Öskürək əleyhinə yeni BRONXONAT şərbəti artıq satışda
Tərkibi dəvədabanı yarpağı, böyük bağayarpağı yarpağı, bənövşə otu və şirin biyan kökünün duru ekstraktından ibarət olan BRONXONAT şərbəti artıq satışda. Şəhərimizin istənilən apteklərindən bu şərbəti əldə edə bilərsiniz.
BRONXONAT şərbətinin tərkibindəki bitkilər bioloji aktiv maddələrlə zəngindir. Bu bioloji aktiv maddələrin hesabına şərbət yuxarı tənəffüs yollarının selikli qişasının sekretor qabiliyyətini artırır, bəlğəmin konsistensiyasını yumşaldır. Eyni zamanda bronx və traxeyaların kiprikli epitelinin hərəki aktivliyini artıraraq bəlğəmin xaric olunmasını sürətləndirir. Həmçinin iltihab əleyhinə, antiseptik, spazmolitik və öskürək əleyhinə təsir göstərir, interferon sintezini və orqanizmin ümumi müqavimətini artırır. Şərbət traxeit, kəskin və xroniki bronxit, pnevmoniya (krupoz və bronxopnevmoniya), KRX (kəskin respirator xəstəliklər) zamanı istifadə edilə bilər.
Qəbul qaydası aşağıdakı kimidir:
1 – 6 yaş; gündə 2-3 dəfə 1 – 2 çay qaşığı.
6 – 12 yaş; gündə 3 dəfə 1 – 2 xörək qaşığı.
12 yaşdan yuxarı, böyüklər; gündə 3 dəfə 2 – 3 xörək qaşığı.
Əlavə təsirləri və əks göstərişləri:
Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq. Tərkibində şəkər olduğuna görə şəkərli diabetlə xəstə olanlar şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Saxlanılması:
Saxlanma müddəti 12 aydır. Sərin və uşaqların əlinin çatmayacağı yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Buraxılış forması: Flakonlarda 250 ml.
Reseptsiz buraxılır.