"İlin həkimi 2011" müsabiqəsi keçirildi.

i2011-ci il oktyabrın 15-də Beynəlxalq Ticarət Mərkəzinin “Atrium” salonunda “Media-Print” şirkətinin “Media Management Group”u tərəfindən ölkəmizdə ilk dəfə olaraq “İlin həkimi 2011” müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.

Mükafatın ideya müəllifi “Arash Medical” şirkəti, tərəfdaş şirkət AS LOQOS idi.  “Vertebra” onurğa mərkəzi, “Salerm Cosmetics”, “Talya” bitki yağları, DV-klinika, “Bioloji Təbabət” və “Diaqnoz” klinikalarının sponsorluğu ilə keçirilən tədbirin informasiya dəstəyi tibb.az saytı və “Herba Flora” jurnalı idi.

430 həkimin iştirak etdiyi müsabiqədə ən yaxşı 51 həkim müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görüldü. Onların arasında plastik və estetik cərrah, ginekoloq, oftalmoloq, stomatoloq, pediatr, nevropatoloq və s. ixtisaslı həkimlər var idi. Böyük təmtəraqla keçirilən mükafatlandırma mərasimində çoxlu qonaqlar iştirak edirdi.

Foyedə “Salerm Cosmetics” və “Talya” bitki yağları şirkətlərinin stendləri qoyulmuşdu və onlar qonaqlara maraqlı məlumat verərək öz  hədiyyələrini təqdim etmişlər. Müsabiqənin qalibləri diplomlarla və sponsor şirkətləri tərəfindən hədiyyələrlə təltif edilmişlər.

Mərasimdə tədbir iştirakçıları kollektiv şəkil çəkdirmişlər. Azərbaycan estradasının ulduzları çıxış edərək öz mahnıları ilə qalibləri təbrik etmişlər.

Media Management Groupun rəhbəri Samir İbadov bundan sonra layihənin hər il ənənəvi olaraq keçiriləcəyini bildirdi.

Müxtəlif nominasiyalar üzrə mükafata layiq görülən həkimlər

Şahin Usubov  (stomatoloq) – xəstələrin etibarına görə

Aidə İbadullayeva­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­ (terapevt) – bioloji üsulun tətbiqinə görə

Azər Məmmədov (stomatoloq) – yeni müalicə üsullarının tətbiqinə görə

Əfqanə Mustafayeva (USM) – qərəzsiz müayinəsinə görə

Araz Bayram (uroloq-cərrah) – uğurlu əməliyyatlarına görə

Firəngiz Rüstəmova (mama-ginekoloq) – xəstələrin etibarına görə

Dilarə Həsənova (cərrah-proktoloq) – uğurlu əməliyyatlarına görə

Rəfiqə Səfərli (fizioterapevt) – sahəsində xəstələrin məmnuniyyətinə görə

Aygün Məmmədova (nevropatoloq-homotoкsiкoloq) – sahəsində qərəzsiz qulluğuna görə

Əli Əlizadə (terapevt-revmatoloq) – yeni müalicə üsullarının tətbiqinə görə

Elfiyyə Altınbayeva (vertebroloq) – yeni bioloji müalicə üsullarının tətbiqinə görə

Natavan Axundova (mama-ginekoloq) – bioloji müalicə üsullarının nəticələrinə görə

Vahid Məmmədov (nevropatoloq) – bioloji müalicə üsulunun istifadəsində uğurlu nəticələrinə görə

Arzu Quliyeva (qastroenteroloq) – xəstələrin rəğbətinə görə

Kəmalə Bəşirova (dermato-kosmetoloq) – etibarlı xidmətinə görə

Arzu Musayeva (terapevt-fleboloq) – xəstələrin rəğbətinə görə

Asif Arxməmmədov (stomatoloq) – müasir qabaqcıl üsullardan istifadəsinə görə

Əli Əliyev (stomatoloq) – sahəsində zənginləşdirmə işlərinə görə

Vüsalə Mehmani (stomatoloq) – xəstələrin etibarına görə

İlham Mehmani (stomatoloq) – sahəsində əldə etdiyi nailiyyətlərə görə

Hənifə Musayeva (oral implantoloq) – implantologiyada fərqli işlərinə görə

Gülşən Arxməmmədova (stomatoloq) – xəstələrin məmnuniyyətinə görə

Narın Babayeva (stomatoloq) – xəstələrin etibarına görə

Rauf Şahmuradov (stomatoloq) – xidmətinin məsuliyyətinə görə

Zaur Zeynalov (stomatoloq) – ölkədən kənar əldə etdiyi uğurlu nailiyyətlərə görə

Tofiq Əkbərov (terapevt-hepatoloq) – xəstələrin etibarına görə

Cahan Hüseynova(USM) – şüa-diaqnostik müayinəsinin dəqiqliyinə görə

Qəmbər Qocayev (cərrah) – uğurlu əməliyyatlarına görə

Reyhan Mustafayeva (endokrinoloq) – xəstələrin etimadına görə

Turxan Yusifov (kardioloq) – dəqiq müayinəyə görə

Rəşidə Cəfərova (anestezioloq-reanimatoloq) – xəstələrə göstərdiyi qayğıkeşliyə görə

Aytən Xudiyeva (oftalmoloq) – xəstələrin etibarına görə

İlyas Axundzadə (plastik cərrah) – uğurlu əməliyyatın məsuliyyətinə görə

Esmira İsmayilova (ginekoloq) – tibb sahəsində sadiqliyinə görə

Elşən Rəhimov (radioloq) – unikal radiodiaqnostik müayinəsinə görə

Mübariz Qafarov (stomatoloq) – ən yaxşı işlərinə görə

Taha Mehmetoğlu (plastik cərrah) – əməliyyatlarının uğurlu nəticələrinə görə

Vüsal Qiyasov (otorinolarinqoloq) – uğurlu əməliyyatlarına görə

Elmira Əhmədova (ginekoloq) – xəstələrin etimadına görə

Sona Əsgərova (ginekoloq) – tibb sahəsində qərəzsiz qulluğuna görə

İradə Hacıyeva (terapevt) – vertebrologiyanın tərəqqisində fəal iştirakına görə

Lalə Cahangirova (dermotoveneroloq) – qərəzsiz qulluğuna görə

Pərviz Nəsirov (uroloq-cərrah) – mühüm cərrahiyyə əməliyyatlarının uğurlu nəticəsinə görə

Gülər İbrahimova (USM) – diaqnostika üsullarının tətbiqinə görə

Yusif Zeynalov (travmatoloq-ortoped) – xəstələrin etibarına görə

Vəfa İsgəndərli (oftalmoloq) – müasir texnologiyaların tətbiqi vasitəsi ilə müalicəyə görə

Emil Muxtarov (cərrah-uroloq) – əməliyyat və müalicələrindəki uğurlu nəticələrinə görə

Samirə Mehdiyeva (pediatr) – xəstələrin məmnuniyyətinə görə

Naibə Həsənova (ginekoloq) – əməliyyatların məsuliyyətinə görə

Şəlmi Simanduyev (cərrah-proktoloq) – sahəsində müasir əməliyyatsız müalicə üsullarından istifadəsinə görə

Amil Seyidəliyev (stomatoloq) – xəstələrin etibarına görə

Herba Flora şirkəti də "İlin həkimi 2011" müsabiqəsinin bütün nominantlarını təbrik edir və ölkəmizdə bu cür tədbirlərin keçirilməsini daima dəstəkləyir.