Herba Flora jurnalının Yeni il sayında oxuya bilərsiniz...

y

2012-ci il yanvar ayının 1-dən artıq yeni quruluşda, bir qədər dəyişilmiş rubrikalarla satışda olacaq elmi-kütləvi tibbi Herba Flora jurnalında bu mövzularda məqalələrlə tanış ola bilərsiniz:

Nəbatat  rubrikasında həm dərman, həm də ədviyyat kimi tətbiq edilən QARAQINIQ bitkisi haqda geniş və ətraflı məlumat,

Yaşıl cənnət  rubrikasında ZƏYƏRƏK bitkisi və onun əsasında müxtəlif müalicəvi reseptlər,

Hərarət rubrikasında daha çox siqaret çəkən 20-40 yaşlı qadınlar arasında rast gəlinən SARKOİDOZ xəstəliyi, bunlardan əlavə ŞƏKƏRSİZ DİABET xəstəliyi, HAMİLƏLİK ZAMANI STOMATOLOJİ PROBLEMLƏR, ENDOMETRİOZ xəstəliyi barədə,

Təbabət rubrikasında VENOZ DAMAR GENİŞLƏNMƏSİ, MASTİT, BAZEDOV XƏSTƏLİYİ, UŞAQLARDA İMMUN SİSTEMİN ZƏİFLƏMƏSİ barədə"ÇARƏ" verilişində səsləndirilən reseptləri,

Külfət rubrikasında AİLƏDƏ PROBLEM YARADAN 5 ƏSAS SƏBƏB barədə,

Səyahət rubrikasında buzlaqlar və vulkanlar məskəni olan İSLANDİYA haqda,

Diyet rubrikasında 1 HƏFTƏ ƏRZİNDƏ 2-4 KQ ARIQLAMAĞIN yolları barədə,

Təravət rubrikasında geyimimizin ayrılmaz hissəsi sayılan AYAQQABILAR və onlara düzgün baxım, eyni zamanda AYAQLARA QULLUQ haqda,

Şərbət rubrikasında FLORİSTİKA haqda məqalələri oxuya bilərsiniz.