Pəhriz №5

Təyinatın məqsədi. Dəyərli qidalanma, qaraciyərin maksimal qorunması şəraiti. Kompensator və bərpa mexanizmlərinin qaraciyərdə fermentativ, zülal sintez edən və ödçıxarıcı funksiyası proseslərinin stimulyasiyası yolu ilə aktivləşdirilməsi. Qaraciyərin və ödçıxarıcı yolların xəstəliklərində çox vaxt patoloji prosesə qoşulan orqanların funksional vəziyyətinin normallaşmasına kömək edən şəraitin yaradılması (mədəaltı vəzi, mədə, onikibarmaq bağırsaq, bağırsaqlar). Xolesterin mübadiləsinin normallaşdırılması.
Ümumi xarakteristika. Pəhriz fizioloji olaraq dəyərlidir. Zülalların, yağların, karbohidratların miqdarı orqanizmin fizioloji tələbatı ilə müəyyən edilir. Mədə və mədəaltı vəzin güclü stimulyatorları (ekstraktiv maddələr, efir yağları ilə zəngin məhsullar), yağların tam parçalanmamış məhsulları olan (akrolein və aldehidlər) qızardılmış xörəklər, çətin əriyən yağlar, xolesterin, purinlə zəngin məhsullar istisna olunur. Pəhriz, digər qida maddələrinin ödqovucu təsirini gücləndirən, bağırsağın propulsiv funksiyasını sürətləndirən xolesterinin nəcis ilə maksimal xaric olunmasını təmin edən hüceyrə qılafına malik tərəvəz və meyvələrlə zənginləşdirilir.
Enerji dəyəri və tərkibi: zülallar 100-110 q, yağlar 80-100 q, karbohidratlar 400-500 q, 2800-3200 kkal, sərbəst maye 1,5-2 l , xörək duzu 8-10 q. Sutkalıq rasionun kütləsi 3,3-3,5 kq.
Qidalanma rejimi: Sutkada 5-6 dəfə.
Pəhriz № 5a
Göstərişlər. Kəskin hepatitlər və xolesistitlər, xroniki hepatitlərin, xolesistitlərin və öddaşı xəstəliyinin kəskinləşməsi, həmçinin pəhrizin məqsədli təyininə uyğun digər xəstəliklər.
Təyinatın məqsədi. Qaraciyərin və ödçıxarıcı yolların funksional qabiliyyətinin qaraciyər hüceyrələrində, ödçıxarıcı orqanlarda iltihabi və distrofik proseslərlə bağlı kəskin ifadə olunmuş pozğunluğu şəraitində dəyərli qidalanma. Zədələnmiş orqanların maksimal qorunması. Qaraciyərin və ödçıxarıcı orqanların, həmçinin patoloji prosesə daha çox qoşulan orqanların funksional qabiliyyətinin normallaşdırılması (mədə, onikibarmaq bağırsaq, mədəaltı vəz, bağırsaq).
Ümumi xarakteristika. Mədə-bağırsaq traktının selikli qişası və reseptor aparatının mexaniki və kimyəvi qıcıqlandırıcılarının, yağların və xörək duzunun mülayim məhdudlaşdırılması, bağırsaqda qıcqırma və çürümə proseslərini gücləndirən məhsullar və xörəklərin, həmçinin ödayrılmanın, mədə, mədəaltı vəz sekresiyasının stimulyatorlarının, qaraciyəri qıcıqlandıran maddələrin(ekstraktiv maddələr, üzvi turşular, efir yağları ilə zəngin məhsullar, yağların tam parçalanmamış məhsulları-aldehidlər və akrolein olan qızardılmış xörəklər, çətin əriyən yağlar, xolesterinlə, purinlə zəngin məhsullar) istisna olunması ilə fizioloji dəyərli pəhriz.
Enerji dəyəri və tərkibi: zülallar 100 q, yağlar 70-80 q, karbohidratlar 350-400 q, 2500-2800 kkal, sərbəst maye 1,5-2 l , xörək duzu 8-10 q. Sutkalıq rasionun kütləsi 3 kq.
Qidalanma rejimi: Sutkada 5-6 dəfə.