HERBA FLORA






Marqarin yağı yeyək, yoxsa yeməyək?
Herba Flora / Məqalələr

 

Son illər həmin yağların ürək-damar (ateroskleroz) və mədə-bağırsaq sistemi xəstəlikləri, maddələr mübadiləsi pozulmaları (piylənmə, lipid mübadiləsi), şəkər və onkoloji xəstəliklər (prostat və süd vəzisinin), kişilərdə cinsi zəiflik (spermatogenezdə ciddi problemlər), qaraciyərin və əsəb sisteminin xəstəlikləri və s. kimi ciddi problemlər əmələ gətirməsi tam təsdiq olunmuşdur. 


Antixol - Xolesteroldan azad ol!..
Herba Flora / Məqalələr

 

Xolesterin (xolesterol) cinsiyyət hormonları, D vitamini və öd turşular kimi vacib maddələrin sintezində iştirak edən və orqanizmin demək olar ki, bütün orqanlarında rast gəlinən maddədir. Az miqdarı bütün metabolik proseslər üçün kifayətdir. Xolesterin həm qida vasitəsilə alınır, həm də qaraciyər tərəfindən sintez olunur. 
Qanda xolesterinin səviyyəsi 200 mq/dl-ə qədər olduqda norma sayılır. Bundan yüksək olduqda isə zamanla damarların divarına çökərək xəstəlik törədir. Xolesterin səviyyəsinin yüksəlmə səbəbləri:
- Metabolik xəstəliklər
- Düzgün olmayan qidalanma
- Piylənmə
- Stress


Payızda Kəskinləşən Xəstəliklər
Herba Flora / Məqalələr

 

Payız mövsümü havaların soyuması, isti havadan birdən-birə soyuq havaya keçid ilə əlaqədar olaraq xroniki xəstəliklərin, xüsusən də allergik xəstəliklərin kəskinləşmə dövrüdür. Soyuq, külək, qurumuş yarpaqların, bitki qalıqlarının havaya qarışması havanın tozluluq dərəcəsini artırır. Allergik rinit, bronxial astma, allergik bronxit, allergik dermatit və s. xəstəliklər bu dövrdə kəskinləşir. 


Yüksək yarasağaldıcı xüsusiyyəti olan bitki
Herba Flora / Məqalələr

 

Zahiri görkəmi ilə hardasa murdarçanı xatırladan çaytikanı əsasən çaylaq yerlərdə, çay və göl kənarlarında bitir. Lətli meyvələri ananas tamı verir. Xüsusilə quşlar onun meyvələrini çox sevirlər. At və qoyunlar çaytikanı yarpağı yedikdə onların tükü və yunu parlaq olur. Meyvələrindən jele, kisel, kompot, şirə və mürəbbə hazırlanır. Murdarçaya bənzər çaytikanı yabanı şəkildə Avropanın hər yerində, Qafqazda, Qərbi və Şərqi Asiyada, Monqolustanda, Çində, Pakistanın və Hindistanın tropik rayonlarında yayılmışdır.


Pullu Dəmrov Xalq Təbabətində
Herba Flora / Məqalələr

 

Müxtəlif ölkələrdə və regionlarda əhalinin çoxu pullu dəmrov və ya vulqar psoriaz adlandırılan xəstəlikdən əziyyət çəkir. Bu, çoxşəkilli kliniki əlamətlərlə özünü büruzə verən dərinin xroniki irsi xəstəliyidir. Psoriazın sadə forması daha çox təsadüf olunur. Psoriaz - poligen xəstəlikdir. 


Döldə oksigen aclığı
Herba Flora / Məqalələr

 

Dölün hipoksiyası əksər hamilələrə qoyulan yayılmış diaqnozlardan biridir. Doğuşdan sonra həmin diaqnoz 10-15 faiz hallarda təsdiqlənsə də, həkimlər onun acı nəticələrinin qarşısını hələ hamiləlik dövründə almağa çalışırlar. Dölün hipoksiyası toxumaların kifayət qədər oksigenlə təchiz olunmaması və ya onun natamam mənimsənilməsi nəticəsində yaranır.

 

 


Sağlam Dərinin Sirri
Herba Flora / Çaylar

 

 

Tərkibi:

Yatıqqanqal otu (çereda), aptek çobanyastığı çiçəyi, çöl qatırquyruğu otu, gicitkən yarpağı, qaraqınıq otu, bənövşə otu, kəklikotu, dərman pişikotunun kökü, şirin biyan kökü.


Çatışmazlığı həzm, sinir və qanyaranma sistemlərini zədələyir
Herba Flora / Məqalələr

 

Defisit anemiyalar – hemoqlobinin sintezi üçün vacib olan maddələrin orqanizmə kifayət gədər daxil olmaması, yaxud sorulmasının pozulması nəticəsində inkişaf edir, meqaloblast anemiyalar və mikrositar anemiyalar olmaqla iki qrupa bölünür. B12 defisitli anemiya meqaloblast qrupundan olan anemiyalara adidir.


Təbii ağrıkəsici
Herba Flora / Məqalələr

 

Mixək tropik meşələrdə bitən, hündürlüyü 10-15 metrə çatan, hamar gövdəli və həmişəyaşıl ağacdır. Vətəni İndoneziya olsa da, Madaqaskar, Hindistan, Tanzaniya, Şri-Lanka kimi bir sıra ölkələrdə də yetişdirilir.

Mixək heyranedici dad və ətrinə görə bir sıra dünya ölkələrinin mətbəxində özünəməxsus yer tutur. 


Səpgilərə səbəb olan dərialtı parazit
Herba Flora / Məqalələr

 

Demodeks, başqa sözlə desək, kirpik gənələri – göz qapağı kənarlarının nəzərə çarpacaq dərəcədə qalınlaşması və qızartısı, ağır hallarda isə həm də kirpiklərin tökülməsi ilə gedən parazitar xəstəlikdir. Gənə ilə zədələnmiş kirpik qığırdağı nahiyyəsində göz konyuktivası iltihablaşmış və kövrək olur. Konyuktivanın altında yerləşən meybom vəzilərinin axacaqları tutulduğundan onlar genişlənmiş şəkildə görünür.







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem