Qara zirə — ölümdən başqa bütün xəstəliklərin çarəsi
Fitoterapiya sahəsinə maraq əsasən Afrika və Asiya ölkələrində qabarıq nəzərə çarpdığı halda, son zamanlar dünya əhalisində də bitkilərlə müalicəyə maraq artmışdır. Yəqin ki, siz də hansısa bir bitkinin müəyyən təsirlərindən xəbərdarsınız. Qara zirə və ya qara çörəkotu bitkisi haqqında isə eşitməyə bilməzsiniz. Bütün dünya alimləri bu bitki ilə çox maraqlanır. Qara zirədə ölümdən başqa bütün xəstəliklərin çarəsi var. Müsəlman ölkələrində qara zirə bitkisini
Məhəmməd peyğəmbərin (s.a.s) bitkisi hesab edirlər. Həqiqətən də bu bitki üzərində aparılmış tədqiqatlar onun bir çox xəstəliklərin müalicəsində effektivliyini sübut etmişdir. Azərbaycan əczaçılıq bazarında müxtəlif dərman bitkilərinin, çayların və şərbətlərin istehsalçısı kimi tanınan Herba Flora şirkəti də qara zirə bitkisini istehsal edir. Qara zirə bir çox xəstəliklərin müalicə və profilaktikasında geniş istifadə edilir.
1. İmmun sistemin möhkəmləndirilməsi
a) İnfeksion amillərə qarşı həssaslığın artması
b) Göbələk infeksiyaları
c) Dəridə çatlar və müxtəlif dərəcəli qaşınmalar, neyrodermit
d) Fiziki aktivliyin azalması
e) Qan dövranı pozğunluqları
2. Xərçəngin profilaktikası
a) Sümük iliyi hüceyrələrinin sintezini stimulyasiya edir
b) İmmun hüceyrələrin əmələ gəlməsini fəallaşdırır
c) İnterferon hasilatını artırır
d) Şiş hüceyrələrini məhv edir
e) Anticisimlərin sintezi üçün cavabdeh olan B-hüceyrələrin miqdarını artırır
3. Allergiya əleyhinə
a) Qidalara qarşı allergiya
b) Bağırsaq mikroflorasında pozğunluq
c) Ferment aktivliyinin aşağı olması
d) Daimi psixoloji stress
e) Ətraf mühitdə olan allergen və toksinlərə qarşı allergiya
f) Eləcə də astma xəstəliyinin müalicə və profilaktikası
4. Cinsi zəiflik
5. Hormonal pozğunluq
6. Mübadilə pozğunluğu
7. Hipodinamiya
8. Hipertoniya
9. Stress
10. Diqqət yayğınlığı
11. Diş əti infeksiyaları
12. Hemorroidal düyünlər
13. Göz yorğunluğu
14. Qulaq ağrıları
15. Köp
16. Oynaq ağrıları
17. Öskürək
18. Şəkərli diabet
19. Yuxusuzluq
20. Dəri patologiyaları
a) Ekzema
b) Neyrodermit
c) Göbələk infeksiyaları
21. Parazitlər
a) Bitlilik
b) Qoturluq
c) Psoriaz
400 ml alma şirəsini isidin və üyüdülmüş qara zirə toxumlarını (200 qr) əlavə edin. Qaynadıqdan sonra qarğıdalı nişastası əlavə edib, yaxşı qarışdırın və soba üzərindən götürün. Krem soyuyanadək gözləyin. Tünd rəngli şüşə qaba yerləşdirib sərin, quru və qaranlıq yerdə saxlayın. Kremi gündə 2 dəfə (səhər, axşam) xəstə nahiyəyə çəkin.