Pəhriz №14

uGöstərişlər. Qələvi reaksiyalı sidik və fosfor-kalsiumlu duzların çöküntüyə enməsi ilə fosfaturiya.

Təyinatın məqsədi. Sidiyin turş reaksiyasının bərpası və bununla da çöküntü enməsinin qarşısının alınması.

Ümumi xarakteristika. Pəhrizə sidiyin reaksiyasını turşu tərəfə dəyişməsinə kömək edən məhsullar daxil edirlər. Qələviləşdirici təsir göstərən və kalsiumla zəngin məhsulları (süd, kəsmik, pendir) istisna edirlər. Sərbəst mayenin ümumi miqdarı – 1,5-2 l. Kulinar işləmə adidir.

Enerji dəyəri və tərkibi: zülallar 80-100 q, yağlar 100 q, karbohidratlar 400 q, 2800 kkal.

Qidalanma rejimi: Gündə 4-5 dəfə.