Damarları qoruyan sofora apteklərdə
Varikoz genəlmələrdə geniş tətbiq edilən və Herba Flora şirkətinin istehsalı olan yapon soforasının qönçələrini artıq şəhərimizin istənilən apteklərindən əldə edə bilərsiniz. Təbabətdə əsasən soforanın qönçələri, çiçəkləri və meyvələri tətbiq edilir. 25 m hündürlükdə olan bu gözəl ağac bitkisi paxlalılara aid edilir. Sarı rəngli çox şirəli paxla meyvələrə malikdir. Xalq təbabətində müalicə məqsədilə bitkinin çiçəklərindən istifadə edilir. Çünki bu çiçəklər rutin mənbəyi hesab edilir.
Yapon soforasının qönçələri
(Sophora japonica)
ALABASTRA SOPHORAE JAPONICAE
İstifadəsinə göstəriş:
Trofik xora, hemorragik diatez, gözün torlu qişasına qansızma, yanma, donma, furunkul, karbunkul, itdirsəyi, dərinin göbələk xəstəlikləri, psoriaz, paraproktit, hemorroy, stenokardiya, hipertoniya, şəkərli diabet və tromboflebit zamanı istifadə olunur.
İstifadə qaydası:
2 çay qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə qaynayan su hamamında dəmlənir, 45 dəqiqə otaq temperaturunda soyudulur, süzülür. Gündə 3 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən əvvəl daxilə qəbul edilir. Həmçinin zədəli nahiyələrin yuyulması üçün də istifadə edilir.