HERBA FLORA






Üzərlik bitkisi
Herba Flora / Məqalələr

Mifologiya və inanclarda üzərliyə olan inam onun bəd nəzərdən qoruması ilə bağlıdır. Ona görə üzərliyə demək olar ki, hər evdə rast gəlmək mümkündür. Qara qüvvələri qovmaq və bəd nəzərdən qorumaq məqsədilə çox vaxt onun gücünə bel bağlayırlar. Bitkinin yumru toxumları qırılır, bir qədər sarımsaq qabığı və duz götürülərək qazın və ya ocağın üstündə qızdırılmış dəmir parçasının üzərinə atılır. El arasında yayılmış inama görə, üzərliyin tüstüsü, eləcə də ocaq üzərinə tökülən duzun çırthaçırt yanması bəd nəzərin, insana toxuna biləcək sədəmənin qarşısını alır. 


Yumurta pəhrizi
Herba Flora / Pəhriz

Yumurta ağır və çətin həzm edilən qida olsa da, onun hazırlanmasından çox şey asılıdır. Yumurta nə qədər çox bişsə və ya qızardılsa, orqanizmdə o qədər yavaş həzm edilir. Həkim-diyetoloqlar ilıq bişirilmiş yumurtanın həzmi üçün bir-iki saat kifayət etdiyini söyləyirlər. Bərk bişmiş yumurta və ya qayğanağın həzm edilməsi üçün ən azı 3 saat vaxt lazımdır. Əslində yumurta kalorili qida deyil, arıqlamaq istəyənlər üçün unikal məhsuldur. Özündə orta hesabla 80-100 kkal saxlayır və bütün kalorilər yumurtanın sarısındadır. Yumurta pəhrizi rejimindən əvvəlki çəki ilə pəhrizdən sonrakı çəki arasında çox böyük fərq olur. 


Qurd xəstəliklərində fitoterapiya
Herba Flora / Məqalələr

Parazitar xəstəliklərin müalicəsində son illərdə bitki terapiyasına böyük üstünlük verilir. Bu da bir çox səbəblərlə bağlıdır. Məsələn, bir çox antiparazitar dərman preparatlarından fərqli olaraq dərman bitkiləri 1 və ya 2 helmintə deyil,bir neçə qurda təsir edə bilir, həmçinin bu təsirlərlə də yanaşı bağırsaq mikroflorasını pozmur,bundan əlavə bitkilər daha mülayim təsir edir və s. Bu barədə daha ətraflı video çarxda həkim-fitoterapevt Elnur Rəhimovun müsahibəsində tanış ola bilərsiniz.


Şəkərli diabetdə görmə problemləri
Herba Flora / Məqalələr

Retina görməni təmin edən, işığa həssas hüceyrələrlə sinir liflərindən ibarət olan təbəqədir. Göz almasının arxa iç divarını əhatə edən retina milyonlarla görmə hüceyrəsi və onların bağlı olduğu sinir hüceyrələrindən ibarətdir. Həmin sinir hüceyrələrinin çıxıntıları birləşərək görmə sinirini əmələ gətirir. Retinadakı dəyişiklik, görüntünün yaranmaması, görmə sinirindəki pozğunluq isə görüntünün beyinə çatmaması ilə nəticələnir. Retinaya ən çox təsir edən xəstəliklər şəkərli diabet və hipertoniyadır.


Mate çayı - pırkal otu
Herba Flora / Məqalələr

Mate tərkibində yüksək miqdarda matein olan tonuslandırıcı içkidir. Mate çayı pırkal bitkisinin qurudulmuş, xırdalanmış yarpaq və cavan zoğlarından hazırlanır. Pırkal bitkisinin yarpaqları “mate otu” adlanır, çayın hazırlandığı qab da mate adlanır. Lakin ruslar onu kalabas və ya kalebas adlandırırlar və bu söz ispan dilindən tərcümədə balqabaq deməkdir. Mate sözü keçua dilində mati sözündən götürülüb, tərcüməsi balqabaqdan hazırlanmış qab, boşqab deməkdir. 


Süd pəhrizi
Herba Flora / Pəhriz

Süd pəhrizinin başqa cür – ağ pəhriz adlandırılmasının səbəbi onun ağartı məhsullarından – süd, kefir, xama, evdə hazırlanan kəsmik, yoqurt və hər növ pendirdən ibarət olmasıdır. Süd məhsulları toxluq hissi yaradan zülalla, faydalı maddələrlə zəngindir. Ona əməl edərkən yalnız kərə yağı və dondurmadan uzaq olmaq lazımdır. Həmin məhsullar çox yağlı olduğundan yüksək kalorilidir. Su qəbul etməyi isə unutmaq olmaz, çünki mütəmadi olaraq su içilməsi vacib məsələdir.


Donvurma zamanı nə etməli?
Herba Flora / Məqalələr

Donvurma aşağı hərarətin toxumalara yerli təsiri nəticəsində baş verir. Ona adətən bədənin açıq yerləri (burun, qulaq) və ətraflar məruz qalır. Uzun müddət soyuq temperaturda olarkən orqanizm bədən temperaturunu tənzimləyə bilmir. Dar və ya nəm ayaqqabı, ayaqların tərləməsi, əlcəksiz iş görmək, hərəkətsizlik, fəsilə uyğun olmayan paltar geyinmək və ya nəmli paltar donmaya əlverişli şərait yaradır. Aclıq və ya zəif qidalanma, qan itirmə, yorğunluq, qocalıq, orqanizmi zəiflədən xəstəliklər, spirtli içkilər və s. səbəblərdən də orqanizm donmaya məruz qalır.

 

 


Qış depressiyası
Herba Flora / Məqalələr

 

Qış depressiyası bir növ affektiv narahatlıq – emosional pozğunluqdur. Bu hal fəsil depressiyalarının bir növüdür.

Əsasən əhval-ruhiyyənin aşağı olması, həssaslıq, koqnitiv pozğunluqlarla – adaptasiya olmada çətinlik, yaddaşın zəifləməsi və s. müşahidə edilir.

Qadınlar kişilərlə müqayisədə bu hala daha həssasdırlar. Əsasən 18-30 yaş arası insanlarda daha çox baş verir.

Bir çox alimlər bunu qış vaxtı yetərli gün işığı almama ilə əlaqələndirirlər.

İşıq çatışmazlığı isə öz növbəsində beyində hipotalamusun işinə mənfi təsir edir, melatonin və serotonin arasındakı balans pozulur.

Fəsil depressiyasının əlamətləri erkən payızdan da başlayaraq qışa qədər qala bilər. Hətta bir çox insanlar bu hala çox ağır reaksiya verirlər.

 

 


Epilepsiya
Herba Flora / Məqalələr

 Epilepsiya qədim tarixə malik və indiyədək tam müalicəsi tapılmayan xəstəliklərdən biridir.

 Rəvayətlərə və tarixi mənbələrə görə, həmin xəstəlikdən bir çox məşhur şəxsiyyətlər, o cümlədən  sərkərdə, siyasət və  ədəbiyyat xadimləri əziyyət çəkmişlər.

 Onların sırasında Makedoniyalı İsgəndər, Yuli Sezar, görkəmli rus yazıçısı Fyodor Dostoyevski və başqaları  da var.

 Bəlkə də elə buna görə də epilepsiyanı "müqəddəs" və ya "ilahi xəstəlik" adlandırırlar.

 Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hazırda dünyada epilepsiyanın yüngül və ağır formalarda  7 milyona yaxın  daşıyıcısı var.

 Xəstəliyin meydana çıxmasında irsi amillər də böyük rol oynayır.

 

 


Kökəlmək istəyirik
Herba Flora / Pəhriz

Artıq çəkidən xilas olmağın yolu möhkəm iradə, düzgün qida rejimi və ciddi idman məşğələlərindən keçir.

Nə qədər qəribə səslənsə də, bədən çəkisini əzələ kütləsi hesabına bircə kiloqram artırmaq arıqlamaqdan qat-qat çətindir. Bəs fizioloji və genetik xüsusiyyətlər səbəbindən çəki yığıb görkəmini istədiyi kimi dəyişə bilməyən “arıqlar” nə etməlidir?

Kökələ bilməməyin əsas səbəbi çəki azlığından əziyyət çəkənlərin ektomorf quruluş tipinə aid olmasıdır.

Onlara sümüklərin uzun, əzələlərin nazik, döş qəfəsinin və çiyinlərin dar, sinir ötürmə proseslərinin isə sürətli olması xarakterikdir.

Emosional, stressə meyilli, yuxusu tez-tez pozulan, zəif iştahalı, bunlarla yanaşı metabolizmi çox sürətli gedən tiplər bəzən distrofiya dərəcəsində arıq olurlar. Həmin fizioloji xüsusiyyətlərin üstünə səhər yeməyini yeməmək, gün rejimini gözləməmək, ayaqüstü qidalanmaq, yuxu və istirahət saatlarını “vacib” işlərə sərf etmək kimi pis vərdişlər də gələndə daha xoşagəlməz vəziyyət yaranır. Ona görə də kökəlmək istəyənlər həmin vərdişlərini dəyişməli və üç əsas qaydaya riayət etməlidirlər:

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem