NEVRONAT - stresdən uzaq həyat
NEVRONAT şərbəti
Tərkibi:
Pişikotu kökü və kökümsovunun, damotu otunun, сirə meyvəsinin və razyana meyvəsinin duru ekstraktı, şəkər şərbəti, limon turşusui, natrium-benzoat.
Farmakoloji təsiri:
NEVRONAT şərbəti sinir hüceyrələrinin oyanıqlığını azaldaraq sedativ təsir göstərir, stress və qıcıqlanmanın qarşısını alır. Həmçinin sinir pozğunluğu ilə əlaqədar meydana çıxan aritmiya, hipertoniya, baş ağrıları, əzələ ağrıları, yuxusuzluq, narahatlıq
və s. kimi nevrotik halların qarşısını alır. Şərbət profilaktik məqsədlə və kompleks müalicədə istifadə oluna bilər.
İstifadəsinə göstəriş:
- Nevrozlar
- Stress və sinir-psixi gərginlik
- Yuxusuzluq, xroniki yorğunluq sindromu
Qəbul qaydası:
|
1 yaşa qədər
|
0,5 – 1 çay qaşığı
|
2-3 dəfə
|
|
1 – 5 yaş
|
1 – 2 çay qaşığı
|
2-3 dəfə
|
|
5 – 12 yaş
|
1 – 2 xörək qaşığı
|
3 dəfə
|
|
12 yaşdan yuxarı, böyüklər
|
2 – 3 xörək qaşığı
|
3 dəfə
|
Əlavə təsirləri və əks göstərişlər:
Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq. Tərkibində şəkər olduğuna görə şəkərli diabetlə xəstə olanlar şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Saxlanılması:
Sərin və uşaqların əlinin çatmayacağı yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Buraxılış forması:
Flakonlarda 250 ml.
Sizə Sağlamlıq Arzulayırıq!
İstehsalçı: Herba Flora