HERBA FLORA






Günəş Şüalarına Qarşı Allergiya. Təbii Çarələr...
Herba Flora / Məqalələr

 

Əsas həyat mənbələrindən biri olan Günəş orqanizmində gedən bir çox proseslərə müsbət təsir edir, lakin günəş şüalarına qarşı allergiyası olanlar da var. Günəş dermatiti və ya fotodermatit aktinik dermatitin növlərindən sayılır, dərinin günəş şüalarına qarşı allergik-iltihabi reaksiyasıdır. Xəstəliyin ağırlıq dərəcəsi günəşin intensivliyindən başqa həm də orqanizmin fərdi reaktivliyindən asılıdır.


Mövsümün Aktual Problemlərindən Biri
Herba Flora / Məqalələr

 

Yay fəsli gəzinti və istirahət üçün nə qədər arzuolunan və əlverişli olsa da, özü ilə çoxlu qayğılar da gətirir. Bu mövsümdə ən çox narahatlıq doğuran və daha çox geniş yayılıan qida toksikoinfeksiyaları, sadə dildə desək, zəhərlənmələrdir.

Yay mövsümündə qida zəhərlənmələrinin sayının artma səbəbləri
Bu, ilk növbədə iqlim şəraiti və havaların istiləşməsi ilə əlaqədardır. Havanın hərarəti çox olanda müəyyən patogen mikrobların da inkişafının çoxalma sürəti artdığına görə yay aylarında qida zəhərlənmələrinin sayı çoxalır.


Sellülitdən Necə Xilas Olaq?
Herba Flora / Məqalələr

 

 

Sellülit – dərialtı piy qatında gedən struktur dəyişiklikləri və ya dərinin mexaniki deformasiyası olub, mikrosirkulyasiyanın pozulması və səthi piy hüceyrələrinin hipertrofiyası nəticəsində yaranır. Sellülit zamanı dərinin və dərialtı piy qatının hüceyrələri özünün metabolizm məhsullarını xaric edə bilmir, əksinə, yağ, maye, toksin və şlakları ikiqat sürətlə toplayır. Ona görə də həmin hüceyrələrin ölçüsü böyüyür və piy toxumasının həcmi artdığı üçün dərialtı birləşdirici toxuma liflərinin arasından xaricə doğru qabarıqlar əmələ gəlir.


Yetişməmiş Meyvələri Faydalı olan Bitki
Herba Flora / Məqalələr

 

Cəmi bircə gün çiçək açan vanil xüsusi arılar və kolibri quşları vasitəsilə tozlanır. Tozlanmasının çətinliyi onun kütləvi surətdə becərilməsinə mane olur, süni tozlanma zamanı isə çiçəklərin heç də hamısı tozlanmır. Ən çox Madaqaskarda əkilib-becərilən vanilin yetişmiş meyvələrindən ədviyyat kimi istifadə edilir.


Dırnaqlarımız Hansı Xəstəliklərdən Xəbər Verir?
Herba Flora / Məqalələr

 

Köhnə bir deyimə görə, dırnaqlar üzərində əmələ gələn ağ ləkələr uğur, tünd ləkələr uğursuzluq əlamətidir. Bəs əslində dırnaqlar hansı əlamətlərdən xəbər verə bilər?

Dırnaqların xarici görünüşü təkcə estetik və gigiyenik məsələ deyil, bəzən onların forma və rənginin, şəffaflığının dəyişməsi, üzərində ləkələrin yaranması bir çox xəstəliklərdən soraq verir. 


Şəkərli Diabetin Yaranma Səbəbləri, Təbii Çarələr...
Herba Flora / Məqalələr

 

Şəkərlin diabet  mütləq və nisbi insulin çatışmazlığı nəticəsində yaranan xəstəlikdir. Mütləq (pankreasdaxili) insulin çatışmazlığı dedikdə bu hormonun sintezinin və sekresiyasının pozulması nəzərdə tutulur. Buna I tip diabet də deyilir. Əsas səbəblərdən biri mədəaltı vəzin Langerhans adacıqlarında olan B-hüceyrələrin irsi zəifliyidir. Bəzi  müəlliflər şəkərli diabetin yaranmasını irsi meyillə əlaqələndirirlər.


Xəstəlikdən qorxu xəstəliyi - İpoxondriya...
Herba Flora / Məqalələr

 

İpoxondriya sözü yunancadan tərcümədə qabırğa mənası verir. Qədim yunanlar xəstəliklərin ocağının məhz bədənin həmin nahiyəsində yerləşdiyini düşünürdülər. Müasir dövrdə isə ipoxondriyanı üzgünlük və melanxoliya ilə əlaqələndirirlər.Terminin müasir tibbi anlamı qədim anlayışa daha çox uyğun gəlir. İpoxondriya artıq dərəcədə əsassız narahatlıq halıdır və xəstədə şəfasızlığı barədə fikirlər yaradır.


Şişkinliklər, yaranma Səbəbləri və Məsləhətlər...
Herba Flora / Məqalələr

 

 

Ödem (şişkinlik) – hüceyrəarası mayeyə həddən artıq qan plazmasının və ya transsudatın toplanmasıdır. Böyük ehtimalla hər kəs ödem problemi ilə nə vaxtsa üzləşir, lakin onun hər hansı bir xəstəliklə əlaqəli olduğunu bilmir...

 

 


Uşaqlarımızı Peyvəndlərlə Qoruyaq!
Herba Flora / Məqalələr

 

 

Müasir dövrümüzdə peyvənd adi bir prosedur kimi başa düşülür. Valideynlər lazımsız bir iş hesab edərək uşaqlarını peyvənd etdirmək istəmirlər. Lakin peyvənd bu dərəcədə laqeyd yanaşılacaq bir prosedur deyildir. Əsrlər boyu insanların kütləvi ölümünə səbəb olan, qarşısının alınmasında aciz qalınan xəstəliklərin aradan qaldırılması məhz bu lazımsız hesab etdiyimiz peyvəndlər sayəsində mümkün olmuşdur...


Qədim Yunan Əsərlərində Adı Çəkilən Faydalı Tərəvəz
Herba Flora / Məqalələr

 

Qədim Yunan mədəniyyəti dövründə kərəvizin aşkar olunması onun qədim bitki olduğunu, Samos adasında aprılan qazıntılar isə ondan qida kimi istifadə edildiyini sübut edir.

Homerin məşhur “İliada” və “Odisseya” əsərlərində də kərəviz haqında məlumatlar var. "İliada" əsərində atların Troya yaxınlığında yabanı kərəvizlə otlamasından, "Odisseya"da isə Kalipsonun mağarasının yaxınlığında yabanı kərəvizin bitməsindən bəhs edilir. 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem