HERBA FLORA






Ömrü necə uzatmaq olar?
Herba Flora / Məqalələr

“Sizin necə yaşınız var?” sualına cavab verməkdə çətinlik çəkirik. Məktəb və ya institut yoldaşlarının yaşlarının eyni olmasına baxmayaraq onların xarici görünüşlərinin bir-birindən xeyli fərqləndiyini dəfələrlə müşahidə etmişik. Beləliklə “bioloji və ya həqiqi yaş” anlayışına – yəni orqanizmin obyektiv vəziyyətinin necə olması məsələsinin üstünə gəlirik, yəni zahiri görünüş doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsində yazılan yaşa uyğun gəlməyərək müxtəlif olur. Professor Maykl Royzenə görə həyat tərzinin orqanizmin qocalma mexanizmində əhəmiyyətli rolu vardır.


Enurez
Herba Flora / Məqalələr

Enurez gecələr sidik saxlamanın pozulmasıdır. Əsas səbəbi ümumi sinir sistemində baş verən funksional pozğunluqdur. Yerli olaraq isə sidik kisəsinin innervasiyasının pozulması və stress faktorudur. Enurezə oğlan uşaqları arasında daha çox rast gəlinir. Onun müalicəsi zamanı bir sıra qaydalara əməl etmək lazımdır. Enurezli xəstələrin yuxu rejiminə nəzarət etmək, maye qəbulunu məhdudlaşdırmaq, qıcıqlandırıcı oyunlardan uzaq tutmaq, bərk və isti yataqda yatmaq, yuxudan qabaq təmiz havada gəzmək lazımdır. Əsəb sisteminin sakit olması əsas şərtdir.


Körpələrdə "kiçik qusma"
Herba Flora / Məqalələr

7 ayınadək olan uşaqlarda qidanın bir hissəsinin geri qaytarılması fizioloji, yəni normal hal hesab olunur. Təbabətdə onu “kiçik qusma” adlandırırlar. Proses qəflətən başlayır və qarın əzələlərinin cüzi dərəcədə iştirakı ilə baş verir. Bu zaman qidanın hissəvi olaraq geri qaytarılması qida qəbulundan sonra 1 saatadək olan müddət ərzində baş verə bilər, qusma təzyiq altında, axar şırnaq şəklində kənara atılmaqla olmamalıdır.


Üzərlik bitkisi
Herba Flora / Məqalələr

Mifologiya və inanclarda üzərliyə olan inam onun bəd nəzərdən qoruması ilə bağlıdır. Ona görə üzərliyə demək olar ki, hər evdə rast gəlmək mümkündür. Qara qüvvələri qovmaq və bəd nəzərdən qorumaq məqsədilə çox vaxt onun gücünə bel bağlayırlar. Bitkinin yumru toxumları qırılır, bir qədər sarımsaq qabığı və duz götürülərək qazın və ya ocağın üstündə qızdırılmış dəmir parçasının üzərinə atılır. El arasında yayılmış inama görə, üzərliyin tüstüsü, eləcə də ocaq üzərinə tökülən duzun çırthaçırt yanması bəd nəzərin, insana toxuna biləcək sədəmənin qarşısını alır. 


Qırışlarla mübarizə
Herba Flora / Məqalələr

Dəri yaşanmış həyatın izlərini özündə əks etdirir. Körpələrin dərisi yumşaq, hamar və ləkəsiz olur. Zaman keçdikcə dəridə quruluq, bəzi yerlərdə həddindən artıq məsamələr, bəzən qırışlar, bəzən də qəhvəyi və qırmızı ləkələr meydana gəlir. Uzun sürən xəstəliklər, sızanaqlar, hamiləlik, günəş şüaları və mimikalar dəridə izlərini qoyur. Dərinin altında bağ toxuması var və onu kollagen və elastin adlandırılan zülallar meydana gətirir. Hansısa səbəbdən həmin toxumalarda meydana gələn zəifləmədən sonra dəri gərginlik və elastikliyini itirir, qırışlar meydana gəlir.

 


Qurd xəstəliklərində fitoterapiya
Herba Flora / Məqalələr

Parazitar xəstəliklərin müalicəsində son illərdə bitki terapiyasına böyük üstünlük verilir. Bu da bir çox səbəblərlə bağlıdır. Məsələn, bir çox antiparazitar dərman preparatlarından fərqli olaraq dərman bitkiləri 1 və ya 2 helmintə deyil,bir neçə qurda təsir edə bilir, həmçinin bu təsirlərlə də yanaşı bağırsaq mikroflorasını pozmur,bundan əlavə bitkilər daha mülayim təsir edir və s. Bu barədə daha ətraflı video çarxda həkim-fitoterapevt Elnur Rəhimovun müsahibəsində tanış ola bilərsiniz.


Şəkərli diabetdə görmə problemləri
Herba Flora / Məqalələr

Retina görməni təmin edən, işığa həssas hüceyrələrlə sinir liflərindən ibarət olan təbəqədir. Göz almasının arxa iç divarını əhatə edən retina milyonlarla görmə hüceyrəsi və onların bağlı olduğu sinir hüceyrələrindən ibarətdir. Həmin sinir hüceyrələrinin çıxıntıları birləşərək görmə sinirini əmələ gətirir. Retinadakı dəyişiklik, görüntünün yaranmaması, görmə sinirindəki pozğunluq isə görüntünün beyinə çatmaması ilə nəticələnir. Retinaya ən çox təsir edən xəstəliklər şəkərli diabet və hipertoniyadır.


Mate çayı - pırkal otu
Herba Flora / Məqalələr

Mate tərkibində yüksək miqdarda matein olan tonuslandırıcı içkidir. Mate çayı pırkal bitkisinin qurudulmuş, xırdalanmış yarpaq və cavan zoğlarından hazırlanır. Pırkal bitkisinin yarpaqları “mate otu” adlanır, çayın hazırlandığı qab da mate adlanır. Lakin ruslar onu kalabas və ya kalebas adlandırırlar və bu söz ispan dilindən tərcümədə balqabaq deməkdir. Mate sözü keçua dilində mati sözündən götürülüb, tərcüməsi balqabaqdan hazırlanmış qab, boşqab deməkdir. 


Enerjili olmaq üçün...
Herba Flora / Məqalələr

Mütəxəssislər zehni yorğunluq və yaddaş zəifliyinin qidalanma, həyat tərzi və idmandan çox asılı olduğunu söyləyirlər. İdeal çəki normal həyat sürmək və idmanla məşğul olmaq həmin amillərin aradan qalxmasında və orqanizmin enerjili olmasında mühüm rol oynayır. Tam güclü və enerjili olmaq üçün bir sıra məsləhətlərə əməl edilməlidir. 


Keşyu haqda nə bilirik?
Herba Flora / Məqalələr

Əsasən tropik ölkələrdə yetişdirilən keşyunun vətəni Braziliyadır. Onun meyvələrinin qabığından alınan kaju (kardoyl) yağı tibb və texnika sahəsində istifadə olunur. Müxtəlif yeməklərin hazırlanması zamanı onun armud şəklində olan saplaqları (kaju alması) əlavə edilir. Keşyunun 12 metrə çatan qocaman gövdəsindən yapışqan kamed alınır. Keşyu çox asanlıqla çoxaldılır. Vaxtilə Braziliya ərazisində yaşayan hindu əsirləri olan tikunalar da ondan istifadə etmişlər. Tikuna dilindən “keşyu” sözünün tərcüməsi sarı meyvə deməkdir. Onlar keşyudan təkcə kulinariya məqsədi üçün istifadə etmirdilər.







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem