Qaraciyər və öd yolları üçün preparat - HEPANAT

HEPANAT şərbəti
Tərkibi:
Solmazçiçəyi çiçəyinin, dazıotu otunun, boymadərən otunun, andız kökünün, itburnu meyvəsinin, yatıqqanqal otunun və zəyərək toxumunun duru ekstraktı, şəkər şərbəti, limon turşusu, natrium-benzoat.
Farmakoloji təsiri:
HEPANAT şərbəti öd yollarının spazmını aradan götürməklə ödün ifrazını yaxşılaşdırır, bu da öz növbəsində həzm prosesinin normallaşmasına səbəb olur. Həmçinin antioksidant və antitoksik təsir göstərərək sərbəst radikalların və toksiki maddələrin qaraciyərə
təsirini aradan qaldırır, hepatositlərin dağılmasının qarşısını alır, regenerasiyanı sürətləndirir və metabolizmi tənzimləyir. İltihab əleyhinə, bakterisid və ağrıkəsici təsir göstərir.
İstifadəsinə göstəriş:
- Qaraciyərin piy distrofiyası
- Hepatitlər, sirrozlar
- Öd kisəsi və öd yollarının iltihabi xəstəlikləri
Qəbul qaydası:
|
1 yaşa qədər
|
0,5 – 1 çay qaşığı
|
2-3 dəfə
|
|
1 – 5 yaş
|
1 – 2 çay qaşığı
|
2-3 dəfə
|
|
5 – 12 yaş
|
1 – 2 xörək qaşığı
|
3 dəfə
|
|
12 yaşdan yuxarı, böyüklər
|
2 – 3 xörək qaşığı
|
3 dəfə
|
Əlavə təsirləri və əks göstərişlər:
Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq. Tərkibində şəkər olduğuna görə şəkərli diabetlə xəstə olanlar şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Saxlanılması:
Sərin və uşaqların əlinin çatmayacağı yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Buraxılış forması:
Flakonlarda 250 ml.
Sizə Sağlamlıq Arzulayırıq!
İstehsalçı: Herba Flora