"Fitonad" limonadları

Herba Flora şirkətində "Fitonad" brendi olaraq 0.5, 1 və 2 l-lik qablaşdırılmada aşağıdakı məhsullar istehsal olunur:

"Fitonad" limonadları. Onlar müasir limonad texnologiyasından nə ilə fərqlənirlər və onların orqanizm üçün xeyri nədir?

Sərinləşdirici içki kimi istifadə olunan limonadın tarixi b.e.ə. 500-600-cü illərə təsadüf edir. O dövrdə sərinləşdirici içki kimi əsasən şərbətdən, limonlu şərbətdən, ayran və süddən istifadə olunurdu. Makedoniyalı İsgəndər üçün hazırlanan sərinləşdirici içkiləri soyutmaq üçün uzaq ölkələrdən buz gətirilirdi. O zamanlar sərinləşdirici içkilər qazsız istifadə olunurdu.

Hazırda dünyanın müxtəlif ölkələrində 500-700 adda sərinləşdirici spirtsiz içki növləri mütərəqqi texnologiyalardan istifadə edilməklə avtomatlaşdırılmış axın xətlərində istehsal edilir.

Mövcud limonad növlərindən fərqli olaraq insan orqanizmi üçün daha əhəmiyyətli sayılan yeni limonad növlərinin istehsalı ilə “Herba Flora” şirkəti 2011-ci ilin mart ayının əvvəllərindən məşğuldur. “Fitonad limonadları” markası ilə istehsal edilən 8 növdə bitki və meyvə mənşəli limonadlar mövcud limonadlardan tərkibinə, təbiiliyinə, orqanizmə verdiyi enerjinin miqdarına, saxlanma qabiliyyətinə və bioloji xüsusiyyətlərinə görə fərqlənirlər.

“Herba Flora” şirkətində əsasən 8 növdə limonad növləri istehsal edilir. İstehsal prosesi yarımavtomat axın xəttində aparılır. İstehsal edilən limonad növlərinə “İtburnu”, “Qızılgül”, “Tərxun”, “Kəkotu”, “Düşes”, “Limon”, “Feyxoa” və “Üzüm” göstərmək olar. Bu limonad növlərinin istehsalında əsasən xarakterik bitki və meyvələrdən alınmış ekstraktlardan istifadə olunur. Mövcud limonadlardan fərqli olaraq “Fitonad limonadları” müalicəvi xüsusiyyətlərinə görə fərqlənirlər. ”İtburnu” limonadı istehsalında itburnu meyvəsindən müasir üsullarla alınmış ekstraktlardan istifadə olunur. Bu limonadın tərkibi karbohidratlar, vitaminlər və mikroelementlərlə zəngindir. Diuretik xassəyə malik olan itburnu limonadı insan orqanizmindən , xüsusilə də böyrəklərdən şlakların xaric olunmasına müsbət təsir göstərir. “Kəkotu” limonadı digər limonad növlərindən fərqli olaraq ilk dəfə “Herba Flora” şirkətində istehsal olunub. Bu limonadın ilk müəllifi də “Herba Flora” şirkətidir. “Kəkotu” limonadının da sərinləşdirici xüsusiyyəti ilə yanaşı müalicəvi əhəmiyyəti də vardır. Əsasən mədə-bağırsaq, ürək, hipertoniya, soyuqdəymə və s. xəstəliklərin profilaktikasında bu limonad növü daha əhəmiyyətlidir.

Fitonad limonadları Azərbaycanda və digər ölkələrdə istehsal olunan limonad növlərindən həm də resepturasına və normativ-texniki sənədlərinə görə də fərqlənir.