Vita poliqrafiyası

“Vita” mətbəəsi olaraq 2002-ci ildən fəaliyyət göstərməkdəyik. Fəaliyyətimizin ilkin dövrlərində sadəcə Herba Flora şirkətinin qablaşdırma və reklam materiallarının çap olunması ilə məşğul olan mətbəəmiz sonradan fəaliyyət dairəsini daha da genişləndirdi. Qısa zaman ərzində bir sıra tibb şirkətlərinin sifarişlərini qəbul edib bu sahədə təcrübəmizi daha da artırdıq. Sifarişləri daha keyfiyyətli və operativ həyata keçirmək üçün mətbəəyə bir sıra çap və poliqrafiya avadanlıqları alındı, işçi heyəti artırıldı. Hal-hazırda paytaxtın və əyalətlərin qabaqcıl şirkətlərinin çap məhsullarını hazırlayan "Vita" poliqrafiyası, yaxın gələcəkdə ölkənin bu sahədə əsas subyektlərindən birinə çevrilməyi qarşısına məqsəd qoymuşdur.
Fəaliyyət dairəmizə ofset çapı, tampon çap, dizayner xidmətləri, ağac üzərində oyma, UV-lak xidməti, laminasiya, zərli çap, xüsusi kəsim xidmətləri daxildir. Ofset çapına istənilən növ plakat, broşur, etiket, kitab, jurnal, müxtəlif formada qutuların hazırlanması və s., tampon çapına isə qələm və alışqanların üzərinə yazı, butulka qapaqlarına çap və s. aid etmək olar.
Müştərilərimiz poliqrafiya sahəsində böyük təcrübəyə malik olan menecerlərimiz vasitəsilə sifarişlərini verdikdən sonra, qısa müddət içində onların istəklərinə uyğun tam xidmət göstərilir – dizayn hazırlanır, müştərilərin istəklərinə uyğun dizaynda yekun işlər görülür və iş mətbəəyə göndərilir. Qısa bir zamandan sonra isə hazır, keyfiyyətli iş müştərilərimizin əlində olur.
Sifariş vermək və ya hər hansı bir informasiya əldə etmək üçün
Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.
elektron ünvanına və ya 418-15-18 nömrəli telefona müraciət edə bilərsiniz.
Aşağıda mətbəəmizin bəzi işləri ilə tanış ola bilərsiniz: