HERBA FLORA






KAPİLYAR GENİŞLƏNMƏSİ üçün reseptlər
Herba Flora / Məqalələr

 

 

Damar ulduzcuqları - teleangioektaziyalar tonusunu itirmiş dəridaxili kapiliyarların genişlənməsi nəticəsində əmələ gəlir. Kapilyar damarların keçiriciliyinin zəifləməsi və elastikliyinin azalması nəticəsində mikrosirkulyasiyada yaranan durğunluq venoz və ya arterial damarlarda təziyiqin artmasına və onların genişlənməsinə səbəb olur.


Orqanizmin gözəgörünməz düşmənləri
Herba Flora / Məqalələr

 

 

Müasir dövrdə sağlamlığa böyük zərbə vuran, illərlə müalicə olunmasına baxmayaraq sağalması çətin gedən xəstəliklərin bir səbəbi də göbələklər olur. Dəri və dırnaqlarda parazitlik edən göbələklər daha tez aşkar edilir, dəridə qaşınma, xırda suluqların əmələ gəlməsi, dırnaqların qalınlaşması, saralması və laylanması əlamətləri ilə özünü büruzə verir.

Göbələklər təkcə dəri və dırnaqları deyil, daxili orqanları da zədələyir. 


AĞIZ QOXUSUNUN başlıca səbəbi...
Herba Flora / Məqalələr

 

 

Hazır qidaların qəbulu, çay və qəhvə, keyfiyyətsiz su içilməsi dişlərin bəzən sıradan çıxmasına səbəb olurAğız boşluğunun mikroblarla çirklənməsi, ağız suyunun azalması və tərkibinin dəyişməsi diş sümük toxumasının möhkəmliyinin azalması da həmin prosesə təsir edir. Yeyilən qidalarla əlaqədar ağız boşluğunda turşu-qələvi tarazlığının səviyyəsində dəyişikliklər yarana bilər.


Hansı Xallar Xərçəngə Çevrilə Bilər?
Herba Flora / Məqalələr

 

Dəri xərçənginin bir növü olan melanoma, bədxassəli şişlər arasında daha təhlükəli və ağırgedişli hesab olunur. Adəti üzrə dəriyə rəng verən dəri piqmenti melaninin sintezinə cavabdeh olan hüceyrələrdən törəyir. Bu, melanomaların əksər hallarda tünd rəngdə olmasını izah edir. Lakin tibbi praktikada melanin daşımayan pimentsiz melanomalara da rast gəlinir.


Övladınız Çox Hərəkətlidirsə...
Herba Flora / Məqalələr

 

Son illər uşaqlarda diqqət yayınıqlığı və hiperaktivlik sindromu neyropediatriyanın ən aktual problemlərindən birinə çevrilib. Problemin aktuallığı rastgəlmə tezliyinin çoxalması və onun sosial problemə çevrilməsi ilə əlaqədardır. Diqqət yayınıqlığı sindromu olan uşaqlar normal və ya normadan yüksək intellektə sahib olsalar da, bir qayda olaraq məktəbdə o qədər də yaxşı oxumurlar.


DETOKS - orqanizmin təmizlənməsi
Herba Flora / Məqalələr

 

Limfa şəffaf rəngli hüceyrəarası mayenin sirkulyasiya edən halıdır. Qan damarlarından sızaraq əmələ gəldiyinə görə öz tərkibi ilə qana çox yaxındır. Limfa əsasən qidalandırıcı və müdafiə funksiyaları daşıyır, hüceyrələrin qidalı maddələrlə təminatını artırır, mübadilənin artıq məhsullarını, məhv olmuş leykositləri, faqositləri, mikrob və virusları orqanizmdən xaric edir, orqanizmin immunitetini və tonusunu yüksəkdir, limfatik sistemdə zülallar, maye və duzlar zərərsizləşərək yenidən qana qayıdır.


NARİNGİNİN faydaları
Herba Flora / Məqalələr

 

Günəşin üzünü daha gec göstərdiyi qış günlərində menyuda sitrus meyvələrinin özünəməxsus yeri var. Bu onların həm tərkibinin zənginliyi, həm narıncı rəngin verdiyi xoş əhvali-ruhiyyədən, həm də uzun müddət tərkibini dəyişmədən saxlanıla bilməsindən irəli gəlir. Orqanizmin qışda mineral və vitaminlərə olan tələbatını qarşılayan sitrus meyvələrinin içərisində naringinin xüsusi yeri var. Əsasən uşaqların sevimlisi olan naringi faydalı mineral və vitamin baxımından olduqca zəngindir.


OYNAQ SAĞLAMLIĞI üçün pəhriz
Herba Flora / Pəhriz

 

Oynaqlar sümüklərin hərəkətli birləşməsini təmin edən dayaq-hərəkət sistemi hissəsidir, içində sinovial maye olan oynaq kisəsi ilə əhatə olunub. Quruluşuna görə iki sümükdən təşkil olunmuş sadə, üç və daha artıq sümüyün iştirakı ilə yaranan mürəkkəb oynaqlara bölünür. Ətrafında onu əhatə edən və oynağın normal fəaliyyətini təmin edən oynaqətrafı toxumalar - əzələlər, bağlar, vətərlər, damar və sinirlər yerləşir.


SİNİR ağrısına təbii çarələr
Herba Flora / Məqalələr
Nevrit periferik sinirlərin iltihabi xəstəliyidir. İltihablaşan sinirin gedişi boyu güclü ağrılar, həmin sinirin təchiz etdiyi əzələlərdə zəiflik və atrofiya, dərinin həmin hissəsində soyuğa, istiyə və toxunmaya qarşı həssaslığın dəyişməsi, bəzi hallarda isə hərəkətin pozulması ilə müşahidə olunur.
Nevritin yaranma səbəbləri arasında travma, intoksikasiya, infeksion xəstəlik, həmçinin şəkərli diabet kimi mübadilə xəstəlikləri və sinirin qan təchizatının pozulması əsas yer tutur.

LEYKOZ və onun müalicə perspektivləri
Herba Flora / Məqalələr

 

Keçən əsrin ən qorxulu bəlası olan leykoz qanyaradıcı sistemin bədxassəli xəstəliyidir. Onkoloji prosses ilk növbədə sümük iliyində yaranır, normal qanyaranmanı pozur və sonradan bütün orqanizmə yayılaraq digər orqan və sistemlərin fəaliyyətini dayandırır. Xəstəliyə vaxtında diaqnoz qoyulmayanda və ya müalicə tədbirləri gecikəndə  ölümlə nəticələnir.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem