Herba Flora jurnalının dekabr sayında oxuya bilərsiniz...

i

Dekabr ayının 1-dən satışda olacaq elmi-kütləvi tibbi Herba Flora jurnalında bu mövzularda məqalələrlə tanış ola bilərsiniz:

Yaşıl cənnət rubrikasında orqanizmin immun müqavimətini artıran EXİNASEYA bitkisi haqda,

Tribuna rubrikasında QİÇS və tetanus xəstəlikləri qədər təhlükəli olan QUDUZLUQ xəstəliyi, gözdə qaşıntı, qızartı və axıntıya səbəb olan KONYUKTİVİT xəstəliyi barədə,

Ana südü, dağ çiçəyi rubrikasında DƏNİZ KƏLƏMİ LAMİNARİYA yosununun faydalı təsirləri barədə,

Xalq təbabəti rubrikasında əsasən ömrün payız çağında insanları haqlayan HİPERTONİYA xəstəliyinin müalicəsində istifadə olunan müxtəlif xalq təbabəti üsulları, bundan əlavə planetin 85%-nə tanış olanvə dəhşətli başağrı tutmaları ilə müşayiət olunan MİQREN xəstəliyi və ondan qurtulmanın, tutmaların sayını azaltmağın yolları barədə və "ÇARƏ" verilişində səsləndirilən reseptləri,

Ailə dünyası rubrikasında KÖRPƏLƏRİN GÜVƏCƏ NECƏ ÖYRƏDİLMƏSİ barədə,

Səyahət rubrikasında fyordlar ölkəsi hesab edilən NORVEÇ KRALLIĞI haqda,

Pəhriz rubrikasında DÜYÜ KİMİ İNCƏ olmağın yolları barədə,

Gözəllik ondur rubrikasında soyuğun və şaxtanın təsirindən öz təravətini itirmiş üz dərisinə qulluq, QIŞDA DA BAHAR KİMİ təravətli qalmağın sirləri haqda,

Tanışlıq rubrikasında həkim-otorinolarinqoloq, cərrah Vüsal QİYASOVUN xroniki sinus xəstəliklərinin müalicəsində tətbiq olunan yeni və müasir üsul sayılan funksional endoskopik sinus cərrahiyyəsi haqda,

Din işığında rubrikasında "DƏRD VERƏN DƏRMANIN DA VERİB" başlığı altında ilahi kəlamlar və hədislərdə sağlamlıq, şəfa, xəstəlikdən qurtulma barədə çox dəyərli hikmətlər barədə,

 

Soruşun, cavab verək rubrikasında bəd nəzər, GÖZDƏYMƏnin mexanizmi və ondan qorunma yolları barədə,

Maraqlıdır rubrikasında ƏSNƏMƏ haqda və dünyada rast gəlinən qəribə bitkilər barədə MEŞƏDƏ SOS məqalələrini,

Sizin uşaqlarınız üçün rubrikasında gənc yazıçı GÜNEL ALMAZın balacalara həsr etdiyi maraqlı şeirləri oxuya bilərsiniz.