HERBA FLORA






Uşaqlar üçün QIZDIRMASALICI PREPARATLARDAN istifadə edərkən ehtiyatlı olun!..
Herba Flora / Məqalələr

 

 

Reye sindromu adətən infeksion xəstəliklərin müalicəsi fonunda başlayan və kəskin proqressivləşən həyati təhlükəli haldır. Ona 12-13 yaşına qədər uşaqlar və yeniyetmələr arasında daha çox rast gəlinir. İlk dəfə həmin sindromu 1963-cü ildə avstraliyalı həkim Duqlas Reye qeydə aldığına görə onun adı ilə də adlanır. Ona bəzi tibb ədəbiyyatlarında “Reyo” və ya “Reya” adı ilə rast gəlmək mümkündür.

Sindroma, adətən qızdırmayla müşahidə olunan qrip, KRX, suçiçəyi, qızılca və s. kimi infeksion xəstəliklərin müalicəsində istifadə olunan asetilsalisil turşusu (aspirin) və onun törəmələri ilə müalicə zamanı rast gəlinir.


İshal və qəbizliyin səbəblərindən biri
Herba Flora / Məqalələr

 

 

Disbakterioz – bağırsağın normal mikroflorasının pozulmasıdır. Normal sağlam orqanizmdə müəyyən miqdarda faydalı və patogen – xəstəlik törədən bakteriyalar var.

Müxtəlif səbəblərdən – uzun müddət antibiotiklərin qəbulu, tərkibində kimyəvi konservantlar olan qidalar, kəskin bağırsaq infeksiyaları, zərərli ekoloji şərait, daimi stress, qeyri-düzgün qidalanma, orqanizmin ümumi zəifliyi və s. zamanı bağırsaqda olan patogen mikrobların miqdarı artır.

Disbakterioz, əsasən mikroorqanizmlərin daha çox yerləşdiyi yoğun bağırsaqda əmələ gəlir. Bu zaman bifidobakteriyaların və laktobasillərin miqdarı azalır, şərti-patogen mikrobların miqdarı isə artır.


Pəhriz Zamanı Niyə Halsız Oluruq?
Herba Flora / Pəhriz

 

Bu gün əhalinin böyük bir qisminin oturaq həyat tərzi sürməsi, yediyimiz qidaların tərkibində olan kimyəvi qatqı maddələri, həmçinin ekoloji mühitin - su, havanın kirli olması orqanizmimizin toksinlərlə həddən artıq yüklənməsinə, maddələr mübadiəsinin pozulmasına, qanda xolesterol səviyyəsinin yüksəlməsinə və piylənməyə səbəb olur.


Yüksək təzyiqdən (hipertoniya) qorunmağın yolları
Herba Flora / Məqalələr

 

 

Arterial hipertoniya bir sıra xəstəliklərin inkişafına səbəb olur, ilk növbədə isə həyati vacib orqanlara – ürək, baş beyin, böyrək və gözlərə zərbə vurur. Həmin orqanlar hipertoniya xəstəliyi nəticəsində o qədər zərər çəkir ki, kardioloqlar onları “hədəf-orqanlar” adlandırırlar. Xəstəlikdən qorunmaq üçün bir neçə məsləhətə əməl etmək lazımdır.


"Mədənin süpürgəsi" adlandırılan tərəvəz
Herba Flora / Məqalələr

 

Qədim Misir ehramlarında tapılan əlyazmalarda eramızdan əvvəl IV əsrdə ispanağın istifadəsi və mədəni sortlarının yetişdirilməsi barədə məlumatlar var. Ancaq bitkinin mədəni sortlarına oxşayan yabanı növünə yalnız Qafqazda və Mərkəzi Asiyada rast gəlindiyinə görə onun vətəninin həmin ölkələr olduğu güman edilir.

Məşhur şərq təbibi İbn Sina ispanağın müalicəvi xüsusiyyətləri haqqında bəhs edərkən onu “bitkilərin şahı” “mədənin süpürgəsi” adlandırmışdı.


Müdafiəyə ehtiyacı olan orqan - QARACİYƏR
Herba Flora / Məqalələr

 

Qaraciyər orqanizmdə tam bərpa oluna bilən yeganə orqandır. Digər tərəfdən həm də qaraciyər hüceyrələri çox həssasdır və tez zədələnir, həm də imkanları sonsuz deyildir. Mütəmadi olaraq spirtli içki qəbul edəndə, kəskin, acı və yağlı qidalar yeyəndə, aşırı dərəcədə sintetik dərman preparatları içəndə və konservantlı qidalar qəbul edəndə qaraciyərdə elə distrofik dəyişikliklər yarana bilər ki, müəyyən vaxtdan sonra onun qarşısını almaq çox çətin olar.


Ayaq tərləməsi üçün çarələr...
Herba Flora / Məqalələr

 

 

Tər ifrazı orqanizmin isinməyə qarşı qoruyucu reaksiyasıdır və daha çox müəyyən nahiyələrin lokal xarakterli tərləməsi ilə özünü büruzə verir. Ayaqların fəsildən aslı olmayaraq yayda və qışda çox tərləməsi təkcə estetik deyil, ilk növbədə tibbi problemdir.

Ayaq tərləməsi bir çox hallarda soyuqluq və pis qoxu ilə də müşayiət olunur.


Sağlam Vərdişlər...
Herba Flora / Məqalələr

 

Uzun illərdən bəri sağlamlığı qorumaq üçün qəbul edilmiş bəzi qaydalar var və onlara əməl edilməməsi hansısa xəstəlik və fəsadlara aparıb çıxarır. Lakin necə deyərlər, əbədi heç nə yoxdur. Bir sıra alim və həkimlərin təcrübələri indiyə qədər mövcud olan həmin qaydalara doğma kimi yanaşmağın düzgün olmadığını göstərir. Hətta onlardan elələri var ki, ilk baxışdan qəbuledilməz təsir bağışlayır...


EROZİYA – Səssiz Təhlükə
Herba Flora / Məqalələr

 

Uşaqlıq boynunun eroziyası ən çox rast gəlinən ginekoloji xəstəliklərdən biridir. Bu, uşaqlıq boynu selikli qişasının defekti olaraq üzə çıxır. Həqiqi eroziya nadir hallarda rast gəlinir və qısa müddətdə, təxminən 10-14 gün ərzində sağalır.

Adətən başqa bir patologiya “uşaqlıq boynunun eroziyası” termini ilə adlandırılır.

Normada uşaqlıq boynunun uşaqlıq yoluna baxan hissəsi çoxqatlı yastı epitellə örtülüdür. 


SAĞLAM ARIQLAMA PROQRAMI
Herba Flora / Pəhriz



 

İlıq yaz günlərinin gəlişi ilə bağlı olaraq yavaş-yavaş nazik geyimlərə keçid baş verir. Bununla əlaqədar nəinki xanımların, bir çox bəylərin də arzusu arıq görünüşə sahib olmaqdır. Herba Flora şirkəti bunları nəzərə alaraq, hamının rahatlıqla istifadə edə biləcəyi "Sağlam Arıqlama Proqramı"nı təqdim edir.

 

Proqram 1 ay müddətində tətbiq olunduqdan sonra 10-15 günlük fasilədən sonra təkrar oluna bilər.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem