Yeni Fitonadlar üzüm və feyxoa dadında artıq satışda

zmfÜzüm və feyxoa limonadları dünyada və o cümlədən Azərbaycanda bir çox firmalar tərəfindən istehsal edilir.  HERBA FLORA firmasında istehsal edilən Fitonad limonadları fərqli dada və ada malikdir. Daha şirəli, ətirli və şirin meyvələr seçilərək xüsusi aparatlar vasitəsilə ekstraksiya edilir, alınmış ekstraktın üzərinə şərbət və limon turşusu əlavə edilərək qazlaşdırılır. Dadına bax, fərqi hiss et...

Üzüm limonadı

Üzüm limonadı Respublikamızda istehsal edilməsə də, bir çox xarici ölkələr tərəfindən istehsal edilir. Biz bu limonadı firmamızda istehsal etmək istədik, ilkin olaraq araşdırmalara başladıq və bizə məlum oldu ki, üzüm meyvəsinin bir çox ətirli sortları vardır (“Müşket”) ki, bu limonad istehsalında gözəl nəticələr verdi. Üzüm meyvəsinin tərkibini qlükozadan ibarət olduğunu nəzərə alsaq bu limonadın orqanizmə təsiri əvəzedilməzdir. Bu limonad Azərbaycanda ilk dəfə olaraq “Herba Flora” firmasında istehsal olunmuşdur.

Feyxoa limonadı

Feyxoa meyvəsi Azərbaycanın əsasən cənub rayonlarında, Lənkəran, Astara, və s. becərilir. Çoxillik kol bitkisidir. Çox zəngin vitamin və mineral tərkibi vardır, çox gözəl ətirli meyvədir. Bu limonadı hazırlamaq istəyi meyvənin gözəl ətirə və dada malik olmasıdır. Biz feyxoa meyvəsinin vitamin və mineral tərkibini meyvəsindən ayırandan sonra həmin tərkibi feyxoa meyvəsindən alınmış ətirli efirlə zənginləşdiririk. Bu üsulla feyxoa limonadı ilk dəfə “Herba Flora” firmasının həkim kollektivi tərəfindən hazırlanmışdır.