Pəhriz №7

гGöstərişlər. Kəskin nefrit sağalma dövründə. Sidik çöküntüsündə az ifadə olunan dəyişikliklərlə xroniki nefrit. Hipertoniya xəstəliyi və duzsuz pəhriz lazım olan digər hallar. Hamilələrin nefropatiyası.

Təyinatın məqsədi. Böyrəklərin funksiyasının mülayim qorunması. Yüksəlmiş arterial təzyiqə və ödemlərə təsir.

Ümumi xarakteristika. Duzsuz, məhsulların yığımı və kulinar işləmənin xarakterinə görə 7 a və 7 b pəhrizləri ilə eynidir, lakin zülalların miqdarı soyutma halında ət və ya balıq, həmçinin kəsmik əlavə etməklə 80 q-a qədər artırılır.

Enerji dəyəri və tərkibi: zülallar 80 q, yağlar 100 q, karbohidratlar 400-500 q, 2800-3200 kkal. Məhsullarda xörək duzunun miqdarı 2 q-a yaxındır. Çoxlu miqdarda  C, P və B qrupu vitaminləri verirlər.

Böyrəklərin  saxlanmış funksiyası ilə böyrəklərin amiloidozu olan xəstələr üçün və nevrozlu xəstələr üçün zülalların 140 q-a qaldırılmış miqdarı, lipotrop faktorlar, yarımdoymuş yağ turşuları və vitaminlərlə pəhriz №7 təyin edirlər.