Pəhriz №9
Göstərişlər. Asidoz və daxili orqanların yanaşı gedən xəstəlikləri olmadıqda şəkərli diabet.
Ümumi xarakteristika. Fizioloji normadan yuxarı zülallara, mülayim məhdudlaşdırılmış yağlara və karbohidratlara malik pəhriz. Asan mənimsənilən karbohidratlar istisna olunur. Pəhrizə lipotrop təsirə malik maddələr daxil edirlər. Qidada kifayət qədər çox tərəvəzlər olur. Duzu və xolesterin olan məhsulları məhdudlaşdırırlar. Zülalların (kalorajın 15 %), yağların (25 %) və karbohidratların (60 %) fizioloji nisbətinə yaxın pəhriz geniş işlədilir. S.Q.Gennes və Y.Y.Rezıtski tərəfindən təklif olunanlardan I pəhriz-qoruyucu, II pəhriz-aralıq və III pəhriz-fiziolojini ayırd edirlər.
| Pəhrizlər | Karbohidratlar | Zülallar | Yağlar | Kkal |
| I | 202 | 87 | 69 | 1827 |
| II | 330 | 108 | 84 | 2577 |
| III | 495 | 129 | 100 | 3488 |
Xəstələrin reaksiyasını I pəhrizə görə qiymətləndirirlər və qlükozuriya və hiperqlikemiyanın azalmasına əsasən kaloriliyi artırırlar. Qidalanma rejimi: qida qəbulu gündə 6 dəfə, karbohidratları bütün günə bölüşdürürlər. İnsulin ineksiyasından dərhal sonra və ondan 2-2 ½ saat sonra xəstə karbohidratlara malik qida almalıdır.
Daxili orqanların yanaşı gedən xəstəlikləri olan şəkərli diabetli xəstələrə 9 və uyğun digər pəhrizin nömrəsi göstərilməklə kombinəolunmuş pəhriz təyin edirlər. Belə ki, məsələn, qaraciyərin xəstəliklərində pəhriz № 9/5 təyin edirlər ki, bunda da yağlar 60 q-a qədər məhdudlaşdırılır, ekstraktiv maddələr və ədviyyatlar istisna edilir. 9/5 №-li pəhrizi aterosklerozu və hipertoniya xəstəliyi olan xəstələrə də təyin etmək olar.