Pəhriz №13
Göstərişlər. İnfeksion xəstəliklər kəskin qızdırma dövründə. Anginalar. Əməliyyatdan sonrakı hal (appendektomiyadan sonra 2-3-cü gün, mədə rezeksiyasından sonra 8-9-cu gün göstərişə görə).
Təyinatın məqsədi. Kəskin qızdırma halında və əməliyyatdan sonrakı dövrdə xəstənin orqanizminin ümumi gücünün saxlanılması; mədə-bağırsaq traktının qorunması.
Ümumi xarakteristika. Zülalların miqdarı fizioloji normanın aşağı həddində, yağların, karbohidratların və kalorinin mülayim məhdudlaşdırılması. Qızdırmalı xəstələrə mayeni artıq miqdarda vitaminləşdirilmiş içkilər şəklində yeridirlər. Qidanı əzilmiş şəkildə mülayim kimyəvi qıcıqlandırıcılarla verirlər.
Enerji dəyəri və tərkibi: zülallar 70-80 q, o cümlədən 50 q heyvani mənşəli, yağlar 70 q, karbohidratlar 300 q, 2200 kkal. C vitamini və digər vitaminlər çoxlu miqdarda.
Qidalanma rejimi: Gündə 6 dəfədən az olmayaraq, məhdud miqdarda.