HERBA FLORA






Yuxusuzluq infeksiya riskini artırır
Herba Flora / Məqalələr

 

Avropa alimləri yuxu ilə bağlı maraqlı bir araşdırma aparıblar. Araşdırmalar göstərir ki, 6 saatdan az yuxu yatanların orqanizmində ciddi mənfi fəsadlar əmələ gəlir. Elm adamları 164 nəfər arasında tədqiqat apararaq 7 saat yatanlarla 6 saatdan az yatanlar arasında müqayisənin nəticələrini araşdırıblar.


Dünyada ən çox içilən dərman bitkisi
Herba Flora / Məqalələr

 

Dəyərli oxucular, çobanyastığı həqiqətən də içilməsi lazım olan faydalı bitkidir. Çobanyastığı o qədər sirli bitkidir ki, hər ölkədə onun dəmləməsi ayrı-ayrı faydalarına görə içilir.

Təkcə xəstələndiyiniz zaman yox, bir adət halına gətirib həftədə 5-6 dəfə çobanyastığı çayı içməyinizi tövsiyə edirəm.


Təbii ağrıkəsici və antibiotik
Herba Flora / Məqalələr

 

Mixək tropik meşələrdə bitən, hündürlüyü 10-15 metrə çatan, hamar gövdəli və həmişəyaşıl ağacdır. Vətəni İndoneziya olsa da, Madaqaskar, Hindistan, Tanzaniya, Şri-Lanka kimi bir sıra ölkələrdə də yetişdirilir.

Mixək heyranedici dad və ətrinə görə bir sıra dünya ölkələrinin mətbəxində özünəməxsus yer tutur. 


Təbii üsullarla səpgilərdən xilas olmağın yolları
Herba Flora / Məqalələr

 

Üzdə olan civzə və aknelərin əmələ gəlməsi requlyar, periodik xarakter daşısa da, xırda səpgilər çox vaxt gözlənilmədən öz-özünə, spontan olaraq əmələ gəlir. Axşam təmiz və hamar olan dəri səhər xırda səpgilərlə dolu olur. Üzdə olan xırda səpgilərin əmələ gəlmə səbəblərini aydınlaşdırmaq üçün səpgi əmələ gələn günə qədərki həftə ərzində həyat tərzinizi gözdən keçirin. 


Çox Tərləyənlər üçün Faydalı Məsləhətlər
Herba Flora / Məqalələr

 

Bir-birimizlə hal-əhval tutanda ilk sualımız “Necəsən?” olur. Qədim Romada isə salamlaşma əvəzinə tez-tez “Necə tərləyirsən?” deyə soruşar və hesab edirmişlər ki, orta dərəcədə tərləmə sağlamlığın əsas göstəricilərindən biridir. Həmin sualı aşırı tərləmədən əziyyət çəkən xəstəyə verərkən çox yersiz və hətta təhqiredici alına bilər...


Fitoton Rəngsiz xına ilə Daha Sağlam Saçlar
Herba Flora / Məqalələr

 

Kimyəvi qatqısız, bioloji aktiv maddə və vitaminlərlə zəngin olan Fitoton №1 rəngsiz xına saç üçün ən gözəl təbii vasitələrdəndir. 
Baş dərisinin qan dövranını yaxşılaşdırır, tük soğanağının dibini bərkidir, yatmış vəziyyətdə olan soğanaqları oyadır və tük əmələgəlməni bərpa edir, kəpəklənməni aradan götürür. 


Saç Tökülməsi və Kəpəyə Son!
Herba Flora / Məqalələr

SƏBƏBLƏR
Baş dərisinin xəstəlikləri, pəhrizlər, vitamin və mineral defisiti, anemiya, saç boyaları, fenləmə, kimyəvi prosedurlar, stress, hormonal disbalans, immun zəiflik kimi faktorlar yer alır.

Bananla kəsmik qarışığı
Herba Flora / Məqalələr

Bu qarışımın saymaqla bitməyən faydaları vardır, həm uşaqlar, həm böyüklər üçün olduqca faydalı bir qidadır, çox dadlıdır, hətta kiçik uşaqlar belə həvəslə yeyə bilir. 


Zərif Fitness çayı Artıq Apteklərdə!
Herba Flora / Məqalələr

 

Arzuladığınız çəkiyə qovuşmağı ətirli və dadlı ZƏRİF FİTNESS çayı ilə mümkün edin! 
 Kişilər də istifadə edə bilər. 

 

Tərkibi:
Zəncəfil, məkkəgülü çiçəyi, əməköməci otu,

murdarça qabığı, zəncirotu, boymadərən otu,

kassiya yarpağı, gicitkən yarpağı, təbii limon

aromatı.


Tərxun haqqında nə bilirik?
Herba Flora / Məqalələr


Tərxun yovşan cinsinə aid göyərti növüdür. Tərxunun latın dilindəki adı qədim yunan rəvayətləri əsasında formalaşıb. Yunanlar ov allahı Artemidanı ay allahı Selenaya bənzədir və belə hesab edirdilər ki, bitkinin yarpaqları ay işığı kimi parıldayır.







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem