1 həftə sağlam olaq!
Bazar ertəsi
Adəti su prosedurlarını üzün massajı ilə bitirin. Yumşaq dəsmalı isti suda isladıb üzünüzə və boynunuza qoyun. Daha sonra dəsmalı soyuq su ilə isladıb sıxın və intensiv şəkildə üzünüzə və boynunuza şappıldadın. Üzünüzə nəmləndirici krem çəkin və 15 dəqiqədən sonra üzünüz makiyaj üçün hazırdır.
Günorta nahar fasiləsindən sonra mütləq küçəyə çıxıb sürətli addımlarla 1-2 km yol gedin. Yediyiniz yeməyin bir qramı belə bədəninizdə toplanmayacaq.
Axşam yeməyini saat yeddidən gec olmayaraq yeyin. İstənilən ət və ya balıq yeməyinə tərəvəz qarniri əlavə edin. Şam yeməyini yaşıl çay ilə bitirin. Ev işlərini bitirdikdən sonra isə yarım saat vaxtınızı öz gözəlliyinizə həsr edin. Məsələn, bu gün əl və ayaqlarınız üçün sakitləşdirici bitki vannası hazırlayın. Vannadan sonra isə əllərinizə və ayaqlarınıza qidalandırıcı krem çəkib onları yaxşıca masaj edin.
Bazar ertəsi həyat ritminizə daxil olan aşağıdakı dəyişikliklər hər gün təkrarlanmalıdır:
Çərşənbə axşamı
Bu gün yüngülləşdirilmiş qida günüdür: günorta yeməyinə qədər yalnız meyvələr. 20 dəqiqə tez oyanın. Səhər çalışmalarını və su prosedurlarını təkrar edin. Bir stəkan vitaminli şirə içdikdən sonra pəncərəni açıb intensiv idman edin. İdman hərəkətlərini özünüz seçin və çalışın ki, “zəif nahiyələrə” daha çox təsir edəsiniz. əgər qarın nahiyənizdə piy toplanırsa daha çox əyilmə və dönmə hərəkətlərinə üstünlük verin, beliniz ağrıyırsa qollarınızı və boynunuzu işlədin, ayaqlarınızda sellülit varsa ayaqlarınızı işlədin və çoxlu oturub-durun. Səhər idmanından sonra meyvə salatı yeyin. İşə alma götürməyi unutmayın, çünki nahara qədər aca bilərsiniz.
Həmişəki kimi nahar edə bilərsiniz, lakin yeməkdən əvvəl bir stəkan nanəli bitki çayı için. Və yenə də gəzintiyə çıxın. Bu gün axşam yarın saat vaxtı üzünüzə və boynunuza həsr edin. Herkulesdən, baldan, xamadan və bir neçə damcı limondan ibarət qidalandırıcı maska edin. Sonra isə krem çəkib onu dərinizə hopdurun.
Çərşənbə
Səhər adət üzrə oyanın, şirə için və gimnastika edin. Bu gün südlü səhər yeməyi olacaq: südlü sıyıq, kəsmik, qatıq və ya yoqurt. Artıq günorta yeməyinin menyusunda dəyişikliklər etməyin vaxtıdır: buterbrodlardan imtina edin, ağ çörəyi qarası ilə əvəz edin. Naharınız iki xörəkdən ibarət olmalıdır: şorba və salat, yaxud da quru xörək və salat. Çay, qəhvə, şirə və ya kompotu nahardan ən azı 20 dıqiqə keçdikdən sonra için. Elə bu fasiləni siz gəzintiyə sərf edə bilərsiniz.
Çayı bulka və ya buterbrodla içməyin. Yaxşı olar ki, onu qaysı, kişmiş və ya bir dilim qara şokoladla içəsiniz.
Bu gün qarın əzələləri haqda unutmayın. Aydındır ki, buna sərf etmək üçün boş vaxtınız yoxdur. İş vaxtı və ya nəqliyyatda gedərkən dərindən nəfəs alaraq qarnınızı içəri çəkin və bu vəziyyətdə bir neçə saniyə qalın. Gündə 15 dəfə belə etsəniz yaxşı olar.
Şam yeməyində çalışın ki, müxtəlif tərkibli qidaları qarışdırmayasınız. Süd məhsulları ilə başladığınız günü süd məhsulları ilə btirin. Bunun üçün yatmazdan əvvəl bir stəkan yağsız qatıq için.
Bugünkü gözəllik proseduru vanna olsun. Yumşaq köpüklü və ya bitki dəmləmələri ilə vanna qəbul edə bilərsiniz. Növbə ilə əllərinizi, ayaqlarınızı sudan çıxarıb onları dəniz duzu, skrab və ya qəhvə çöküntüsü ilə sürtün. Barmaqlarınızı qatıq və ya smetana batırıb üzünüzü, boynunuzu, sinənizi və əllərinizi masaj edin.
Cümə axşamı
Səhər rejimi ikinci və üçüncü günün rejiminə uyğundur.
Bu gün balıq günüdür, nahar və şam yeməyinə balıq yeyin. Yeri gəlmişkən, yaponlar hesab edir ki, balıq əti yeməmişdən əvvəl və sonra yaşıl çay içdikdə, o daha yaxşı həzm olur.
Bu gün hamam və ya saunaya getmək üçün çox uyğundur. Hətta işdən icazə almalı olsanız belə. Saunadan sonra isə yalnız balıq, meyvəli desert və bir ovuc fındıq.
Cümə
Dünənki hamamdan sonra enerjili səhər yeməyi yeyin. Məsələn, gözəllik salatı: 3 dolu xörək qaşığı yulaf, yarım stəkan qatıq və ya süd, sürtgəcdən keçirilmiş alma, əzilmiş banan və xırda doğranmış kivi. Bir ovuc kişmiş də qatmaq olar. Salatdan bir qaşıq saxlayıb su prosedurlarından sonra üzünüzə çəkin.
Günorta yeməyinə qədər alma yeyə bilərsiniz. Nahar həmişəki qaydada edilir. İşdən sonra isə basseynə və ya trenajor zalına gedin.
Axşam yeməyini bir az gec də yeyə bilərsiniz. Lakin yeməkdən sonra limonlu şirə və ya 1 xörək qaşığı alma sirkəsi əlavə edilmiş su içməyi unutmayın.
Gözəllik vaxtını əllərimizə və boynumuza sərf edirik. Dırnaqlarınızdakı boyanı silin və onları limon qabığı ilə masaj edin. Bundan sonra dırnaqlarınıza bitki yağı çəkin. Boynunuzu və əllərinizi isti suda isladılmış dəsmala büküb beş dəqiqə gözləyin. Sonra yağlı krem çəkib pambıq dəsmalla boynunuzu və əllərinizi bükün.
Şənbə
Bu gün istirahət günü olduuğndan daha çox yata bilərsiniz. Lakin səhə prosedurlarından imtina etməyin. Səhər idmanı daha intensiv olmalıdır. Bu gün stədiyiniz qədər yemək yeyin, lakin yatmazdan 3 saat əvvəl qida qəbulunu dayandırın.
Bu axşam saçlarınıza qulluq edin. Saç diblərinə və uzunluğu boyunca mayonez və ya gənəgərçək yağı çəkib baş dərisini yaxşıca masaj edin. Bir saatdan sonra saçlarınızı yuyun. Yuduqdan sonra dairəvi hərəkətlərlə saç diblərini masaj edin.
Bazar
Bu gün yüngülləşdirilmiş qida günü olsun. Gün ərzində yalnız qatıq ilə alma və ya südlü çay ilə alma yeyin.
Səhər idmanını ləğv edə bilərsiniz. Yarım saatlıq gözəllik vaxtını isə yeni iş həftəsi üçün hazırlığa sərf edin: manikür və üz dərisi üçün cavanlaşdırıcı maska. Üz və boynun dərisi üçün adaçayı ilə buxar vannası edin, daha sonra qəhvə çöküntüsü və ya skrabla dərini təmizləyib krem çəkin.
Sağlamlıq həftəsi qurtardı. Siz nəticə ilə yanaşı seçim əldə etdiniz: əvvəlki həyata qayıda, ya da sağlamlıq həftəsini davam etdirib onu həyat normasına çevirə bilərsiniz.