HERBA FLORA






Pomidor - Xərçəngdən müdafiə edir
Herba Flora / Məqalələr

 

Pomidorun tərkibində su, şəkər, üzvü turşular, pektin, sellüloza, piy maddəsi, karotin, həmçinin fitonsid, ferment maddələri, A, C, B1, B2, B3, B6, B9, H, E, PP vitaminləri, makro- və mikroelementləri –  xüsusilə də dəmir, kobalt, sink, kalium, manqan duzları və s. aşkar edilmişdir. Yaxın illərdəki tədqiqatlar pomidorun xərçəng hüceyrələrinin inkişafını dayandırması məlum olmuşdur.  Profilaktik vasitə kimi pomidor xərçəng xəstəliyindən qorunmaq üçün müsbət rol oynaya bilər. 


Köp Əleyhinə Pəhriz
Herba Flora / Pəhriz

                                                 


Xəstəliyin xəbərçisi - İylənmiş Balıq Qoxusu
Herba Flora / Məqalələr

 

Qardnerellyoz və ya bakterial vaginoz ginekoloji xəstəliklər arasında çox geniş yayılmışdır. Gardnerella vaginalis bakteriyaları hər bir sağlam qadının uşaqlıq yolunun normal mikroflorasının tərkibində var, lakin laktobakteriyalar ilə balans halında olduğundan xəstəlik törətmir. Laktobakteriyaların sayının azalması ilə müşayiət olunan hallar zamanı disbalans yaranır və xəstəlik əlamətləri baş qaldırır.


Yaşıl çay: üzrü günahından betər
Herba Flora / Məqalələr

 

Yaşıl çayın faydası haqqında demək olar ki, eşitməyən yoxdur. Qədim Çin rəvayətinə görə, yaşıl çay dünyaya müqəddəs Bodhidharma tərəfindən göndərilmişdir. Çinin qədim sərkərdələrindən olan Şen Nun öz ölkəsinin sakinlərinə yaşıl çay içməyi məsləhət görür və onun oynaq ağrılarını azaltmaq, görməni yaxşılaşdırmaq, immun sistemi gücləndirmək, yorğunluğu aradan qaldırmaq kimi müalicəvi xüsusiyyətləri olduğunu söyləyirdi. 


Ürəyin Ritmi Pozulanda...
Herba Flora / SualCavab

 

Ürəyin ritm pozulmaları arasında ən çox rast gəlinən ekstrasistoliya - ürək əzələsinin heterotrop oyanması və vaxtından əvvəl yığılması ilə xarakterizə olunur. Təxminən hər 10 xəstədən 6-da müşahidə olunan ekstrasistoliyanın rastgəlmə tezliyi 50 yaşdan sonra 90 faizə çatır. Əslində sağlam ürək də sutka ərzində 200 dəfə növbədənkənar yığıla bilər. 


İstivurma Zamanı İlk yardım
Herba Flora / Məqalələr

 

Havanın yüksək hərarəti bəzən orqanizmdə müəyyən fəsadlara, o cümlədən istivurmaya səbəb olur. İstivurma orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi, tər ifrazının kəsilməsi və huşun itməsi ilə müşayiət olunan xəstəlikdir. Günvurma isə istivurmanın xüsusi forması olub günəş şüasının birbaşa baş nahiyəsinə düşməsi nəticəsində yaranır. 


Ağciyər Xəstəliklərinə Faydalı Bitki
Herba Flora / Məqalələr

 

Keçibuynuzunun yetişmiş meyvələrinin toxumları uzun müddət içərisinə su keçirmədiyindən ağırlığını dəyişməyən nadir toxumlardır. Toxumlarının eyni forma və çəkidə olması onun lap qədim zamanlardan qiymətli daşları və metalları çəkmək üçün kiçik ölçülü çəki daşı əvəzi istifadə edilməsinə səbəb olub... 


Günəş Şüalarına Qarşı Allergiya. Təbii Çarələr...
Herba Flora / Məqalələr

 

Əsas həyat mənbələrindən biri olan Günəş orqanizmində gedən bir çox proseslərə müsbət təsir edir, lakin günəş şüalarına qarşı allergiyası olanlar da var. Günəş dermatiti və ya fotodermatit aktinik dermatitin növlərindən sayılır, dərinin günəş şüalarına qarşı allergik-iltihabi reaksiyasıdır. Xəstəliyin ağırlıq dərəcəsi günəşin intensivliyindən başqa həm də orqanizmin fərdi reaktivliyindən asılıdır.


Mövsümün Aktual Problemlərindən Biri
Herba Flora / Məqalələr

 

Yay fəsli gəzinti və istirahət üçün nə qədər arzuolunan və əlverişli olsa da, özü ilə çoxlu qayğılar da gətirir. Bu mövsümdə ən çox narahatlıq doğuran və daha çox geniş yayılıan qida toksikoinfeksiyaları, sadə dildə desək, zəhərlənmələrdir.

Yay mövsümündə qida zəhərlənmələrinin sayının artma səbəbləri
Bu, ilk növbədə iqlim şəraiti və havaların istiləşməsi ilə əlaqədardır. Havanın hərarəti çox olanda müəyyən patogen mikrobların da inkişafının çoxalma sürəti artdığına görə yay aylarında qida zəhərlənmələrinin sayı çoxalır.


Sellülitdən Necə Xilas Olaq?
Herba Flora / Məqalələr

 

 

Sellülit – dərialtı piy qatında gedən struktur dəyişiklikləri və ya dərinin mexaniki deformasiyası olub, mikrosirkulyasiyanın pozulması və səthi piy hüceyrələrinin hipertrofiyası nəticəsində yaranır. Sellülit zamanı dərinin və dərialtı piy qatının hüceyrələri özünün metabolizm məhsullarını xaric edə bilmir, əksinə, yağ, maye, toksin və şlakları ikiqat sürətlə toplayır. Ona görə də həmin hüceyrələrin ölçüsü böyüyür və piy toxumasının həcmi artdığı üçün dərialtı birləşdirici toxuma liflərinin arasından xaricə doğru qabarıqlar əmələ gəlir.







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem