Həzmi yaxşılaşdıran yeni vasitə – METEONAT şərbəti
METEONAT şərbəti
Tərkibi:
Aptek çobanyastığı çiçəklərinin, zirə meyvəsinin və qaraqınıq otunun duru ekstraktı, şəkər şərbəti, limon turşusu, natrium-benzoat.
Farmakoloji təsiri:
METEONAT şərbəti spazmolitik, ağrıkəsici və ödqovucu təsir göstərərək
meteorizmi aradan qaldırır, bağırsaqlarda qıcqırma prosesinin və qazların əmələ gəlməsinin qarşısını alır. Həmçinin yoğun bağırsağın peristaltikasını yüksəltməklə yığılan qazların xaric olmasını sürətləndirir. Həzm vəzilərinin və ödün sekresiyasını artırmaqla həzmi yaxşılaşdırır. Bundan əlavə mədə-bağırsaq xəstəlikləri zamanı iltihab əleyhinə və antimikrob təsir göstərir.
İstifadəsinə göstəriş:
- Meteorizm
- Enteritlər, kolitlər
- Spastik sindromla müşayiət olunan bağırsaq xəstəlikləri
Qəbul qaydası:
|
1 yaşa qədər
|
0,5 – 1 çay qaşığı
|
2-3 dəfə
|
|
1 – 5 yaş
|
1 – 2 çay qaşığı
|
2-3 dəfə
|
|
5 – 12 yaş
|
1 – 2 xörək qaşığı
|
3 dəfə
|
|
12 yaşdan yuxarı, böyüklər
|
2 – 3 xörək qaşığı
|
3 dəfə
|
Əlavə təsirləri və əks göstərişlər:
Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq. Tərkibində şəkər olduğuna görə şəkərli diabetlə xəstə olanlar şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Saxlanılması:
Sərin və uşaqların əlinin çatmayacağı yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Buraxılış forması: Flakonlarda 250 ml
Sizə Sağlamlıq Arzulayırıq!
İstehsalçı: Herba Flora