HERBA FLORA






DAMARLARI TƏMİZLƏYƏN və ŞƏKƏRİ SALAN ən faydalı tərəvəz
Herba Flora / Məqalələr

 

Arxeoloji qazıntılar zamanı qədim şumerlərin sarımsaqdan dərman kimi istifadə etdikləri üzə çıxıb. Qədim Misirlilərin də sarımsaqla qidalandıqları və ondan dərman kimi istifadə etdikləri barədə məlumatlar var. Tarixi mənbələrdə misir piramidləri inşa edilərkən Firon Xeopsun işçilərə çoxlu sarımsaq yedirtdiyi barədə bilgilər tapılıb.

Xaç yürüşləri zamanı sarımsaq Fransaya aparılıb və oradan da Avropaya yayılıb.


Mədə qıcqırmasının TƏBİİ MÜALİCƏSİ
Herba Flora / Məqalələr

 

Adətən döş sümüyü arxasında yanğı hissi və yanmanın qida borusu boyu yuxarıya doğru yayılması mədə qıcqırması adlanır. Yanaşı olaraq mədədə doluluq hissi, ağızda acılıq və ya turş dad hiss oluna bilər. Xəstə əyiləndə və ya uzananda döş sümüyü arxasında yanma hissi artır.

 

Döş sümüyü arxasında yanmaya səbəb mədə möhtəviyyatının qida borusuna atılmasıdır. Aqressiv mədə şirəsi qida borusunun divarlarını qıcıqlandırır və dözülməz yanma hissi yaradır.


Körpə DİŞ çıxaranda...
Herba Flora / Məqalələr

 

Dişlərin mayası bətndaxili inkişafın 5-6-cı həftələrində qoyulmağa başlayır və bu zaman birincili epidermal səhfə və ya diş lövhəsi şəklində olur. Hamiləliyin birinci trimestrində ananın sağlamlığı dişin gələcək inkişafı üçün çox vacibdir. Həmin aylarda baş verən ürəkbulanma və qusmalar nəticəsində yaranan mineral itkisi mübadilənin pozulmasına, dölün formalaşmaqda olan dişlərində bir sıra problemlərin yaranmasına səbəb olur.

 

Artıq bətndaxili inkişafın səkkizinci həftəsində diş lövhəsinin yerində diş tumurcuğu əmələ gəlir. Bu, diş torbacığı, diş məməciyi və emal orqandan ibarət gələcək süd dişləridir. Formalaşma onuncu həftədə tamamlanmalıdır. Həmin dövrdə yaranan hər hans


QRİP zənn etdiyimiz xəstəlik
Herba Flora / Məqalələr

 

Payız və qış aylarında əhali arasında yayılan və yanlış olaraq “qrip” adlandırılan infeksiya əslində paraqripdir və qripdən intoksikasiya simptomlarının yüngüllüyü və ölüm faizinin aşağı olması ilə fərqlənir.

 

Paraqrip yuxarı tənəffüs yollarının, xüsusən burun, udlaq və qırtlağın selikli qişasını zədələyən və zəif intoksikasiya əlamətləri ilə müşayiət olunan kəskin virus infeksiyasıdır.

 


Diş ağrısına TƏBİİ ÇARƏ
Herba Flora / Məqalələr

 

Diş ağrısı dişin bərk toxumalarının zədələnməsi nəticəsində yaranır. Güclü diş ağrısı nəinki əhvalın pozulmasına, həm də iş qabiliyyətinin aşağı düşməsinə, qidalanma və yuxu rejiminin pozulmasına səbəb olur.

 

Diş ağrısının əsas səbəbləri – kariyes, pulpit, parodontit kimi diş və diş əti xəstəlikləridir. Həmçinin diş çatları, dentin təbəqəsinin açıq qalması və yaxşı müalicə olunmamış dişlər də ağrı törədə bilir. Təkcə diş xəstəlikləri deyil, haymor ciblərinin iltihabı zamanı da ağrı dişlərə yayılır.

 

Diş ağrısı kəskin, döyünən, intensiv, daimi, sızıltılı və tutmaşəkilli ola bilər. Əsasən axşam və gecə saatlarında baş verən kəskin ağrının səbəbi əksər hallarda pulpit olur


Nə yeyək ki, OYNAQLARIMIZ SAĞLAM OLSUN?
Herba Flora / Məqalələr

 

Oynaqlar sümüklərin hərəkətli birləşməsini təmin edən dayaq-hərəkət sistemi hissəsidir, içində sinovial maye olan oynaq kisəsi ilə əhatə olunub. Quruluşuna görə iki sümükdən təşkil olunmuş sadə, üç və daha artıq sümüyün iştirakı ilə yaranan mürəkkəb oynaqlara bölünür. Ətrafında onu əhatə edən və oynağın normal fəaliyyətini təmin edən oynaqətrafı toxumalar - əzələlər, bağlar, vətərlər, damar və sinirlər yerləşir.


Uşaqlarda iştahasızlığın səbəbləri və müalicə prinsipləri
Herba Flora / Məqalələr

 

Uşaqlarda yaranan iştahasızlıq valideyinlərin ciddi narahatçılığına səbəb olur. Uşaq qidadan imtina edir, çünki çox zaman qəbul olunan yemək, əsasən də səhərlər ürəkbulanma, hərdən qusma ilə müşahidə olunur. İştahasızlığı aradan qaldırmaq üçün, uşaqlara müxtəlif vitamin-mineral komplekslər verilir, amma bu preparatlar ancaq verilən müddətdə təsir edir.

Nəticədə isə uşaq normal qidalanmadığı üçün, çəkidən və boydan geri qalır. Bu problemi aradan qaldırmaq üçün iştahasızlığı yaradan səbəbləri aşkar etmək lazımdır. 


İnsanı qocaldan səbəb: TƏQVİM və SAAT
Herba Flora / Məqalələr

 

Britaniyanın Edinburq Universitetinin alimləri insan orqanizminin qocalması ilə bağlı maraqlı bir tədqiqat aparmışlar və belə bir qənaətə gəlmişlər ki, yaşlanmanın əsas səbəbi təqvimdir. Tədqiqat rəhbəri Endryu Stivenson iddia edir ki, təqvim və saat olmasa idi, insan ömrü indikindən qat-qat uzun olardı: “İnsanlar gün ərzində işlərini saata görə proqramlaşdırırlar. Hər yerdə təqvimlər var və insanlar hər günün necə qurtardığını, növbəti günün necə başladığını bilirlər”. 


ŞÜA xəstəliyi
Herba Flora / Məqalələr

 

Radioaktiv şüalar gözlə görünməsə də cisimlərdən müxtəlif dərəcədə keçmə qabiliyyətinə malikdirlər. Elm və texnologiyanın inkişafı ilə əlaqədar hər birimiz kompüter, telefon, internet qurğuları və başqa cihazların şüalanmasına məruz qalırıq. Lakin belə şüalar zəif olduğundan xəstəlik törədəcək dərəcədə təsir göstərmir.

 Güclü radiasiyanın təsirindən isə toxuma və hüceyrələrdə ionlaşma prosesi getdiyinə görə onların strukturu və fəaliyyəti pozulur, nəticədə şüa xəstəliyi inkişaf edir.


BAĞIRSAQ QRİPİ
Herba Flora / Məqalələr

 

Rotavirus infeksiyası – qastroenteritin kəskin formalarından biri olub, rotaviruslar tərəfindən törədilir. Daha çox altı ayından iki-üç yaşına qədər körpələrin yoluxduğu bu bağırsaq infeksiyası əhalinin bütün yaş qruplarında xəstəlik törədə bilir. İlk dəfə 1973-cü ildə avstraliyalı mütəxəsislər tərəfindən aşkar olunmasına baxmayaraq rotavirus inveksiyası müasir dövrdə öz aktuallığını saxlayır. Bəzi statistik məlumatlara görə 3 yaşına qədər uşaqlarda müşahidə edilən ishalların 95 faizi rotaviruslar vasitəsilə törədilir.Rotaviruslar - latıncadan tərcümədə rota - halqa mənasını verir və bu, virusların mikroskop altında halqaya bənzəməsi ilə əlaqədardır. Onlar aşağı temperatura olduqca davamlıdır.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem