Herba Flora – aylıq elmi-kütləvi tibb jurnalı

2007-ci ilin dekabr ayında "Herba Flora" adlı elmi-kütləvi tibb jurnalının ilk sayı işıq üzü gördü. "Herba Flora" firması tərəfindən təsis olunan bu jurnalın buraxılmasında əsas məqsəd əhalinin elmi-tibbi biliklərinin artırılmasıdır. Hər ay dərc edilən jurnalımız aydan-aya təkmilləşərək müxtəlif sosial təbəqələrdən olan oxucuların maraq obyektinə çevrilib. Jurnalın çoxsaylı rubrikalarında Siz xalq təbabəti, müxtəlif xəstəliklər‚ onların müalicəsində təbii üsulların və dərman bitkilərinin istifadəsi, maraqlı reseptlər və pəhrizlər‚ dahi şəxsiyyətlərin həyatı və s. haqda məqalələr tapa bilərsiniz.
"Herba Flora" Sizi təbiətin ən ağlasığmaz sirləri ilə tanış edəcək...
"Yaşıl cənnət" rubrikası Sizi həm vətənimizdə‚ həm də digər ölkələrdə bitən bitkilər, onların bioloji və farmakoloji xüsusiyyətləri‚ müalicəvi təsiri və müxtəlif tətbiq metodları ilə tanış edəcək.Tanınmış həkimlərin aktual xəstəliklər‚ onların xalq təbabəti reseptləri ilə müalicəsi haqda yazdığı məqalələri "Elm və təbiət" və "Tribuna" adlı rubrikalarda tapa bilərsiniz.
"Herba Flora" jurnalı qadınları da unutmur. "Nuş olsun" rurbikasında onlar üçün dadlı reseptlər, milli və xarici ölkə mətbəxlərinin özəllikləri haqda məqalələr dərc olunur. Həmişə gözəl və cazibədar görünmək istəyən qadınlar isə "Pəhriz" və "Gözəllik ondur" rubrikalarında verilən məsləhətlərdən dəyərlənə bilərlər.
Ailə hər bir insanın həyatının ayrılmaz hissəsidir. "Ailə dünyası" rubrikası Sizi ailə həyatının ən gizli və ən vacib məqamları ilə tanış edəcək. Xalq təbabətinin sirləri, müxtəlif bitkilər‚ meyvə və tərəvəzlər‚ onların orqanizmə faydası və düzgün istifadə qaydaları‚ ən əsası isə‚ müalicəvi reseptlər haqda "Xalq təbabəti" rubrikasında söz açılır.
"Unutsaq‚ unudularıq" rubrikasında görkəmli şəxsiyyətlərin‚ alim və həkimlərin həyat və yaradıcılığı ilə tanış olacaqsınız. İslam‚ onun şəxsiyyətin və mənəvi dəyərlərinin rolu‚ həmçinin‚ Məhəmməd peyğəmbərin (s.a.s.) həyatından bəhs edən hədislər haqda "Din işığında" rubrikasında söhbət açılır.
Bizi əhatə edən aləmdə çoxlu qəribə hadisələr baş verir. Bu barədə "Maraqlıdır" rubrikasında məqalələr dərc olunur. Sizin məktublarınız‚ təklif və iradlarınız "Bizə məktub var" səhifəsində yer alır.
Həyatımızın sevinci olan fidan balalarımızı da unutmamışıq. Hər nömrədə onlar üçün təzə nağıl‚ tapmaca‚ lətifə və məntiqi məsələlər dərc olunur.
Gördüyünüz kimi‚ "Herba Flora" jurnalı hər bir sosial təbəqə nümayəndəsinin maraqlarına toxunur və zövqünü oxşamağa çalışır. "Herba Flora" jurnalı ilə yeni təəssüratlar aləminə baş vurun.
Jurnalla bağlı istənilən sual və məsləhətlərinizi Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. elektron poçtuna göndərə bilərsiniz.
Qiyməti cəmi 2 AZN.
Jurnalımıza Azərbaycanın bütün şəhər və rayonlarında rabitə şöbələri vasitəsilə abunə yazıla bilərsiniz. Yaranan hər bir çətinliklə bağlı birbaşa məktub vasitəsilə və ya telefonla zəng etməklə bizə müraciət edə bilərsiniz.
Abunə qiymətləri: 6 aylıq - 10.80 azn, illik – 21.60 azn.
Həmçinin Bakı şəhərində "Herba Flora" jurnalını əldə etmək üçün "Xpress-Elita" (+99412 437-28-10), "Qaya mətbuat yayımı MMC" (+99412 564-63-45, +99412 465-67-13) və "Səma M" (+99412 596-22-97) qəzet və jurnal yayım müəssisələrinə müraciət edə bilərsiniz. Həmin müəssisələr evlərə və ofislərə vaxtlı-vaxtında çatdırılmanı təmin edir.