Herba Flora 2-ci dəfə Səhiyyə sərgisində

16-cı Beynəlxalq Səhiyyə və Gözəllik Sərgisində biz yerli istehsal firması olaraq, 2-ci dəfə idi ki, iştirak edirdik. Yüksək səviyyədə hazırlanmış açılışdan sonra ziyarətçilərin maraqlarına uyğun səhiyyənin yenilikləri haqqında məlumatlar verilirdi. Bizim firma son məhsullarını və yeniliklərini fərqli şəkildə ziyarətçilərə və hətta iştirakçılara təqdim edirdi.

Bu sərgidə Azərbaycanın bölgələrindən gələn ziyalıların sayı çoxluq təşkil edir və məlumatlara daha dolğun formada yiyələnirdilər. Bizim yeniliklərimizlə maraqlananlar daha çox olmaqla yanaşı, istədikləri məlumatları almaq üçün can atırdılar. Müxtəlif maraq dairələrinə malik olan ziyarətçilər, tibb sahəsində olan müxtəlifliyə və tərəqqiyə nəzər yetirirdilər.

Səhiyyənin inkişafı üçün nəzərdə tutulan sərgidə əvvəlki illərə nisbətən əcnəbilərin daha çox ziyarət etməsi nəzərə çarpacaq dərəcədə seçilirdi. Bununla yanaşı xarici ölkələrin nümayəndələri iştirakçı kimi də qatılmışdılar. Səhiyyə sahəsində əldə etdiyimiz nailiyyətlər bizim beynəlxalq arenada tanınmağımıza və öz işlərimizi təqdim etmək üçün şərait yaradır və təkmilləşməyə doğru addımlarımızı geniş açmağa imkan verir. Biz əminik ki, belə sərgilərlə öz işimizi dəyərləndirmək bacarığı ildən-ilə üstün olaraq beynəlxalq səviyyədə hər zaman öz sözünü deyə biləcək.