HERBA FLORA






Tərəvəzli Qəhvə
Pəhriz

 

Qəhvə bütün dünya xalqları tərəfindən çox qədimdən təbii qida kimi qəbul olunur. Qəhvədən lazımi miqdarda istifadə etdikdə orqanizmin gücü artır, fəaliyyəti yaxşılaşır, fiziki və zehni yoruğunluq aradan qalxır, yüngüllük, xoş əhval-ruhiyyə və gümrahlıq yaranır. Qəhvə tozu qəhvə ağacının toxumlarıdır. Qəhvə hazırlayanda onu uzun müddət od üzərində saxlamaq olmaz, çünki...


Həm Arıqladır, Həm də Müalicəvi Təsir Göstərir
Herba Flora / Məqalələr
Zəncəfil tropik iqlimdə - ən çox Çin, İndoneziya, Hindistan kimi ölkələrdə yetişən bitkidir. Onun yalnız kök hissəsindən istifadə edilir. Qədim zamanlardan bəri xalq təbabətində tətbiq olunan zəncəfil kökünün faydalı xüsusiyyətləri olduqca çoxdur:
- Mübadilə proseslərini sürətləndirir və bunun nəticəsində arıqlamağa kömək edir.
- Antibakterial, antiseptik, iltihabəleyhinə təsirə malikdir.
- Qanda xolesterinin miqdarını aşağı salır, ateroskleroz zamanı və bu xəstəliyin profilaktikası məqsədi ilə istifadə oluna bilər.

Fosfat Daşlarını Əritmək üçün Pəhriz
Herba Flora / Məqalələr

 

Fosfat daşlarının yaranma səbəbləri:

 

- Alimentar fosfat normada nazik bağırsaqda esterazalar və fosfotazaların təsirindən parçalanır və onun yuxarı hissəsində kalsium ilə birlikdə sorulur. Çünki həmin hissədə onun yaxşı həll olması üçün zəif turş mühit vardır. Tərkibində yüksək miqdarda fosfor olan qidaların həddən artıq qəbulu (inək südü, balıq, qələvi-mineral sular, qarabaşaq) qanda fosfatların konsentrasiyasını və sidiklə xaric olunmasını artırır.


Uşaqlarda Qəbizliyə Çarə
Herba Flora / Məqalələr

 

Qəbizlik bağırsağın kifayət qədər boşalmaması, onun fəaliyyətinin ləngiməsi və çətinləşməsi vəziyyətidir. Tibbi-sosial problem olan qəbizlik ailədə və uşaqlarda narahatlıq yaratmaqla yanaşı, həm də uşaq orqanizminin böyümə və inkişafına mənfi təsir göstərir.


“Şimal limonu”nun faydaları
Herba Flora / Məqalələr

 

Adi zirinc qədim zamanlardan bəri tanınan və istifadə olunan bitkidir. Hələ qədim Babilistanda və Hindistanda yerli sakinlər zirinc meyvələrini qanı təmizləyən, Tibet monastırlarını idarə edən kahinlər isə ömrü uzadan vasitə hesab edirdilər. Qədim slavyan təbiblərinin zirinc kökləri və qabığından hazırladığı cövhər isə soyuqdəymə və qanaxmalarda tətbiq olunurdu. Onun meyvə, kök və gövdəsi vasitəsi ilə yun və dəri məmulatlar sarı rəngə boyanırdı.


Keşyu haqqında nə bilirik?
Herba Flora / Məqalələr

 

Əsasən tropik ölkələrdə yetişdirilən keşyunun vətəni Braziliyadır. Onun meyvələrinin qabığından alınan kaju (kardoyl) yağı tibb və texnika sahəsində istifadə olunur. Müxtəlif yeməklərin hazırlanması zamanı onun armud şəklində olan saplaqları (kaju alması) əlavə edilir. Keşyunun 12 metrə çatan qocaman gövdəsindən yapışqan kamed alınır. Keşyu çox asanlıqla çoxaldılır. 


UROTEA - Sağlam Böyrək Rahat süzəcək!
Herba Flora / Məqalələr

 

Yalnız böyrək problemlərində deyil,
 Sistit (sidik kisəsinin iltihabı)
 Uretrit (sidik kanalının iltihabı)
 Uroloji əməliyyatlardan sonra
 Sidik kisəsi kateterizasiyasından sonra
 Enurezin (yatarkən qeyri-ixtiyari sidik ifrazı) kompleks müalicəsində də istifadə olunan effektli çaydır.

 

 


Şəkərli Diabetdə Düzgün Qidalanma
Herba Flora / Pəhriz

 

Şəkərli diabet zamanı qidalanma mübadilə üçün böyük rol oynayır, II tip şəkərli diabetin yüngül formasında diyetik qidalanma əsas müalicə metodu hesab edilir. Lakin orta və ağır formalı II tip şəkərli diabetdə pəhrizlə yanaşı vacib qaydada qanda şəkəri azaldan dərman preparatları və ya insulin verilir. Nəzərə alsaq ki, I tip şəkərli diabetdə əsas müalicə insulin preparatları ilə aparılır, burada pəhriz və rejim yardımçı xarakter daşıyır.

 


İştahanı artırmaq üçün nə etməli?
Herba Flora / Məqalələr

 

İştaha latınca appetitus sözündən götürülüb. anlamı arzu, istək deməkdir. Bu hissiyyat bir fizioloji mexanizm olub qidaya olan tələbatla bağlıdır və orqanizmə qida maddələrinin daxil olmasını tənzimləyir. İştahanın artıb-azalması həzm mərkəzi, xüsusilə də hipotalamus və baş beyin qabığı tərəfindən idarə olunur.

 

İştahanın oyanması qanda mübadilənin aralıq məhsullarının artması, onların hüceyrələr tərəfindən mənimsənilmə səviyyəsi, toxumaların susuzlaşması, boşalmış mədənin yığılması, bədən temperaturunun azalması, bir çox xarici qıcıqlandırıcıların təsiri, həmçinin şərti-reflektor fəaliyyətlə, yəni yeməyin görünüşü, qoxusu, daimi qoyulduğu yer və s. ilə bağlıdır.

 


Qanazlığının çarəsi olan bu tərəvəz çox faydalıdır
Herba Flora / Bitkiler

 

Qırmızı rəngdə olan bütün meyvə və tərəvəzlər antioksidant təsirə malikdir. Çuğundur da xüsusi antioksidant (sərbəst radikalları məhv edən) maddələrlə zəngindir. Bu maddələr qocalma prosesini ləngidir və orqanizmi cavanlaşdırır. Təzə çəkilmiş çuğundur şirəsi bədxassəli şişlərin böyüməsinin qarşısını ala bilir.Tərkibindəki vitamin və mineralları nəzərə alsaq, çuğunduru “enerji mənbəyi” adlandırmaq olar. 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem