuxunun, həmçinin hissiyyat və ağrının pozulması, intellektin və yaddaşın zəifləməsi kimi əlamətlər aiddir.


Qış pəhrizi
Herba Flora / Pəhriz

 

Qarlı-çovğunlu qış qapını alanda, təbiətə ağ qumaşdan don biçiləndə hərəkət etmək imkanı məhdudlaşır, infeksiyalar çoxalır, orqanizmin immuniteti düşür. Əksəriyyətimiz qarlı qış fəslində vaxtımızın çox hissəsini dörd divar arasında keçirməli oluruq. İlin soyuq fəslində seçilən pəhriz də sadalanan xüsusiyyətlərə uyğun olmalıdır. Diyetoloqlar bunu nəzərə alaraq qış fəsli üçün xüsusi pəhrizlər təklif edirlər. Elə pəhrizlər ki, orqanizmimizi infeksion xəstəliklərdən qorusun, vitaminlərlə bol təmin etsin və ovqatımızı yüksək saxlasın. 

 


Varikoza qarşı effektli resept
Herba Flora / Məqalələr


 

At şabalıdı hündürlüyü 30-35 metrə çatan ağac bitkisidir. O, ilk 10 ildə olduqca ləng inkişaf etsə də, daha sonrakı illərdə intensiv böyüyür. Toxum meyvələri yaşıl rəngli, tikanlı qutucuq-qərzək içərisində inkişaf edir. Qutucuqda adətən 1, nadir hallarda 2-3 ədəd meyvə olur. Ağac inkişafının 15-25-ci ilində meyvə verir. Meyvələri acı dadına və büzücü təsirinə görə insanlar tərəfindən yeyilmir. Yeyilən zaman bəzən zəhərlənmə halları baş vermişdir. İribuynuzlu heyvanlara isə zəhərləyici təsir göstərmir, əksinə üyüdülmüş halda qiymətli yem kimi istifadə olunur.

 


"Tənbəllik" xəstəliyi
Herba Flora / Məqalələr

Image result for fat family watching tv

 

Elmi-texniki tərəqqinin bir çox nailiyyətləri – kompüter, internet, nəğdsiz ödəmə, sifarişlərin evə çatdırılması və s. həyat şəraitini asanlaşdırmaq məqsədi daşıyır. Bəlkə də işləmək məcburiyyəti olmasaydı, heç kim mənzildən bayıra çıxmazdı. İş yerlərində və istehsal müəssisələrində hər şey dəyişərək müasirləşib və gün ərzində iş saatının çoxunu kompüter arxasında oturmaq məcburiyyəti yaranır.


Unutqanlığın dərmanı...
Herba Flora / Məqalələr

 

Hələ eradan əvvəl III əsrdə qədim insanların yerkökünü əkib-becərməsinə dair məlumatlar var. Antik tibbin atası hesab olunan Hippokratın və Şərqin məşhur təbibi İbn Sinanın əlyazmalarında da bitki haqqında məlumatlara rast gəlmək mümkündür. Qədim zamanlarda istifadə edilən yerkökü sarı, ağ və bənövşəyi rəngdə olub. Ondan daha çox ətirli yarpaqları və toxumlarına görə istifadə edilib.







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem