Əhval-ruhiyyəni yaxşılaşdıran çay - FİTOÇAY

Herba Flora şirkəti hər bir ailə üçün gündəlik istifadə olunan yeni Fitoçay istehsal etdi. Fitoçay yorğunluğu aradan götürür, əhval-ruhiyyəni yaxşılaşdırır və orqanizmin ümumi tonusunu artırır. Bu Fitoçay istifadə olunan adi çaydan fərqli olaraq tam təbii və bitki mənşəli müalicəvi əhəmiyyət daşıyan yeni dada və ətrə malik çaydır. Fitoçay hər bir ailənin istifadə edə biləcəyi yığıntı formasında, ofislərdə, müəssisələrdə və istirahət guşələrində isə istifadə olunan filtr-bağlama şəklində istehsal edilir. Yəqin ki, Fitoçayın dadına Herba Flora şirkətinin ailəvi-istirahət məkanı olan Fitoklublarda baxmısınız. İndi isə Fitoçayı şəhərimizin istənilən aptek və marketlərindən əldə edə bilərsiniz. Nuş olsun! Fitoçay haqda daha ətraflı...

Fitoçay (filtr-bağlama şəklində)

İçindəkilər:

Kəklikotu otu – трава чабреца

Nanə yarpağı – листья мяты

Məkkəgülü çiçəyi – цветки каркаде

Dazıotu otu – трава зверобоя

Cökə çiçəyi – цветки липы

Qara çay – черный чай

Hazırlanma qaydası:

Bir fincanın içərisinə 1 ədəd filtr-bağlama salınıb üzərinə 150 ml qaynar su əlavə edilir. 3 dəqiqə dəmləndikdən sonra içilir. İstəyə bağlı olaraq çaya bal və ya şəkər əlavə etmək olar.

Saxlanma qaydası: Fitoçayı rütubətdən və birbaşa düşən günəş şüalarından qorumaq, qoxusuz, sərin, quru və qapalı yerdə saxlamaq lazımdır.

Fitoçay (yığıntı formasında)

Özünəməxsus ətrə, gözəl dada malik fitoçay əsl təbii həzz mənbəyidir. Məhsulumuz 100% təbii olduğundan hamı üçün nəzərdə tutulmuşdur. Orqanizmə ümumi tonuslandırıcı və antioksidant təsir göstərir.

İçindəkilər:

Kəklikotu otu – трава чабреца

Nanə yarpağı – листья мяты

Məkkəgülü çiçəyi – цветки каркаде

Dazıotu otu – трава зверобоя

Cökə çiçəyi – цветки липы

Qara çay – черный чай

Hazırlanma qaydası:

2 xörək qaşığı fitoçay 4 stəkan (1 çaynik) qaynadılmış suda təxminən 10 dəqiqə müddətində dəmlənilir və zövqə uyğun olaraq içilir. İstəyə bağlı olaraq bal və ya şəkərlə dadlandırıla bilər.

İstehsalçı: Herba Flora                          

Sizə Sağlamlıq Arzulayırıq!