Sual-Cavab

Əziz müştərilər!
"Herba Flora" məhsulları, dərman bitkiləri, fitoçaylar, xalq təbabəti, "Fitonad" limonadları, "Herba Flora" jurnalı və digər mövzularla bağlı sualınız varsa, biz məmnuniyyətlə cavablandırmağa hazırıq. Bunun üçün sadəcə aşağıdakı "şərh" formasını doldurub, sualınızı aydın şəkildə yazın. "Herba Flora" firmasının həkim və mütəxəssisləri sizin suallarınıza elə bu səhifədə cavab yazacaqlar.
Qabaqcadan minnətdarlığımızı bildiririk.
Şərhlər
---
Cavab:
Salam Tural bəy.Sualınıza görə təşəkkür edirik.Teastomin çayı peristaltikanı artırmadığı üçün çəki itkisi olmur.Bu çay sadəcə olaraq mədə divarına büzücü və bürüyücü təsir göstərməklə mədə divarının sürətli bərpasını təmin edir.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Ruhin bəy. Sualınıza görə təşəkkür edirik. Oksalat duzları üçün siz Herba Flora şirkətinin istehsalı olan Oksalitin çayından istifadə edə bilərsiniz.Bununla yanaşı quzuqulağı, ispanaq, qara qarağat, çiyələk, limon, portağal, kakao, qəhvə, tünd çay, kalsium və C vitamini tərkibli mineral sular və preparatlardan istifadəni məhdudlaşdırmal ısınız.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Muhsan bəy.Sualınıza görə təşəkkür edirik. Dəniz kələminin özünəməxsusluğu onun mədədə şişib doyma effekti yaratmasıdır.Bunun üçün də gecələr təyin olunur ki, gündüz iştahasızlıq yaranmasın. Çünkü, gün ərzində qəbul etdiyiniz qidaların tərkibindəki yoddan da məhrum qalmamalısınız.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Günay xanım.Sualınıza görə təşəkkür edirik. Bilmək lazımdır ki, bu şiş həmişə olur, yoxsa günün müəyyən bir vaxtimi olur? Sakit vaxtı yoxsa hər hansı bir əsəbi gərginlikdən sonra olmağını da bilmək yaxşı olardı.Ümumiyyətlə isə bu ağrılar çox müxtəlif səbəblərlə -ürək- damar problemi ilə, qalxanvari vəzlə əlaqədar, sinir mənşəli ola bilər.
Sizə Sğlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Ülkər xanım.Sualınıza görə təşəkkür edirik. Əgər ödünüzdə qalınlaşma varsa çox güman ki, qatılaşma və iltihabi proses də olacaq. Bu cür problemlər zamanı Herba Flora şirkətinin istehsalı olan Teaxolin çayı çox yaxşı effekt göstərir. Bu çay ödü durulaşdırır və iltihabi prosesləri aradan qaldırır.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Tural müəllim. Sualınıza görə sizə təşəkkür edirik. Bununla bağlı yaxşı olar ki, ilk öncə həkim-qastroenteroloq un müayinəsindən keçəsiniz, həmçinin eyni zamanda Herba Flora şirkətinin istehsalı olan Teastomin çayından 1 ay müddətinə istifadə edə bilərsiniz. Bunlarla da yanaşı saytımızda pəhrizlər rubrikasından Pəhriz №2 haqda oxuyub riayət edə bilərsiniz. Sinir sisteminin fəaliyyətinə də nəzarət edin.
Sizə sağlamlıq arzulayırıq!
---
Cavab:
Salam Aynurə xanım. Sualınıza görə təşəkkür edirik. Əgər Qızınızın öskürəyi sadaladıqlarını za qarşı allergiya ilə əlaqədardırsa onda mütləq bu faktorları aradan qaldırmaq lazımdır.Əks halda fəsillə əlaqədar öskürəklər olacaq. Öskürək əleyhinə Herba Flora şirkətinin istehsalı olan Teabronx çayından istifadə edə bilərsiniz.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Mübariz müəllim. Sualınıza görə sizə təşəkkür edirik. Sizdə toza qarşı allergik rinit, faringit, bronxit var. Maksimum dərəcədə toz olan yerlərdən uzaq olmağa çalışın. Ev və evdəki əşyalar bir gündən bir nəm əski ilə silinməlidir. Eyni zamanda Herba Flora şirkətinin istehsalı olan Teasept çayından inhalyasiya (yuxarı tənəffüs yollarının buxara verilməsi), Teabronx çayından daxilə qəbul formasında istifadə edə bilərsiniz. Həmçinin siqaretdən istifadə edirsinizsə, bu vərdişi zamanla tərgitməyə çalışın. Prostat adenomasına görə həkim-androloqun müayinəsindən keçmək lazımdır. Sadəcə prostat vəzin fəaliyyətini yaxşılaşdırmaq, iltihabı aradan qaldırmaq üçün isə Teamen çayından istifadə edə bilərsiniz.
Sizə sağlamlıq arzulayırıq!
---
Cavab:
Salam Duru xanım.Sualınıza görə təşəkkür edirik.Saydığınız hormonal problemlə bağlı həkiminizin yazdığı müalicəni sxematik olaraq aparmalısınız. Yoldaşınız da həkimə müraciət edib müalicə almalıdır. Sinir oyanıqlığına görə Herba Flora şirkətinin istehsalı olan Sedativ çaydan istifadə edə bilərsiniz. Keçi buynuzu bitkisi bizim Fitoclublarımız da var. Ünvanları Herba Floranın saytından əldə edə bilərsiniz.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam İlahə xanım. Sualınıza görə təşəkkür edirik. Əgər barmaqdakı ağrı dözülməzdirsə ağrıkəsici məlhəmlərdən istifadə edə bilərsiniz.
Sizə Sağlamlıq Arzulayırıq!
---
cavab:
Salam Nazim bəy. Sualınıza görə təşəkkür edirik. Siz Herba Flora şirkətinin xroniki öskürəklərdə effektli olan Teabronx çayından istifadə edə bilərsiniz.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Lalə xanım. Sualınıza görə sizə təşəkkür edirik. Bunun üçün mütləq qida qəbuluna fikir vermək və sinir sisteminin fəaliyyətini nəzarətdə saxlamaq lazımdır. Eyni zamanda Herba Flora şirkətinin istehsalı olan şəkər əleyhinə Mirfazin çayından və arterial təzyiqi daima stabil saxlayan Teakard çayından istifadə edə bilərsiniz. Sizə sağlamlıq arzulayırıq!
---
Cavab:
Salam Lalə xanım. Sualınıza görə sizə təşəkkür edirik. Bunun üçün xüsusi məşqlər edib, fitneslə məşul olub qarın nahiyəsində olan piyləri əridə bilərsiniz. Həmçinin qidanıza da fikir verin.
---
Cavab:
Salam Aygül xanım.Sualınıza görə təşəkkür edirik. Mütləq həkimə müraciət edib qanın ümumi analizi,infeksi yaların yoxlanılması,şə kərin təyini və s. bu kimi müayinələrdən keçsəniz yaxşı olar.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Günel xanım.Sualınıza görə təşəkkür edirik.Bu şikayətlərin səbəbini bilmək üçün siz kardioloqa və nevrapatoloqa müraciət edib müayinədən keçməlisiniz.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Fariz bəy.Sualınıza görə təşəkkür edirik.Bel ağrıları çox müxtəlif səbəblərdən ola bilər.Siz ətraflı müayinə olunmalısınız. Eləcə də Teartroz çayından istifadə etməyiniz məsləhətdir.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Akif bəy.Sualınıza görə təşəkkür edirik.Sizin sadaladığınız bütün əlamətlər müalicə iləkeçə bilər.həkimə müraciət edib ətraflı müayinə olunmalısınız. Duzlaşma əleyhinə Herba Flora şirkətinin istehsalı olan Teartroz çayından, beyin qan dövranı pozğunluğunun qarşısını almaq üçün isə Serabratea çayından istifadə edə bilərsiniz.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Ramin bəy.Sualınıza görə təşəkkür edirik. Teartroz çayının tərkibində bitki sayı çox olduğu üçün 12 saat dəmlənməlidir.Bunun üçün axşamdan 6 filtr bağlamanın üzərinə 0,5 lt qaynar su əlavə edib səhərə kimi termosda saxlayın.Növbəti gün çayı 3 yerə bölüb gündə 3 dəfə daxilə qəbul edin. Axşam çayınız bitdikdə yenidən dəmləyib sabahkı gün üçün saxlayın və s.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab: Salam Aynurə xanım. Sualınıza görə təşəkkür edirik. Ola bilər ki,hamamda temperaturu yüksək edirsiniz və nəticədə təzyiqiniz düşür. Hamamın suyunun temperaturunu bir az aşağı edin və vəziyyətinizə baxın. Əgər yenidən təkrarlanarsa həkimə müraciət edin və qanın ümumi analizini verin.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Aysu xanım.Sualınıza görə təşəkkür edirik.Siz bir daha həkimə müaraciət edib əsaslı müayinədən keçsəniz yaxşı olar. Çünki dediklərinizdən belə nəticə çıxır ki,siz çoxdan xəstəsiniz və xəstəliyiniz digər orqanlara da sirayət edib.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Günay xanım. Sualınıza görə təşəkkür edirik.Bunun səbəbini bilmək üçün siz mammoqrafiya adlanan müayinəni keçməlisiniz.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Günay xanım. Sistitdən sidik kisədinin şəkli güclənə bilər.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Vüsalə xanım.Sualınıza görə təşəkkür edirik.Ləkə qalmasın deyə qazın iç yağını əridib yaranya mütamədi çəkdikdə yaxşı effekt verir.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Vüsal bəy.Sualınıza görə təşəkkür edirik.Əgər bitki çayları içə bilmirsə bol-bol limon qəbul etməyi məsləhətdir.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Aysel xanım.Sualınıza görə təşəkkür edirik.Öslürək və faringit üçün Herba Flora şirkətinin istehsalı olan teabronx çayından istifadə edə bilərsiniz.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Lalə xanım. Sualınıza görə təşəkkür edirik.Teakard çayının istifadəsi gündə 3 dəfədir.Yaxşı olar ki,təyinatı dəyişməyəsiniz.
Sizə Sağlamlıq Arzulayırıq!
---
cavab:
Salam Səbuhi bəy.Antral hissənin qalınlaşması daha çox iltihabi xəstəliklər zamanı olur və müalicə olunandır.Bunun üçün həkimə müraciət etməyiniz məsləhətdir.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Pərvanə xanım.Sualınıza görə təşəkkür edirik.Bu bitkiləri qəbul etməyinizə heç bir əks göstəriş yoxdur. Amma bu bitkilərlə yanaşı böyrəklərin iltihabı zamanı effektli olan bir çox digər bitkilər də Herba Flora şirkətinin istehsalı olan Urotea çayında toplanmışdır.Bu çaydan da istifadə edə bilərsiniz.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Şahnaz xanım.Sualınıza görə təşəkkür edirik.Siz həkimə müraciət edib bəzi müayinələrdən keçməlisiniz.Yalnız bundan sonra sizə diaqnoz qoyula və müalicə yazıla bilər.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Ayla xanım.Sualınıza görə təşəkkür edirik.Klimaks dövründə aybaşını artırmaq üçün hərəsindən 1çay qaşığı olmaqla adaçayı,boymadə rən,çobançantas ı otunu 1lt suda dəmləyib gün ərzində için.Bundan başqa Herba Flora şirkətinin istehsalı olan Profemin çayından da istifadə edə bilərsiniz.
Sizə Sağlamlıq Arzulayırıq!
devamını oku: ahmet maranki menopoz için bitkisel kür-mucize iksirler http://mucizeiksirler.blogspot.com/2011/02/ahmet-maranki-menopoz-icin-bitkisel-kur.html#ixzz1mj5Lw3MU
---
Cavab:
Salam Tünzalə xanım.Sualınıza görə təşəkkür edirik.Xərçəng xəstəliyinin müalicəsində sırf bitki müalicəsi olmur.Bəzi bitkilər sadəcə olaraq müalicəni dəstəkləyə bilərlər.
Sizə Sağlamlıq Arzulayırıq!
Atamın xəstəliyi barəsində nə məsləhət verə bilərsiz.
---
Salam Mirzə bəy.Sualınıza görə təşəkkür edirik. Sizin atanızda saydığınız bütün əlamətlər müalicələrin pis fəsadıdır. Əllərinin əsməsi isə parkinson xəstəliyidir. Ginko biloba qan dövranını, yağ mübadiləsini yaxşılaşdıraraq depressiya, yuxusuzluq, parkinsonda yaxçşı effekt verir. Herba Flora şirkətinin istehsalı olan ginko biloba bitkisi var.Onun dəmləməsindən istifadə edə bilərsiniz.İstifadə qaydası qutunun üstündə göstərilmişdir.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Cəmilə xanım. Sualınıza görə təşəkkür edirik. Balla sarımsaq qarışığı belə hazırlanır: 250 qr təmizlənmiş və döyülmüş sarımsaq 250 qr duru bala qatılır, yaxşıca qarışdırılır və 7 gün saxlanılır. 1 xörək qaşığından yeməkdən 40 dəq əvvəl daxilə qəbul edilir. müalicə kursu 1-2 aydır.müalıcə kursu 2ildən bir təkrarlansa bəs edər.Bu resept bütün orqanizmi təmizləməyə bəs edir.
Sizə Sağlamlıq Arzulayırıq!
Bes fitoçaylardan hansınş içə bilərəm, çünki o çaylardan almaq istəyirəm deyə,bilmirəm hansını alım.Təşəkkür ediriəm.
---
Cavab:
Salam Aygün xanım.Sualınıza görə təşəkkür edirik. Siz Herba Flora şirkətinin istehsalı olan Fiqura çayından istifadə edə bilərsiniz.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Lalə xanım. Sualınıza görə təşəkkür edirik. Daşın ölçüsü çox vacibdir. Yaxşı olar ki, həkiminizlə məsləhətləşəsin iz. Çünki böyrək dağları zamanı təbii vasitələr fəsad törədə bilər və mütləq nəzarət altında qəbul olunmalıdır.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Lalə xanım. Sualınıza görə təşəkkür edirik. Təzyiqi normada saxlamaq üçün istifadə olunan bütün bitkilər Herba Flora şirkətinin istehsalı olan Teakard çayında toplanmışdır.Bu çaydan istifadə etməyiniz məsləhətdir.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Aygül xanım.Sualınıza görə təşəkkür edirik. Sizin hamiləliyiniz yeni olduğu üçün sizdə hamiləlik toksikozu baş verir. Müəyyən müddətdən sonra keçib gedəcək. Toksikoza qarşı isə siz itburnu dəmləməsini balla qəbul edə bilərsiniz. Bu orqanizmi toksinlərdən təmizləməyə kömək edəcək.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Salam Babacan bəy. Sualınıza görə təşəkkür edirik. Qaraciyəri toksik maddələrdən təmizləmək üçün effektiv olan əsas bitkilər Herba Flora şirkətinin istehsalı olan Hepartea çayında cəmlənib. Bu çayı istifadə etmək məsləhətdir.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Anar bəy.Sualınıza görə təşəkkür edirik. Ümumiyyətlə zirə yağı çox xeyirlidir. Fasilələrlə qəbul edə bilərsiniz.
Sizə Sağlamlıq Arzulayırıq!
Salam Gülnar xanım. Sualınıza görə təşəkkür edirik. Ulduz xanım İçəri şəhərdə yerləşən Fitoclubun yanında işləyir.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam İlhamə xanım. Sualınıza görə təşəkkür edirik. Siz Herba Flora şirkətinin istehsalı olan İdeal çayından istifadə edə bilərsiniz.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Günel xanım. Sualınıza görə təşəkkür edirik. Balaca bir tənzifin içərisinə narın duz qoyub ilıq su ilə isladın və dişlərinizi onunla sürtün. Bu proseduranı soda ilə də eləyə bilərsiniz.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Salam Azər bəy.Sualınıza görə təşəkkür edirik.Cinsi zəiflik zamanı qara gəndalaş çiçəyi, bataqlıq qurucasının otu, çöl qatırquyruğu otu effektlidir.Bundan başqa Herba Flora şirkətinin istehsalı olan Teamen çayından da istifadə etməyiniz məsləhətdir.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Rəna xanım. Sualınıza görə təşəkkür edirik. Siz hamilə olduğunuz üçün ginekoloqunuzla məsləhətləşsəni z daha yaxşı olar.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Aygün xanım.Sualınıza görə təşəkkür edirik. Qəbizlikdə səhər yeməyi və nahar arasında hər 30 dəq-dən bir 1 xörək qaşığı su içmək məsləhətdir. Bundan başqa 150 ml aloe şirəsini 30 qr balla qarışdırın. Aloe yarpaqlarını kəsməmişdən 2 həfdə qabaqdan sulamayın. Balı isə bir qədər əritmək lazımdır. Bu qarışıqdan gündə 2 dəfə 1 xörək qaşığı (səhər acqarına və yatmazdan əvvəl).
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Hikmət bəy.Sualınıza görə təşəkkür edirik. Bu baxır müalicə üçün istifadə olunan bitkilərin təsir mexanizminə və öddəki daşın ölçüsünə.Həkim məsləhəti ilə müalicə alsanız daha yaxşı olar.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Famil bəy.Sualınıza görə təşəkkür edirik. Aritmiyanı aradan qaldırmaq üçün Herba Floranın istehsalı olan Teakard çayından istifadə olunur.
Zeytun yağının rəngi isə zeytunun sortundan asılıdır.Ən müalicəvi və keyfeyyətli zeytun yağı isə sızma yağdır.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Aynur xanım.Sualınıza görə təşəkkür edirik. İlk növbədə bel ağrısının səbəbi aydınlaşdırılma lıdır.Bunun üçün siz tam müayinədən keçməlisiniz. Həkimə müraciət etsəniz daha yaxşı olar.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam İradə xanim.Sualınıza görə təşəkkür edirik.Lənləran rayonunun mərkəzi apteklərindən soruşun. Olmadığı təqdirdə depolardan gətirmələrini tələb edin.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Elşən bəy.Sualınıza görə təşəkkür edirik. Siz mütləq həkimə müraciət edib əsaslı müalicə alsanız daha yaxşı olar. Kartof və balqabaq şirəsini isə səhərlər acqarına qəbul etməyiniz məsləhətdir.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Cəmalə xanım.Sualınıza görə təşəkkür edirik. Aclıq dövründə əsmə hallarının baş verməsi qanda şəkərin miqdarının aşağı düşməsi ilə əlaqədardır. Siz həkimə müraciət edib müayinələrdən keçməli və yalnız bundan sonra qaraciyər piylənməsinə qarşı müalicə etməlisiniz.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Vilayət bəy.Sualınıza görə təşəkkür edirik.Vərəmin müalicəsi üçün İsti südün içərisinə donuz piyi, 1 xörək qaşığı qazın iç yağı və 1 xörək qaşığı hind çayı, 1 stəkan quru malina və quşüzümü,yarım lt araq,yarım kq aloe yarpağı və 0,5 kq bal.2 saat alçaq odda bişirilir.Qabın ağzı möhkəm bağlanır ki,buxar çıxmasın.Sonra qapağı bağlı şəkildə soyudulur.1desert qaşığından gündə 3 dəfə yeməkdə yarım saat qabaq qəbul edilir.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam İlham bəy.Sualınıza görə təşəkkür edirik.Boyun qısalığı üçün uşaq müalicəvi bərpa mərkəzlərinə müraciət edib xüsusi müalicə almalı və müalicəvi idmanla məşğul olmalıdır.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Ayaz bəy.Sualınıza görə təşəkkür edirik.İmmuniteti artirmaq üçün istifadə olunan bütün təbii vasitələr Herba Flora şirkətinin istehsalı olam İmmunotea çayında cəmlənib. Çayın istifadə qaydası qutunun üstündə qeyd edilib.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Aysel xanım. Sualınıza görə təşəkkür edirik. Hepatitlərin bir çox növü var. Hansı növün olması vacibdir. Amma əsasən vaxtında və düzgün müalicə aparıldıqda təmamilə sağalmaq olur.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Röyalə xanım.Sualınıza görə təşəkkür edirik.Böyəklərdən şikayətiniz olmaması heç də böyrəklərinizin sağlam olması demek deyil.Müayinədən keçsəniz yaxşı olardı.Göz alti kölgələr sırf kosmetik də ola bilər.Bunun üçün siz göz ətrafına maskalar edə bilərsiniz.Kartofu sürtgəcdən keçirib tənzifin içərisində hər axşam yatmazda əvvəl 15 dəq.gözünüzün üstünə qoya bilərsiniz.Eləcə də cəfərini ət maşınından çəkib eyni proseduranı gün ərzində edə bilərsiniz.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Vicay.Sualınıza görə təşəkkür edirik. Saç tökülməsində növbəti resept yaxşı təsir edir. 3 xörək qaşığı doğranmış kəcəvər kökü 15 dəq. yarım lt sirkədə qaynadılır və saçlar yuyulduqdan sonra bu qarışıqla yaxalanır.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Kəklik xanım. Sualınıza görə təşəkkür edirik. Saçların uzanması üçün 40 qr atpıtrağı köklərini 400 ml( 2 stəkan )suyda suda dəmlədikdən sonra saçlar yaxalanır.
Sidik saxlamamazlığa qarşı bu reseptdən istifadə edə bilərsiniz: Durna balığının sidik kisəsi qurudularaq toz halına salınır, 1 stəkan suya 2 çay qaşığı qarışdırılaraq içilir.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Ellada xanım.Siz Herba Flora şirkəti ilə əlaqə saxlayıb həm yanvar sayını əldə edə bilərsiniz,həm də abunə ola bilərsiniz.Abunə olduğunuzda jurnalınız hər ay yazdırdığınız ünvana çatdırılacaq.(012) 425- 57 -04;(012)448-36-20
Sizə Sağlamlıq Arzulayırıq!
---
Salam Günay xanım. Sualınıza görə təşəkkür edirik. Herba Flora jurnalında "Çarə"dən reseptlər rubrikası var. Verlişdə gedən bütün reseptləri ordan əldə edə bilərsiniz.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Almaz xanım. Sualınıza görə təşəkkür edirik. Polip yenidən əmələ gələn törəmə olduğundan əməlyatdan bir müddət sonra əmələ gələ bilər. Bunun üçün polipin köklərinin yandırılması əməlyatı var. Yalnız bundan sonra polip əmələ gəlmir. Burun tutulmaları zamanı Herba Flora şirkətinin istehsalı olan Teasept çayının dəmləməsindən buruna damızdıra bilərsiniz.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Günel xanım. Sualınıza görə təşəkkür edirik. Diş ətinin qızarması zamanı Herba Flora şirkətinin istehsalı olan Teasept çatı ilə qarqara yaxşı təsir edir.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Günay xanım. Sualınıza görə təşəkkür edirik. Orqan şəklinin güclənməsi bir çox səbəblərdən ola bilər.Bu məsələni həkiminizlə dəqiqləşdirsəni z yaxşı olar.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Sariyyə xanım. Sualınıza görə təşəkkür edirik. Siz təzyiqinizi normada saxlamaq üçün Herba Flora şirkətinin istehsalı olan Teakard çayından istifadə edə bilərsiniz.
Sizə Sağlamlıq Arzulayırıq!
---
Cavab:
Salam Nermin xanım.Sualınıza görə təşəkkür edirik.Teaxolin çayı öddə durğunluğu aradan qaldırır.Əgər üzünüzdəki ləkələr öd durğunluğu ilə bağlıdırsa onda aradan qaldıracaq.
Sizə Sağlamlıq Arzulayırıq!
RSS – bu irəlidəki şərhlər üçün.