Sakitləşdirici bitki yastığı

ySağlam və möhkəm yuxu insan gücünün mənbəyi hesab edilir.

Gözəl yuxu üçün hansı yastığı seçməli?

Sakitləşdirici bitki yastığı normal yuxunu necə təmin edə bilər? Hər bir insan üçün nəzərdə tutulan sakitləşdirici bitki yastığı normal yuxunu təmin edir. İnsan ömrünün 1/3-i yuxuda, başqa sözlə “sevimli yastığımızı qucaqlayaraq” keçdiyindən seçəcəyimiz yastıqdan bir çox şeylər asılı ola bilər: sağlamlıq, yuxunun dərinliyi və yuxugörmə. Herba Flora firmasının istehsalı olan tam təbii və təmiz pambıq üzlüklü Sakitləşdirici bitki yastığı bu barədə sizə kömək edə bilər.

Bitki içlikli yastıqlar bu gün çox aktual və məşhurdur. Bu yastıqlarda hava çox yaxşı dövr edərək təbii istilik mübadiləsini saxlamış olur. Belə “yuxu qoruyucuları” gözəl terapevtik effektlərə malikdir: stresi və yorğunluğu götürərək yuxusuzluğun qarşısını alır, başın dərisini masaj edir, boyun fəqərələrinin hərəkətinə müsbət təsir göstərir. Bu cür məhsullarda patogen mikroorqanizmlər də artıb-çoxala bilmir. Bunlarla yanaşı yastıq aromaterapiya effekti də verir.

 Tərkibi:

İstiotlu nanə yarpağı

Mayasarmaşığı yarpağı

Dəniz yosunları

Göstərişləri:

Stress və güclü baş ağrıları

Xroniki yorğunluq sindromu

Nevroz və isteriya halları

Klimakterik sindrom

Stasionar müalicə şəraitində olanlar

Ruhi-psixi pozğunluğu olanlar

Fizioterapevtik müalicə alanlar

Rahat istirahət etmək istəyənlər

Xüsusi göstərişləri:

Hamilə qadınlar

Hiperkinetik uşaqlar

Postoperasion (cərrahi əməliyyatdan sonra) xəstələr

İstifadə qaydası:

Evlərdə, palatalarda və avtomobillərdə boyun arxası, ayaq altına, kürək və bel nahiyəsinə istənilən şəkildə istifadə oluna bilər.

İstifadə müddəti: Tərkibindəki bitkilərin zamanla təsir müddətinin azalması ilə əlaqədar olaraq balışın 2 ildən sonra istifadəsi məqsədəuyğun deyil.

Yastığın ölçüsü: 55x43sm.