Herba Flora jurnalının noyabr sayında oxuya bilərsiniz...
Noyabr ayının 1-dən satışda olacaq elmi-kütləvi tibbi Herba Flora jurnalında bu mövzularda məqalələrlə tanış ola bilərsiniz:
Yaşıl cənnət rubrikasında sakitləşdirici, ağrıkəsici, iştahaartırıcı, təzyiqsalıcı, ödqovucu təsirlərə malik olan LAVANDA bitkisi haqda,
Tribuna rubrikasında QƏFLƏTİ UŞAQ ÖLÜMÜNÜN SƏBƏBLƏRİ, dərinin bürünc rəngə çevrilməsinə səbəb olan ADİSSON xəstəliyi barədə,
Ana südü, dağ çiçəyi rubrikasında SƏNA bitkisinin faydalı və əlavə təsirləri barədə,
Xalq təbabəti rubrikasında ingilislərin STAR FRUİT adlandırdığı meyvənin faydaları, xüsusilə payız mövsümündə insanlarda yaranan vitamin azlığı haqda olan HİPOVİTAMİNOZLAR məqaləsini, uşaqlarda tez-tez yaranan qarıngetmənin səbəbləri, onun xalq təbabəti yolu ilə müalicə yollarına həsr edilmiş İSHAL məqaləsini və "ÇARƏ" verilişində səsləndirilən reseptləri,
Ailə dünyası rubrikasında KÖRPƏLƏRİN NECƏ DÜZGÜN VƏ RASİONAL YEDİRDİLMƏSİ barədə,
Səyahət rubrikasında Afrikanın buynuzu hesab edilən SOMALİ ölkəsi haqda,
Pəhriz rubrikasında QREYPFRUT PƏHRİZİ barədə,
Gözəllik ondur rubrikasında soyuğun, yağışın təsirindən öz təravətini itirmiş CANSIZ SAÇLARA QULLUĞUN SİRLƏRİ haqda,
Din işığında rubrikasında fədakarlıq və səxavət rəmzi hesab edilən QURBAN BAYRAMI məqalələrini,
Soruşun, cavab verək rubrikasında DONUZ ƏTİnin qadağan edilməsinin elmi və tibbi tərəfləri haqda, həmçinin insanları öz əlləri ilə ölümə aparan DEPRESSİYA barədə,
Maraqlıdır rubrikasında yeni bir incəsənət sahəsi ARBOSKULPTURA haqda oxuya və bu sənətin əsasını təşkil edən müxtəlif ağac görüntülərini görə,
Sizin uşaqlarınız üçün rubrikasında görkəmli şair BƏXTİYAR VAHABZADƏnin balacalara həsr etdiyi şeirləri oxuya bilərsiniz.