Pəhriz №6

tGöstərişlər. Podaqra və sidik turşusu diatezi. Eritremiya və ət və balıq məhsullarının istisna olunması göstəriş olan digər xəstəliklər.

Təyinatın məqsədi. Purin mübadiləsinin normallaşdırılması və sidik turşusunun endogen əmələ gəlməsinin azaldılması.

Ümumi xarakteristika. Purin birləşmələri ilə zəngin məhsulları istisna edirlər. Qələvi radikallara malik məhsulları (tərəvəzlər, meyvələr, giləmeyvələr, süd) daxil edirlər, xörək duzunu mülayim məhdudlaşdırırlar.

Enerji dəyəri və tərkibi: zülallar 80-100 q, yağlar 80 q, karbohidratlar 400 q, 2700 kkal.

Artıq bədən kütləli xəstələrə karbohidratları məhdudlaşdırırlar.

Qidalanma rejimi: Gündə 5 dəfə. Çay, meyvə və giləmeyvə morsları, qələvi sular şəklində 2-2,5 l-ə qədər bol maye içmək.