Pəhriz №4
Göstərişlər. Bağırsağın kəskin və xroniki xəstəlikləri profuz ishallar və kəskin ifadə olunmuş dispeptik əlamətlər dövründə.
Təyinatın məqsədi. Mədə-bağırsaq traktında kəskin ifadə olunmuş iltihabi proses və bununla bağlı həzmin pozulması şəraitində xəstənin qidalanmasının təmini. Bağırsağın, həmçinin bağırsağın xəstəliklərində patoloji prosesə ən çox qoşulan orqanların (mədə, qaraciyər və ödçıxarıcı yollar, mədəaltı vəz) iltihabi prosesinin azalması və funksional vəziyyətinin normallaşdırılması.
Ümumi xarakteristika. Yağların, karbohidratların fizioloji normanın aşağı həddinə qədər məhdudlaşdırılması və zülalların normal miqdarı ilə mədə-bağırsaq traktının selikli qişa və reseptor aparatının kimyəvi və mexaniki qıcıqlandırıcılarının kəskin məhdudlaşdırılması, bağırsaqda qıcqırma və çürümə proseslərini gücləndirən məhsulların və xörəklərin, həmçinin ödayrılmanın, mədə və mədəaltı vəzin sekresiyasının güclü stimulyatorlarının, qaraciyəri qıcıqlandıran maddələrin istisna edilməsi ilə pəhriz.
Enerji dəyəri və tərkibi: zülallar 100 q, yağlar 70 q, karbohidratlar 250 q, 2100 kkal, sərbəst maye 1,5-2 l , xörək duzu 8-10 q. Sutkalıq rasionun kütləsi 3 kq.
Qidalanma rejimi: sutkada 5-6 dəfə.
Pəhriz № 4b
Göstərişlər. Bağırsağın kəskin və kəskinləşmə dövründə xroniki xəstəlikləri, həmçinin onların mədə, qaraciyər və ödçıxarıcı yollar, mədəaltı vəzin zədələnməsi ilə birgə olmasında.
Təyinatın məqsədi. Mədə-bağırsaq traktında mülayim ifadə olunmuş iltihabi proses də və bununla bağlı həzm pozğunluğunda dəyərli qidalanma. Bağırsaqda iltihab prosesinin azalmasına və həmçinin bağırsaq xəstəliklərində ən çox prosesə qoşulan orqanların (mədə, qaraciyər və ödçıxarıcı yollar, mədəaltı vəz) funksional vəziyyətinin normallaşmasına kömək etmək.
Ümumi xarakteristika. Zülalların, yağların və karbohidratların normal miqdarı, xörək duzunun fizioloji normanın aşağı həddinə qədər məhdudlaşdırılması, mədə-bağırsaq traktının selikli qişası və reseptor aparatının kimyəvi və mexaniki qıcıqlandırıcılarının mülayim məhdudlaşdırılması, bağırsaqda qıcqırma və çürümə proseslərini gücləndirən məhsullar və xörəklərin, həmçinin ödayrılma, mədə, mədəaltı vəz sekresiyasının güclü stimulyatorlarının, qaraciyəri qıcıqlandıran maddələrin istisna edilməsi ilə fizioloji dəyərli pəhriz.
Kaloriliyi və tərkibi: zülallar 100-120 q, yağlar 100-120 q, karbohidratlar 400-450 q, kalorilik 3000-3500 kkal, sərbəst maye 1,5 l , xörək duzu 8-10 q. Sutkalıq rasionun kütləsi 3 kq-a yaxın.
Qidalanma rejimi: yaxşı olar ki, az-az (gündə 5-6 dəfə).
Pəhriz № 4v
Göstərişlər. Sağalma dövründə ümumi pəhrizə keçid kimi, bağırsağın kəskin xəstəlikləri, bağırsağın xroniki xəstəlikləri remissiya dövründə, həmçinin bu xəstəliklər mədənin, qaraciyərin, ödçıxarıcı yolların, mədəaltı vəzin zədələnməsi ilə birgə olduqda.
Təyinatın məqsədi. Bağırsağın xroniki xəstəliklərində remissiya stadiyasında, həmçinin patoloji mədə, qaraciyər və ödçıxarıcı yolların, mədəaltı vəzin qoşulmasında dəyərli qidalanma və kompensasiyanın saxlanması. Bağırsağın kəskin xəstəliklərində sağalma dövründə həzm orqanlarının funksiyasının pozulmasının bərpası prosesinin təmin edilməsi.
Ümumi xarakteristika. Zülalların, yağların, karbohidratların normal miqdarı və duzun fizioloji normanın aşağı həddinə qədər (8-10 q) məhdudlaşdırılması, mədə-bağırsaq traktının selikli qişası və reseptor aparatının mexaniki qıcıqlandırıcılarının bir qədər məhdudlaşdırılması və kimyəvilərin mülayim azaldılması ilə bağırsaqda qıcqırma və çürümə proseslərini gücləndirən məhsullar və xörəklərin, həmçinin ödayrılma mədə və mədəaltı vəzi sekresiyasının stimulyatorları, qaraciyəri qıcıqlandıran maddələri istisna etməklə fizioloji dəyərli pəhriz.
Enerji dəyəri və tərkibi: zülallar 100-120 q, yağlar 100-120 q, karbohidratlar 400-500 q, 3000-3500 kkal, sərbəst maye 1,5 l , xörək duzu 8-10 q. Sutkalıq rasionun kütləsi 3 kq.
Qidalanma rejimi: yaxşı olar ki, az-az (gündə 5-6 dəfə, lakin 4 dəfədən az olmayaraq).