HERBA FLORA






Hamiləliyi fəsadsız başa vurmaq üçün...
Herba Flora / Məqalələr

Hamiləlik hər bir qadının həyatında ən həssas dönəmlərdən biridir. Və hər bir ana körpəsini sağ-salamat qucağına almağı arzulayır. Lakin bəzən hər hansı bir səbəbdən hamiləlik yarımçıq kəsilir və buna tibdə düşük deyilir.
20-ci həftəni tamamlamadan və ya döl 500 qram çəkiyə çatmadan hər hansı səbəbdən hamiləliyin pozulması düşük hesab edilir.

QIZDIRMANI salmağın asan yolları
Herba Flora / Məqalələr

 

Adətən uşağın hərarəti yüksələndə böyüklər qorxuya düşür və ona qızdırma salan dərmanlar verməyə tələsirlər. Əslində hərarət virus infeksiyası fonunda yüksəlir.

Xəstəlik çox vaxt orqanizmdə hərarətinin artması ilə başlayır, bir qədər sonra digər əlamətlər özünü biruzə verir. Hərarətin yüksəlməsi orqanizmin infeksiya ilə mübarizəyə başladığını, yüksək hərarət isə orqanizmin bunun öhdəsindən yaxşı gəldiyini göstərir.


YOD çatışmazlığı – ZOBUN səbəbi...
Herba Flora / Məqalələr

Yod deyəndə ilk növbədə ağla ilk gələn yara və cızıqların dezinfeksiyası üçün istifadə olunan məhlul olur. Əslində isə yod orqanizmin fəaliyyəti üçün əvəzolunmaz mikroelementlərdən biridir. Onun əsas funksiyası qalxanabənzər vəzin ifraz etdiyi həyati vacib tireoid hormonların – triyodtironin və tiroksinin sintezində iştirak etməsidir. Orqanizmdə gedən bir çox vacib proseslər məhz onunla əlaqədardır.


Kimlərin SƏTƏLCƏM olma riski daha yüksəkdir?
Herba Flora / Məqalələr

 

Pnevmoniya – ağciyər iltihabı və ya sətəlcəm – ağciyərlərin tez-tez təsadüf edilən xəstəliyidir.

 

Pnevmoniya daha çox yaşlılar, xronik xəstəliyi olanlar, xüsusilə uşaqlar və immun sistemi zəif olanlar üçün təhlükəlidir. Keçən əsrin axırlarınadək uşaqlarda ölüm törədən əsas xəstəliklərdən biri pnevmoniya hesab olunurdu.


Görmə orqanının ZƏDƏLƏNMƏLƏRİ
Herba Flora / Məqalələr

 

Göz travmatizmi problemləri çox aktualdır. Baş vermə şəraitinə görə göz travmatizmi sənaye, kənd təsərrüfatı, məişət, uşaq kimi növlərə bölünür. Xüsusi yeri hərbi travmatizm tutur. Göz yuvasının, gözün əlavə aparatının, göz almasının travmaları ayırd edilir.

 

Göz alması birbaşa və dolayı yolla zədələnə bilir. Birbaşa zədələnmələr göz alması divarlarına bilavasitə təsirlə, dolayı zədələnmələr isə ondan uzaq sahəyə dəyən zərbə nəticəsində meydana çıxır.

 


Orqanizmin sağlamlığı üçün DƏMLƏMƏLƏR
Herba Flora / Məqalələr

Gündəlik rasionumuzda adi çaydan istifadə edir və onu daha üstün tuturuq. Necə deyərlər, armudu istəkanda çay, ürəyimiz yananda çay...

Çay xammal, yəni yaşıl çay şəklində istifadə olunanda çox faydalı dərman bitkisidir, gündəlik istifadə edilən qara çay isə çay yarpaqları yığılandan sonra fermentləşdirilmə yolu ilə alınır. Fermentləşmə prosesi əslində çox sadə üsulla aparılır. Yaşıl yarpaqlar ot tayası kimi üst-üstə yığılır, təqribən 29 dərəcəyədək isidilmiş, nəm, lakin yaxşı havalanan otaqlarda bir neçə həftə saxlanılır, nəticədə yarpaqların rəngi qaralır.


KÖP niyə əmələ gəlir?
Herba Flora / Məqalələr

 

Meteorizm qarın köpməsi, gəyirmə və bağırsaq sancıları ilə müşayiət olunan həzm traktında qazların toplanması halıdır. Bağırsaqlarında normal halda 200-dən 900 ml-ə qədər bağırsaq qazları toplanır və onların 100-500 ml-ə qədəri sutka ərzində xaric olur. Qazlar daha çox mədənin fundal hissəsində, çənbər bağırsağın sağ və sol əyriliklərində toplanmağa meyl edir.

Qazların bağırsaqlarda 1000 ml-dən çox toplanması artıq patoloji hal hesab olunur və meteorizm adlanır.


İSTERİK NEVROZ
Herba Flora / Məqalələr

 

İsteriya sinir-psixi xəstəlikdir, nevrozun növlərindən biridir, daha çox xüsusi psixikaya malik olanlarda yaranır. Xəstəlik iki qrup simptomla özünü büruzə verir: isterik davranış və isterik tutma. Bəzi xəstələrdə sinir pozulması və xəstəlik əlamətləri bütün ömür boyu davam edir və tibdə buna isterik psixopatiya deyilir.


K vitamini çatışmazlığı nəyə səbəb olur?
Herba Flora / Məqalələr

 

 

Filloxinonlar, yəni K vitamini qrupu yağda həll olan yeddi vitamindən təşkil olunub. Bunlardan K1 və K2 daha böyük əhəmiyyətə malikdir. K1 vitamini – filloxinon – orqanizmə qida maddələri ilə daxil olur, K2 vitamini – menaxinon – bağırsaq mikriflorası tərəfindən sintez olunur, K3 vitamini – menadion isə onların sintetik analoqudur.

 

K1 vitamini bitkilər vastəsilə sintez olunur və əsasən yarpaq hissədə çoxluq təşkil edir. 

 


Sidiyəgetmənin azalma səbəbləri...
Herba Flora / Məqalələr

Sidik ifrazının az-az, qırıq-qırıq olması və ya sidikliyin tam boşala bilməməsi sidik ifrazının ləngiməsi kimi tanınır. Xəstəlik kəskin və xroniki olmaqla iki formada meydana çıxa bilər. Kəskin sidik ləngiməsi bir neçə saat ərzində inkişaf edir və xəstə özü sidiyə gedə bilmir.

 

Güclü sidik çağırışları, qarnın aşağı hissəsində ağrı və gərginlik olur.

Xroniki ləngimə zamanı xəstə özü sidiyə gedə bilsə də sidik kisəsini tam boşalda bilmir, bu da narahatlıq və ağrı törədir lakin belə xəstələrdə kəskin sidik çağırışları olmur.







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem