Qreypfrut pəhrizi

гSitrus meyvəsi olan qreypfrut subtropik bitkidir, onun  portağal və pamelonun təbii hibridləşməsindən əmələ gəldiyi ehtimal olunur. Qreypfrut iki ingilis sözünün -  “grape” - üzüm və “fruit” - meyvə birləşməsindən ibarətdir və onun meyvələri üzüm salxımları kimi yığılır.

 

Qreypfrut meyvəsi C vitamini, müxtəlif bioloji fəal maddələrlə də  zəngindir, bunlardan polifenol maddələri və qlikozidləri qeyd etmək olar. Yağlı yeməklərdən sonra 1 stəkan qreypfrut şirəsi içildikdə  yeyilən qida mədədə ağırlıq yaratmır.

Qreypfrut pəhrizi bol vitaminli və arıqlamaq üçün ən yaxşı üsullardan biridir. Həmin pəhriz “bahalı pəhrizlər” növünə aid edilsə də, onun  vasitəsi ilə  həftəyə 3-4 kq arıqlamaq mümkündür.  Pəhrizin  əks göstərişi saat yeddidən sonra qida qəbul etməmək və şəkərdən imtina etməkdir.

Birinci gün

Səhər yeməyi – qreypfrut və 2 dilim yağsız vetçina. Qreypfrut meyvəsini  şirəsi ilə əvəz etmək, həmçinin çay və kofe də içmək olar.

Nahar yeməyi – limon şirəsi və göyərti ilə hazırlanmış tərəvəz salatı 250 qram, qreypfrut, çay və ya kofe.

Şam yeməyi – 120 qram qaynadılmış ət,  1 çay qaşığı bal və limon şirəsi əlavə edilmiş yaşıl salat.

İkinci gün

Səhər yeməyi – qreypfrut meyvəsi və ya şirəsi, qaynadılmış iki yumurta, çay və ya kofe.

Nahar yeməyi – qreypfrut, 50 qram az kalorili pendir və ya 150 qram yağsız kəsmik.

Şam yeməyi –  200 qram soyutma balıq, limon şirəsi və zeytun yağı əlavə edilmiş yaşıl salat, 20 qram qara çörək.

Üçüncü gün

Səhər yeməyi – qreypfrut meyvəsi və ya şirəsi, 1 xörək qaşığı kişmiş və 2 xörək qaşığı qozlu yulaf yarması, yarım stəkan süd və ya yağsız yoqurt.

Nahar – qreypfrut, suxari ilə balaca kasada bulyon və ya tərəvəz şorbası.

Şam yeməyi – yarım qreypfrut, 200 qram qaynadılmış toyuq, qızardılmış iki pomidor və çay.

Dördüncü gün

Səhər yeməyi – tomat şirəsi, qaynadılmış bir yumurta və limonlu çay.

Nahar – Qreypfrut, limon şirəsi və ya zeytun yağı əlavə olunmuş tərəvəz salatı (kök, şirin bibər, xiyar, kahı, kərəviz, brokkoli kələmi), bir dilim qara çörək.

Şam yeməyi – limon şirəsi əlavə edilmiş bişmiş tərəvəz (çuğundur, kələm, kabaçok, kök,), çay. Yatmazdan qabaq qreypfrut şirəsi və ya meyvəsi qəbul edilir.

Beşinci gün

Səhər yeməyi – meyvə salatı (qreypfrut, alma, portağal), limonlu çay və ya kofe.

Nahar – 200 qram qızardılmış kartofla yaşıl salat.

Şam yeməyi – 250 qram qaynadılmış toyuq və ya 200 qram qızardılmış mal əti, tomat şirəsi və ya qızardılmış pomidor. Yatmazdan qabaq qreypfrut şirəsi və ya meyvəsi qəbul edilir.

Altıncıyeddinci günlər üçün əvvəlki günlərdən birinin pəhriz menyusunu seçmək lazımdır.

Pəhriz günlərində yeməklər arası dövrdə  çox aclıq hiss edildikdə alma, 1 stəkan kefir, apelsin qəbul etmək olar. Şirniyatsız ötüşmək çətin olduqda hər gün 1 çay qaşığı bal qəbul etmək olar, lakin pəhriz zamanı qara çaydan istifadə etməyə icazə verilmir, limonlu yaşıl çay və təzə hazırlanmış kofedən istifadə etmək olar. Yatmazdan əvvəl yalnız qreypfrut şirəsi içilməli, kefir qəbul edilməməlidir. Yeməklərarası fasilənin 5 saat olması daha məsləhətlidir. Duzdan istifadə minimuma endirilməlidir. Hətta onu qurudulmuş otlarla əvəz etmək olar.

Ədviyyat və souslar, yağlı ət və balıq növləri (donuz əti, skrumbiya və seledka balığı) yemək qadağandır. Ancaq qırmızı istiot yeməyə icazə verilir.

Qreypfrut pəhrizini dəqiq yerinə yetirdikdə 15 kq-a yaxın arıqlamaq mümkündür.