Herba Flora jurnalının oktyabr sayında oxuya bilərsiniz...

Oktyabr ayının 1-dən satışda olacaq elmi-kütləvi tibbi Herba Flora jurnalında bu mövzularda məqalələrlə tanış ola bilərsiniz:
Yaşıl cənnət rubrikasında yaddaşı möhkəmləndirən, eşitmə və görmə qabiliyyətini yaxşılaşdıran afrodiziak bitki GİNKQO BİLOBA haqda,
Tribuna rubrikasında DƏRİ HİPERPİQMENTASİYALARI (dəridə yaranan tünd ləkələr), PROSTAT VƏZİ ADENOMASI və itlərdən, pişiklərdən insanlara yoluxan TOKSOKAROZ xəstəliyi barədə,
Ana südü, dağ çiçəyi rubrikasında ÜZÜMün faydalı təsirləri barədə,
Xalq təbabəti rubrikasında dünyanın ən bahalı çərəzinin faydaları haqda və "ÇARƏ" verilişində səsləndirilən reseptləri,
Ailə dünyası rubrikasında körpələrin ilk addımları və onların yeriməyə başlamaları barədə,
Səyahət rubrikasında dilinə sadiq PARAQVAY ölkəsi haqda,
Pəhriz rubrikasında QAN QRUPLARINA UYĞUN PƏHRİZ barədə,
Gözəllik ondur rubrikasında 30 dəqiqəyə gözəl olmağın sirləri haqda,
Din işığında rubrikasında SÜNNƏNİ İNKAR MƏSƏLƏSİ məqalələrini,
Soruşun, cavab verək rubrikasında mineral daşların müalicəvi xüsusiyyətlərindən bəhs edən LİTOTERAPİYA məqaləsini,
Maraqlıdır rubrikasında ASQIRMA refleksinin yaranması və bununla bağlı maraqlı faktları,
Sizin uşaqlarınız üçün rubrikasında görkəmli şair RƏFİQ ZƏKA XƏNDANın balacalara həsr etdiyi şeirləri oxuya bilərsiniz.