Herba Flora sərgidə

Həmişəki kimi Azərbaycan Beynəlxalq XVII Səhiyyə, VI Stomatologiya və V Gözəllik və Estetik Tibb Sərgisi üç gün davam etdi. Keçən il olduğu kimi bu il də stomatoloji aparatlar, kosmetik məhsullar və dərman preparatları nümayişindən ibarət sərgi “Bakı Ekspo Mərkəzi”ndə keçirilirdi. Üç gün ərzində sərgiyə 4 mindən çox ziyarətçi tamaşa edib.
“Bakı Ekspo Mərkəzi”ndə ziyarətçilərin ən çox üz tutduğu ünvanlardan biri “Herba Flora” şirkətinin stendinin qarşısı idi. Buraya ayaq basan heç kəs stendin qarşısından biganə ötüb keçmirdi. Ziyarətçilər yerli istehsalın məhsullarından ibarət stend qarşısında istər-istəməz ayaq saxlamalı olurdular.
“Herba Flora” şirkətinin sərgidə nümayiş olunan məhsulları həm çeşidinin zənginliyi, həm də təbii dad-tamı ilə iştirakçıların diqqətini cəlb edirdi. Necə deyərlər, bir dadan bir də dadmaq istəyirdi. Xüsusilə Azərbaycan torpağının yetirdiyi müxtəlif meyvə və giləmeyvələrdən hazırlanan “Fitonad” limonadları, “Nevronat” və “Hepanat” şərbətləri və s. istehlakçıların daha çox marağına səbəb oldu.
Sərgi iştirakçıları şirkətin istehsal etdiyi müalicəvi dərman bitkilərindən hazırlanan çaylar və bitki yığıntıları ilə də ətraflı maraqlanırdılar. Şirkətin nümayəndələri onların bütün suallarına dolğun və əhatəli cavablar vermişlər. “Herba Flora” üçüncü il idi ki, sərgiyə qatılmışdı.
Onu da qeyd etməyə dəyər ki, sərgiyə 19 ölkədən 125-dən çox şirkət qatılmışdı. “Herba Flora” iştirakçılar arasında yeganə yerli istehsalçı şirkət idi...



