Pəhriz №10

фGöstərişlər. Ürək qan-damar sistemi xəstələri: a) kompensasiya stadiyasında və ya qan dövranı çatmamazlığının I dərəcəsi ilə revmatik ürək qüsurları; b)hipertoniya xəstəliyi I və II stadiya; v) sinir sisteminin xəstəlikləri; q) xroniki nefrit və pielonefrit ancaq sidik çöküntüsündəki dəyişikliklərlə. Kəskin və xroniki pielit.

Təyinatın məqsədi. Qan dövranı üçün ən əlverişli şəraitin yaradılması. Sinir sistemini oyadan maddələrin istisna olunması. Azotlu maddələrin xaric olmasının yaxşılaşdırılması və sidikçıxarıcı yolları qıcıqlandıran məhsulların istisna olunması.

Ümumi xarakteristika. Xörək duzunun məhdudlaşdırılması (5 q), azotlu ekstraktiv maddələrin və ədviyyatların istisna olunması ilə pəhriz. Bağırsaq fəaliyyətini tənzimləyən məhsullar daxil edirlər: kobud bitki sellülozu olmayan, tərəvəzlər, meyvələr və giləmeyvələr, həmçinin kəpəkli buğda və çovdar çörəyi. Mülayim mexaniki qorunma ilə kulinar işləmə.

Enerji dəyəri və tərkibi: zülallar 80 q (onlardan 50 q heyvani mənşəli zülallar), yağlar 65-70 q, karbohidratlar 350-400 q, 2500 kkal.

Qidalanma rejimi: Qida qəbulu gündə 5-6 dəfə mülayim miqdarda, şam yeməyi yuxuya 3 saat qalmış. Ürək qan-damar xəstəliklərində sərbəst mayenin verilməsini 1000-1200 ml-ə qədər məhdudlaşdırırlar.

Pəhriz № 10a

Göstərişlər. Qan dövranı çatmamazlığının II və II-III dərəcəli stadiyalarında ürək xəstəlikləri. Qan dövranı çatmamazlığı və ya beyin qan dövranı pozğunluğu ilə hipertoniya xəstəliyi. Miokard infarktı kəskin və yarımkəskin dövrdə.

Təyinatın məqsədi. Xörək duzunun kəskin məhdudlaşdırılması (qida məhsullarında 1,5-1,8 q) və pəhrizi kaliumla zənginləşdirmək yolu ilə ürəyin funksiyasının pozulmasına və ödemlərə təsir. Həzm orqanlarına yükün azaldılması.

Ümumi xarakteristika. Zülalların miqdarı fizioloji normanın aşağı həddində, yağ və karbohidratların mülayim məhdudlaşdırılması. Bütün yeməkləri duzsuz hazırlayırlar, xüsusi olaraq duzsuz çörək bişirirlər. Sərbəst mayenin yeridilməsini məhdudlaşdırırlar. Bütün məhsulları ət maşınında çəkirlər və suda bişmiş şəkildə və ya buğda hazırlayırlar.

Enerji dəyəri və tərkibi: zülallar 70-80 q (onlarda 50 q heyvani mənşəli), yağlar 60 q, karbohidratlar 280 q, 2000-2100 kkal. Xörək duzu qida məhsullarında 1,5-1,8 q-dan çox olmamalı, kalium 3,3-3,8 q.

Qidalanma rejimi: Gündə 6 dəfədən az olmayaraq azacıq həcmdə.

Pəhriz № 10c

Göstərişlər. Başlıca olaraq ürəyin, beyinin və ya digər orqanların damarlarının zədələnməsi ilə arteriyaların aterosklerozu. Miokard infarktı çapıqlaşma mərhələsində. Hipertoniya xəstəliyi.

Təyinatın məqsədi. Aterosklerozun sonrakı inkişafının qarşısının alınması. Piylənmədə bədən kütləsinin azaldılması.

Ümumi xarakteristika. Başlıca olaraq asan mənimsənilən karbohidratlar (qənd, ağ undan məmulatlar) və heyvani mənşəli yağların hesabına kaloriliyin məhdudlaşdırılması. Xolesterin və D vitamini ilə zəngin məhsulları istisna edirlər. Qida rasionuna daxil edirlər: a) lipotrop təsirə malik məhsullar; b) yarımdoymamış yağ turşularının yüksək miqdarı olan bitki yağları; v) tərəvəzlər, meyvələr və giləmeyvələr C vitamininin təbii mənbəyi kimi, həm də onlar bitki sellülozasına malikdirlər; q) yodla zəngin dəniz məhsulları. Kulinar işləmə ekstraktiv azotlu maddələri və kobud bitki sellülozasını istisna edir.

Enerji dəyəri və tərkibi: zülallar 80-100 q, yağlar 60-70 q, o cümlədən bitki yağları 40 %-dən çox, karbohidratlar 250-300 q, 2000-2200 kkal. Xörək duzunu və sərbəst mayeni 1000-1200 ml-ə qədər məhdudlaşdırırlar.

Qidalanma rejimi: Gündə 5-6  dəfə mülayim miqdarda, şam yeməyi yuxudan 3 saat qabaq.