Səhiyyə sərgisi başladı.

a2011-ci il sentyabr ayının 13-dən 15-dək Bakı EXPO Mərkəzdə 17-ci Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi (BİHE), 6-cı Azərbaycan Beynəlxalq stomatologiya və 5-ci yubiley Azərbaycan Beynəlxalq gözəllik və estetik tibb sərgiləri keçiriləcəkdir. Sərgidə Azərbaycan, Almaniya, Qazaxıstan, Latviya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən 100-dən çox şirkətin iştirakı gözlənilir. Sərgi Azərbaycan Səhiyyə Nazirliyinin və Azərbaycan Stomatoloji Assosiasiyasının dəstəyi ilə keçirilir. Sərgidə həmçinin müxtəlif dərman bitkiləri və müalicəvi çayların yerli istehsalçısı olan Herba Flora şirkəti də iştirak edir. Şirkətin yenilikləri ilə tanış olmaq istəyən hər bir kəs Bakı EXPO Mərkəzə gələ bilər.