İmmunotea çayı

Tərkibi:
Exinaseya otu, itburnu meyvəsi, şirin biyan kökü, böyük bağayarpağı yarpağı, qara gəndalaş çiçəyi, cirə meyvəsi, aptek çobanyastığı çiçəyi.

Farmakoloji təsiri:
Orqanizmdə interferon sintezini və leykositlərin faqositar aktivliyini artıraraq immun cavabı gücləndirir, antivirus, bakterisid və fungisid təsir göstərir, mikrob hüceyrələrinin bölünməsinin və hərəkətinin qarşısını alır, orqanizmi toksiki maddələrdən təmizləyir. Antioksidant, iltihab əleyhinə, bəlğəmgətirici, qızdırmasalıcı və regenerasiyaedici təsirləri var.

İstifadəsinə göstəriş:
– İmmunodefisit hallar
– Qripin müalicə və profilaktikası
– KRX-lərin müalicə və profilaktikası
– Tənəffüs yollarının iltihabi xəstəlikləri
– Soyuqdəymə
– Antibiotiklərlə müalicə
– Şüa terapiyasından sonrakı dövr
– İntoksikasiyalar

Əks göstəriş:

Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq. Autoimmun xəstəliklər, QİÇS, vərəm, leykozlar, kollagenozlar, dağınıq skleroz. Hamiləlik və laktasiyadövründə müalicə həkimi ilə məsləhətləşmək lazımdır.

İstifadə qaydası:
1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
Qəbul müddəti 14 gündür.

Buraxılış forması:
25x2qr.