Pəhriz №8
Göstərişlər. Xüsusi qidalanma rejimi tələb edən həzm orqanları, qaraciyər və ürək qan-damar sistemi xəstəlikləri olmadıqda piylənmə.
Təyinatın məqsədi. Yağların izafi toplanmasının qarşısının alınması və aradan qaldırılması üçün maddələr mübadiləsinə təsir.
Ümumi xarakteristika. Qidanın kalorililiyinin başlıca olaraq karbohidratların və bir az da yağların hesabına məhdudlaşdırılması, zülalların miqdarı fizioloji normadan yuxarıdır. Tərəvəz və meyvələri kifayət miqdarda yeridirlər. Xörək duzunun miqdarını azaldırlar, dad üçün ədviyyatları və iştaha artıran azotlu ekstraktiv maddələri istisna edirlər. Yeridilən sərbəst mayeni məhdudlaşdırırlar (1000-1200 ml).
Enerji dəyəri və tərkibi: zülallar 120 q-dan çox, yağlar 60-70 q, karbohidratlar 180-200 q, 1800-1850 kkal. Vitamin C-ni artmış miqdarda, digər vitaminləri fizioloji norma daxilində verirlər.
Qidalanma rejimi: Azkalorili qidanın aclıq hissini aradan qaldıran kifayət həcmdə tez-tez qəbulu.