Qızılgül limonadı
Qızılgül limonadı bu gün Azərbaycanda az da olsa bir çox firmalar tərəfindən istehsal edilir. Qızılgülün tərkibindəki ətirli maddələr insanın əhval ruhiyyəsini qaldırır, orqanizmə ümumi tonuslandırıcı təsir göstərir.
Biz qızılgül limonadı istehsal etmək üçün regionlarımızda bitən çiçəklərin tərkibini öyrənməyə başladıq. Bizə məlum oldu ki, Zaqatala, Balakən, Şəki rayonlarında bitən çiçəklərin ətri daha çox parçalanmazdır. Biz qızılgül limonadını hazırlayanda tərkibinin vitamin mənbəyini çoxaltmaq üçün bu limonadın tərkibinə cır alma (Qubadan yığılmış) konsentrasiyası əlavə etdik və gözəl nəticə aldıq. Qızılgül limonadı hazırlamaq üçün qırxləçək və itburnu çiçəklərinin qarışığından istifadə etdik.
Tam təbii qızılgül limonadı sizin əhval-ruhiyyənizin qarantıdır!
Düşes limonadı / Tərxun limonadı / İtburnu limonadı / Qızılgül limonadı / Kəkotu limonadı / Limon limonadı / Feyxoa limonadı / Üzüm limonadı / Qazlı və qazsız sular
