HERBA FLORA






Həzmi Yaxşılaşdıran Tərəvəz
Herba Flora / Məqalələr

 

Özünəməxsus turş dada malik olan turşəng el arasında “quzuqulağı” kimi də tanınır. Əsasən çiy şəkildə yeyilsə də, ondan bir sıra xörək və salatların hazırlanmasında istifadə edilir.

Turşəng vitaminlər, azotlu maddələr, kalium, kalsium, molibden, maqnezium, natrium, kükürd, dəmir, yod, sink, fosfor, xlor, mis kimi mikro və makro elementlərlə də zəngindir.


Gözaltı Kölgələrsiz - Daha Aydın Baxışlar!
Herba Flora / Məqalələr

 

Dəri örtüyü müdafiə funksiyasıyla yanaşı orqanizmdə baş verən fasiləsiz mübadilə proseslərində də iştirak edir. Ona görə də dərinin rəngi və elastikliyi sağlamlığın ən əsas göstəricisi sayılır. Əbəs yerə dərini “orqanizmin aynası” hesab etmirlər. Daxildə baş verən proseslər dəridə müəyyən xüsusiyyətlərlə özünü büruzə verir. 


Maddələr Mübadiləsini Sürətləndirən Faydalı Yağ Turşusu
Herba Flora / Məqalələr

 

Polidoymamış yağ turşusu – Omeqa 3 orqanizmdə sintez oluna bilmədiyi üçün əvəzolunmayan turşulara aid edilir. Orqanizm onu bitki və heyvan mənşəli qida məhsullarından alır: zəyərək (kətan) toxumu və balqabaq tumları, qoz və yarpaqlı tərəvəzlər, yağlı okean balıqları – qızılbalıq, sardina və tuna balığı. Bundan əlavə, orqanizm Omeqa 3-ü zeytun yağı, avokado, müxtəlif toxum və ləpələrdən ala bilər.


İmmunitet Zəifliyinin Xəbərçisi
Herba Flora / Məqalələr

 

Aftoz stomatit ağız boşluğunun selikli qişasının üst səthində əmələ gələn, ətrafı qırmızı rəngli haşiyələnən, içərisi yarımşəffaf maye ilə dolu, olduqca ağrılı iltihabi prosesdir. Onun əmələ gəlməsi zamanı həmin nahiyədə kəskin ağrı, yemək yeyərkən ağız boşluğunun selikli qişasında göynəmə, yanma hissi, ətraf limfa düyünlərinin böyüməsi, bəzən də bədən temperaturunun yüksəlməsi kimi hallar baş verir.


Təbəssümünüz Əskik Olmasın!
Herba Flora / Məqalələr

 

Keyfiyyətsiz diş pastaları, düzgün seçilməyən diş fırçaları, antibiotiklərdən sui istifadə, çox geniş yayılmış olan avitaminozlar ağız boşluğunda bəzi dəyişikliklərə,  o cümlədən iltihabi proseslərə - stomatitə gətirib çıxarır. Həmin xəstəliklərdə illərdən bəri əminliklə istifadə edilən bitkilər kombin şəkildə bir çayda - Teasept çayında cəmlənərək, onun təsir effektini qatbaqat artmışdır.


Körpələrdə Köp və Sancıya Sadə Çarə
Herba Flora / Məqalələr

 

Yenidoğulmuş uşaqlarda 1-1.5 aya qədər köp və sancı çox olur. Bunun səbəbi ilk aylarda uşağın mədə-bağırsaq sisteminin tam yetkinləşməməsidir. Həzm şirələrinin yetərincə ifraz olunmaması, bağırsaq mikroflorasının yeni-yeni formalaşmağa başlaması tez zamanda diskomfort hallarına səbəb olur.


Enerjili olmaq üçün 7 Məsləhət
Herba Flora / Məqalələr

Mütəxəssislər zehni yorğunluq və yaddaş zəifliyinin qidalanma, həyat tərzi və idmandan çox asılı olduğunu söyləyir. İdeal çəki, normal həyat sürmək və idmanla məşğul olmaq həmin amillərin aradan qalxmasında və orqanizmin enerjili olmasında mühim rol oynayır. Tam güclü və enerjili olmaq üçün bir sıra məsləhətlərə əməl edilməlidir.


Hil həm də müalicəvi bitkidir
Herba Flora / Məqalələr

 

Hil dedikdə çoxlarımızın ağlına ilk olaraq Novruz bayramı və bayram şirniyyatları gəlir. Bir çox xörək, şirniyyatlarımızı dadlandıran hil nəinki ölkəmizdə, eləcə də bütün dünyada populyar ədviyyatdır. Qədim dövrlərdə “Cənnət ədviyyatı” adlandırılan hil zəfəran və vaneldən sonra dünyanın 3-cü ən baha ədviyyatıdır.


ŞƏFA VİTAMİNİ şərbəti ilə bağlı yenilik!
Herba Flora / Məqalələr

 

 

Herba Floranın ən çox sevilən məhsullarından olan ŞƏFA VİTAMİNİ şərbəti artıq yeni qablaşdırmada -  ml-lik şüşə flakonda istehsal olunmağa başladı. Şərbətin tərkibində heç bir dəyişiklik olunmayıb.

Təbii vitamin-mineral mənbəyi olan bu məhsul haqqında daha geniş informasiya üçün daxil olun:


MİRFAZİN - Şəkərə Qalib Gəlin!
Herba Flora / Məqalələr

 

 

MİRFAZİN şəkərli diabet zamanı həm tək şəkildə, həm də diabetin ağırlaşmalarının (böyrək, qaraciyər, ürək, beyin və ətraf zədələnmələri) qarşısını almaq üçün Diabetea çayı ilə yanaşı istifadə olunan faydalı çaydır. 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem