İdeal görünüşün İdeal sirri
Herba Flora firmasının arıqlama seriyasına daha bir vasitə əlavə olundu.
İdeal - Arıqlamaq üçün çay
Tərkibi razyana meyvəsi, aptek çobanyastığı çiçəyi, cökə çiçəyi, qara gəndalaş çiçəyi və istiotlu nanə yarpağından ibarət olan limon ətirli İdeal çayı orqanizmdən şlakların və toksinlərin xaric olmasını sürətləndirir. Oksidləşmə prosesini və maddələr mübadiləsini tənzimlədiyinə görə orqanizmdə piy toxumasının artmasının qarşısını alır. Çayın qəbulu ilə yanaşı aktiv həyat tərzi və gündəlik qida qəbuluna nəzarət məsləhətdir.Çayın istifadə qaydası aşağıdakı kimidir:
Gündə 2-3 dəfə 1 çay qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmləndikdən sonra ilıq halda qəbul olunur. 8-10 həftə müddətində qəbul olunması məsləhətdir.